Татарский переводчик Узбекские песни

Азербайджанские песни.
Страница 105

  • Nazı, nazı öldürdü məni Nazı, nazı edam səbəbi Odur milyonlar içində Ürəyimin tək istəyi Nazı, nazı öldürdü məni Nazı, nazı edam səbəbi Odur milyonlar içində Ürəyimin tək istəyi Bu nə zərafət, bu nə gözəllik? Kimsədə yox bu qədər özəllik Bir gülüşü fırtına qoparır Ruhumu alıb əldən aparır Ağıl başda yox, tərki-diyar Adı mələkdir, soyadı inadkar Bu nə zülmdür? Etmə, zalım Sayəndə pərişan halım Nazı, nazı öldürdü məni Nazı, nazı edam səbəbi Odur milyonlar içində Ürəyimin tək istəyi Nazı, nazı öldürdü məni Nazı, nazı edam səbəbi Odur milyonlar içində Ürəyimin tək istəyi Ağıl başda yox, tərki-diyar Adı mələkdir, soyadı inadkar Bu nə zülmdür? Etmə, zalım Sayəndə pərişan halım Nazı, nazı öldürdü məni Nazı, nazı edam səbəbi Odur milyonlar içində Ürəyimin tək istəyi Nazı, nazı öldürdü məni Nazı, nazı edam səbəbi Odur milyonlar içində Ürəyimin tək istəyi Nazı, nazı öldürdü məni Nazı, nazı edam səbəbi Odur milyonlar içində Ürəyimin tək istəyi Nazı, nazı öldürdü məni Nazı, nazı edam səbəbi Odur milyonlar içində Ürəyimin tək istəyi
  • O, dünya kimidir, yaman aləmdir O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir Olmaz Onsuz olmaz Deməklə olmur Yeri dolmaz, demə Dolanda elə dolur Gözlər Bulud kimi Sözlər hissləri bəzər vücud kimi İstər könlüm, bilsən, səni Elə özlər gözlər həddi-hüdud kimi Yaşamaq olarmı yaşatmadan Qəlbə dəymədən, daş atmadan? Sənlə ömrümü yaşlanmadan Bitirmək istərəm başlamadan O, dünya kimidir, yaman aləmdir Onsuz hər gün mənə matəmdir O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir Hərə özün düşünür, sənə gözüm düşüb Üzünə baxammıram, gözümə Gün düşür Səndə nəsə var, çəkir özünə məni Bundan sonra çətin, özümə gəlim Bir neçə ay, bir neçə il Biz sanki film çəkirik min bir gecəlik Təki sən ol şad, halım pərişan Bütün gözlər məndədir, sən isə al nişan Sevgimizə ruh lazım Gəmimizə Nuh lazım Buna sən hazır, buna mən razı Bizə başqa nə sübut lazım? O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir O, dünya kimidir, yaman aləmdir Yandıran dünya, yanan Adəmdir Onsuz hər gün mənə matəmdir Sevgisi zəhərdir, acı badəmdir
  • Nə qədər olacaq müharibə şəraiti? Bu dəfə qayıdacaq, amma yenə qərar itir Bu dəfə alınacaq, bu dəfə son dəfə Şablon səhifə əzbər milyon dəfə Nə qədər televiziya, nə qədər informasiya? İmmiqrasiyadan Rusiyada deformasiya Amerika, Avrasiya, hər yerdə mafiya Hər yerdə siyasət, təşkilatlar, partiya Qara qüvvələrlə qələbəm əzbər Mənim rütbəm əsgər, mənə düşmən göstər Mən ölümlə üzbəüz, taleyim xoş gün yazarmı? Mənim yeməyim "перлова", mənim evim kazarma Mənim geyimim səhra geyimi mövsümə uyğun Təslim olmayan ruhum, sifətim solğun, yorğun Mən əsgərəm, mən vətən qoruyuram Postda tam döyüş dəsti belə adətən qoruyuram Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir "Progress" var Məndə əsəb gərginliyi, stress var Bir az səs var, amma hələ ki boğulmamışam Bu yaşıma qədər siyasətə soxulmamışam Paxıllıqdan partlayır mütləq xəsislər Səni araşdırır hər yerdə mütəxəssislər Sənin arxanda dura bilən bir nəfərin yox Getdikcə batırsan dərinə, xəbərin yox Xəbərin yox, qardaşım, xəbərin yox Hər cürə insan olub yoldaşım, xəbərin yox Mənim ürəyim indi olub xəstə, xəbərin yox İntizam cəzalarından, həbsdən xəbərin yox Kim kimi harada və necə satıb, xəbərin yox Kimisə hətta sevgilisi atıb, xəbərin yox Buradakı ərzaq, geyim və sudan xəbərin yox Ümumiyyətlə, sənin ordudan xəbərin yox Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Müharibə davam edir
  • It's MadHouse, make noise, make noise, make noise Put your hands up Okapella - 2 MC Oka, RG It's MadHouse, make noise, make noise, make noise Put your hands up Okapella - 2 MC Oka, RG AzRep gəlir üstümə Fikirləşirəm, görən, kimsə mənlə küsdürmü? Bataqlıqdır büsbütün Pac-ı silib qoyurlar Rakim-in büstünü "Ey, get your sector!" Məktəb deyil, yox завуч, yox direktor Burada söhbət başqadır MadHouse, bitches Mənlə eyni palatada Hannibal Lecter Tatam-tatam! Attention, please! Niyə qıcıqlandırır hər kəliməmiz? Gedin, yazın comment, diss Götünüzə girsin respect-iniz Mən onsuz da, still got love for the streets Yeah, man! Cavabdehik biz də Hə, бля, monopoliyadır əlimizdə Niyə yanımda deyilsiniz ikiniz də? Söz mətləbə çatanda çörəyiniz dizdə It's MadHouse, make noise, make noisе, make noise Put your hands up Okapella - 2 MC Oka, RG It's MadHousе, make noise, make noise, make noise Put your hands up Okapella - 2 MC Oka, RG Hər şey mən 8-də oxuyanda başladı 2000-ci il məni başqa həvəslə qarşıladı Qarşı çıxdı çoxları, əl çəkmədim, mız qoydular Paxıllıq eliyənlər təkcə qeybətimdən doydular 2001, Səttarxan adına Mədəniyyət Mərkəzi Rap festival, zal, qalmaqal axını, dənizi İnanılmaz TV'də gördüyüm səhnə, akustika Rəngli işıqlar, pərdələr, diskoteka Mikrofonu ilk dəfə əlifba bayramında görmüşdüm 4 sətir şeir deyənə kimi həyəcandan ölmüşdüm Səhnədə bütün gözlər məndə, başım fırlanır Oynadığım rolu unuduram və səhnəcik korlanır Sinif rəhbərimin əsəbindən ağlamağı yadımda "Kostyum geyin, gəl dərsə" - danlamağı yadımda Hər gün 1-ci saatı qapının ağzında keçirirdim Çünki hər gün yatıb qalırdım, dərsə gecikirdim It's MadHouse, make noise, make noise, make noise Put your hands up Okapella - 2 MC Oka, RG It's MadHouse, make noise, make noise, make noise Put your hands up Okapella - 2 MC Oka, RG
  • Mənə sevgindən bəhs et Yad gözlərdən uzaq Əllərimdən yenə tut Hekayəmizi yazaq Boş yerə çarpan ürəyimi Sındırdın bax sevən hisslərimi Hər gecə açıb ələrimi Tanrıya yalvardım Mənə sevgindən bəhs et Nə olar mənə hisslərdən bəhs et Yaralar yoxluğun məni hər gün Bu sevgimiz üçün Bizə bizdən bəhs et Mənə sevgindən bəhs et Hələ gecəmiz uzun Dinlərəm mən bir ömür Hər nə olur olsun Yox yerə çarpan ürəyimi Yandırdın bax sevən hisslərimi Hər gecə açıb əllərimi Tanrıya yalvardım Mənə sevgindən bəhs et Nə olar mənə hisslərdən bəhs et Yaralar yoxluğun məni hər gün Bu sevgimiz üçün Bizə bizdən bəhs et Mənə sevgindən bəhs et Mənə hisslərdən bəhs et Yaralar yoxluğun məni hər gün Bu sevgimiz üçün Bizə bizdən bəhs et
  • Qalırsansa qal, Gedirsənsə get! Olan-qalanı Məhv et, məhv et! Və dörd divarda Mənsiz qalanda Düşsəm yadına Əfv et, əfv et! Yenə səhv et... Növbəsiz insanları, Dəvətsiz qonaqları Həyatının içindən Sil, get! Sənə çox uzağamsa, Səni anlamıramsa, Məni onlarla birgə Dəfn et, dəfn et! Ya da əfv et...
  • Mən atıram etibarsız və yarımçıq dostlarımı Mənasız mahnılarımı Siqaret paçkalarımı Atıram səninlə çəkdiyim şəkillərimi Unut soyuq gecələrdə dediyim sözlərimi Atıram orijinal CD və DVD disklərini Və yığıdığım illər ilə qiymətli şey-şüylərimi Qoyuram sevgimi ötən XX əsrdə Sevgini dondurmaq lazımdır bizə əslində Münasibət -40 dərəcə Münasibət -40 dərəcə Tənha qalıb zəng etdim Çağırdım bütün dostlarımı Siqaret çəkib oxudum mənasız mahnılarımı Almışam skotç yapışdırıram cırdığım şəkilləri SMS'lə yazıram gecələr dediyin sözləri Tapıram orijinal sən sevən DVD disklərini Və yığdığın illər ilə qiymətli şey-şüylərini Mən səhv etmişdim sanki qan donmuşdu beynimdə Sevgini isitmək vaxtıdır bu gün əslində Münasibət -40 dərəcə 40 dərəcə Münasibət -40 dərəcə Münasibət -40 dərəcə Münasibət -40 dərəcə Münasibət -40 dərəcə (Münasibət) 40 dərəcə (Münasibət) dərəcə (Münasibət) 40 dərəcə Münasibət -40 dərəcə Münasibət -40 dərəcə
  • Müəllim olsaydın Hədiyyən olardım Sən məni almasaydın Başqasına çatardım Başqası məcbur edib Yoldan çıxardardı Mən çantanda yerləşib Əlinə toxunardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Olardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Həkim olsaydın Baş həkimin olardım Vəzifəmdən sui istifadə edib Səni danlıyardım Sən gecikərdin Mən otağına gül qoyardım Unudardım Ki təcilidir tibbi yardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Olardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Şeytan olsaydın Vəkilin olardım Hamıya qarşı çıxıb Səni mələk çıxardardım Deputat olsaydın Səni dinləyib yatardım Yeni qanunlarına Lay lay tək qulaq asardım Bir əsər olsaydın Şekspir olardım Ya olum ya olüm soruşsaydın Mən Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Olardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə
  • Tek başıma bu kentte susup kaldığımdan değil Sevdiğim insanlar işsiz olduğumdan değil Hani her gün parça parça eksilirsin ya Ondan değil Kediler, vitaminler iyileştirmediğinden değil Ben neden ben oldum Hiç bilmediğimden değil Timsahların nehirler üstünde uyuduğundan değil Ölümler mutluluk getirsin istediğimden değil Durmadan çalışınca unuturum sandığımdan değil Neden? Aaah Bilmem Neden? Bilmem Aah... Aah...
  • Bir iki və üç yağış damlası Evlərə düşər buludlardan sevgi qayğısı (Sevgi qayğısı) Yağışda titrər narın incə yarpaqlar (Yarpaqlar) Kövrək səsimdən doymaz insanlar (Doymaz insanlar) Yağışda titrər narın incə yarpaqlar (Yarpaqlar) Kövrək səsimdən doymaz insanlar Yağ yağış (Yağ yağış) Rəqs eyləsin damlalar (Damlalar) Yağ yağış (Yağ yağış) (Rəqs eyləsin damlalar) Yağ yağış (Yağ yağış) Rəqs eyləsin damlalar Yağ yağış (Yağ yağış) Bir iki və üç yağış damlası (Yağış damlası) Evlərə düşər buludlardan sevgi qayğısı (Sevgi qayğısı) Yağışda titrər narın incə yarpaqlar (Yarpaqlar) Kövrək səsimdən doymaz insanlar (Doymaz insanlar) Yağışda titrər narın incə yarpaqlar (Yarpaqlar) Kövrək səsimdən doymaz insanlar Yağ yağış (Yağ yağış) Rəqs eyləsin damlalar (Damlalar) Yağ yağış (Yağ yağış) (Rəqs eyləsin damlalar) Yağ yağış (Yağ yağış) Rəqs eyləsin damlalar Yağ yağış (Yağ yağış) Bir iki və üç yağış damlası (Yağış damlası)