Татарский переводчик Узбекские песни

Песня «Həsrət Nəğməsi» исполнителя Aygün Səmədzadə. Скачать или слушать онлайн

Текст песни:

Текст песни не найден. Добавить?
Мы платим за добавление текста. Вам нужно авторизоваться, чтобы мы смогли вам заплатить
Отмена
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Susursan qısılıb bir küncə, səssiz Odu soyumayan xatirəm kimi Mən də kimsəsiz, sən də kimsəsiz Tənha həsrət qoxan xatirəm kimi Tənha həsrət qoxan xatirəm kimi Hanı o titrək əl? Dindirə səni Könlünün odunu soyuda bəlkə Bir qucaq dərdini, bir ovuc qəmi Həsrətin adını unuda bəlkə Səndə şəhərlərin qaynar nəfəsi Sönməz şöhrətlərin vida kəlməsi Böyük səhnələrin sevgi nəğməsi Yanar ürəklərin abidəsi var Səndə şəhərlərin qaynar nəfəsi Sönməz şöhrətlərin vida kəlməsi Böyük səhnələrin sevgi nəğməsi Səndə sahibinin xatirəsi var Dillərin, illərin tozu içində Sığınır sinənə neçə min soraq? Kökdən düşən neçə arzu içində Uyuyar ümidsiz, tənha bir Röyal Uyuyar ümidsiz, tənha bir Röyal Hanı o titrək əl? Dindirə səni Könlünün odunu soyuda bəlkə Bir qucaq dərdini, bir ovuc qəmi Həsrətin adını unuda bəlkə Səndə şəhərlərin qaynar nəfəsi Sönməz şöhrətlərin vida kəlməsi Böyük səhnələrin sevgi nəğməsi Yanar ürəklərin abidəsi var Səndə şəhərlərin qaynar nəfəsi Sönməz şöhrətlərin vida kəlməsi Böyük səhnələrin sevgi nəğməsi Yanar ürəklərin abidəsi var Bir də tənha qalan Röyalın səsi Sönməz şöhrətlərin vida kəlməsi Böyük səhnələrin sevgi nəğməsi Səndə sahibinin xatirəsi var
  • Hanı o alışıb-yanan gözlərin? Qarmı vaxtsız yağıb dondurdu səni? Dolaşıq düşübdür yaman sözlərin Çaşıbmı qalmısan gördükdə məni? Baxa da bilmirsən indi üzümə Ayıra bilməzdin gözünü məndən Soyuq bir ifadə qonub gözümə Haraya gizlədim özümü səndən? Haraya gizlədim özümü səndən? Neyləyək, bu şəhər ikimizindir Hərdən bir üz-üzə gəlməliyik biz Göylərə çəkilib bircə söz indi Bu sözü tapmasaq dözməliyik biz. Dayanıb baxırsan gah sağa-sola Bəlkə yad baxışım çaşdırıb səni Yalqız bir yer olsa düşərəm yola Üz-üzə gəlməkdən xilas et məni Demirəm dünyadan qopub get indi Sənin öz yolun var, mənim öz yolum Bu dəniz mənimdir, bu göy sənindir Üstümə yağırsan buluda dolub Üstümə yağırsan buluda dolub Neyləyək, bu şəhər ikimizindir Hərdən bir üz-üzə gəlməliyik biz Göylərə çəkilib bircə söz indi Bu sözü tapmasaq dözməliyik biz. Bu dəniz mənimdir, bu göy sənindir Üstümə yağırsan buluda dolub Üstümə yağırsan buluda dolub Neyləyək, bu şəhər ikimizindir Hərdən bir üz-üzə gəlməliyik biz Göylərə çəkilib bircə söz indi Bu sözü tapmasaq dözməliyik biz.

Похожие исполнители