Татарский переводчик Казахский переводчик

Песня «Aç Balaca Qanadlarını»
исполнителя Coldünya.
Скачать или слушать онлайн

00:00/00:00

Текст песни:

[Bənd 1]
İçimdəki səsi dinləmədən
Gedək mi buralardan dayanmadan, gözləmədən?!
Arxaya çönmədən
Verdiklərini istəmədən qapını bağlamaq

gizlətmək ruhunu onlardan
Onlara dönmədən...
Gülümsəmək hirslənmədən
Heç kimə güvənmədən

Qucaqlamaq həyatı, ucalmaq heykəltək ölmədən
Gözyaşlarını gizləmədən, döyüşmək özünə qarşı
İrəli, savaşa gir!
Qorxma, ağrılara dözər bədən

Mələklərini sevmədən, şeytanını pisləmədən
İzləmədən sev sən onu, qarşılığını gözləmədən
Hisslər hədər, qədər bizli çəpər, hündür hasar
Dərini kəsər, qanını içər, amma yenə bacarar, qaçar

Heçkəsi dinləmədən
Gedəkmi buralardan dayanmadan, gözləmədən?!
Arxaya çönmədən
Verdiklərini istəmədən qapını bağlamaq
gizlətmək ruhunu onlardan
Onlara dönmədən...

[Nəqərət]
balaca qanadlarını
balaca qanadlarını
balaca qanadlarını
balaca qanadlarını
balaca qanadlarını

[Bənd 2]
Dua etmək inanmadan
Sevmək bağlanmadan
Ata bilmək hərkəsi vaxtında, hətta olsa doğman
Dilənmədən, varlanmadan, xoşbəxtlik axtarmadan

Səni dinləyərlər əsrlərlə bir söz anlamadan
Arada pərdə saxlamadan açaraq bütün səhvləri
Bağırmaq həqiqəti buraxmadan heç bir hərflərin
Balaca qanadlarını aç, unut hərkəsi

Balaca qanadlarını aç, unut hərkəsi
Sabahına saxlamadan xərcləmək irəli baxmadan
Xərcləmək sevgidən ümiddən içini tapmadan
Düşünmədən qorxmadan

Körpünün davamı olmadan
Hər addımında havada qalmaq aşağı baxmadan
Güvənmədən tanımadan Tanrıdan başqa dost
Adımı yaz ya qızıl hərflərlə, ya da ki, tamam poz
Qorxulu hisslər fikirlər bataqlığında boğul
Ya da ki üz, qap çabala, dart yaxala, bacar, döz
Bu elə dərin quyu ki, ancaq çıxa bilərsən özün
Həyatın elə bir anı yox məsləhət, dost ya çözüm
Həyatın elə bir yolu ki, yox işarə, yoxdur başa salan
Çünki sənsən birinci, çünki sənsən ilk bu yolu salan

[Nəqərət]
balaca qanadlarını
balaca qanadlarını
balaca qanadlarını
balaca qanadlarını
balaca qanadlarını

Aç, balaca qanadlarını
Aç, balaca qanadlarını
balaca qanadlarını
balaca qanadlarını
balaca qanadlarını