Татарский переводчик Узбекские песни

Sevda Ələkbərzadə.
 Слушать песни исполнителя и скачать онлайн.
Страница 2

Sevda Ələkbərzadə

  • Sevə-sevə doğmalıqdan yad olduq Sevgimizin atəşindən yorulduq Vüsala ya ayrılığa qovuşduq? Harada qaldın, nə aradıq, nə sorduq? Günlər ötdü, bizi bizdən elədi Gözyaşımı içimə sel elədi Kim ayırdı, görən, bizə neylədi? Doğma ikən, yaxın ikən yad olduq Mən günahı öz-özümdə bilirəm İnanıram, sevirəm, güvənirəm Doğma bilib ürəyimi verirəm İndi durub yana-yana deyirəm Nədən belə ayrı düşdük, yad olduq? Ayrı düşdük, yad olduq? Su olmadıq, hər ikimiz od olduq Su olmadıq, od olduq Bu sevgi ilə hər bir kəsin yadında Nağıl olduq, şeir olduq, ad olduq Tanrı bizi qovuşdurdu göylərdə Yerdə isə gözə gəldik, yad olduq Mən günahı öz-özümdə bilirəm İnanıram, sevirəm, güvənirəm Doğma bilib ürəyimi verirəm İndi durub yana-yana deyirəm Nədən belə ayrı düşdük, yad olduq? Ayrı düşdük, yad olduq Su olmadıq, hər ikimiz od olduq Su olmadıq, od olduq Nədən belə ayrı düşdük, yad olduq? Ayrı düşdük, yad olduq Su olmadıq, hər ikimiz od olduq Su olmadıq, od olduq
  • Dedim: "Ey gül, böylə sallanma Burda belə yaxşı var, yaman var" Dedim: "Ey gül, qadan mən allam" Dedi: "Səbr eylə, zaman var, ay zalım" Dedi: "Səbr eylə, zaman var, ay zalım" Gözəllər bağı gəzərlər Ömrümü-günümü üzərlər Bir o yandan, bir bu yandan Burda belə bir qaşı-kaman var, ay zalım Burda belə bir qaşı-kaman var, ay zalım
  • Mən sənə bir söz deyim, amma məndən incimə Sən məni gözləyirsən, bilirəm Mən gələ bilmərəm, bunu bil sən Sən mənsiz olacaqsan bir gecə Hara gəlim axı gecə-gecə Necə-necə, gecə gəlim? Hara gəlim axı gecə-gecə Necə-necə, gəlim? Hara gəlim axı gecə-gecə Necə-necə, gecə gəlim? Hara gəlim axı gecə-gecə Necə-necə, gəlim? Mən sənə bir söz deyim, amma məndən incimə Sən məni gözləyirsən, bilirəm Mən gələ bilmərəm, bunu bil sən Sən mənsiz olacaqsan bir gecə Hara gəlim axı gecə-gecə Necə-necə, gecə gəlim? Hara gəlim axı gecə-gecə Necə-necə, gəlim? Hara gəlim axı gecə-gecə Necə-necə, gecə gəlim? Hara gəlim axı gecə-gecə Necə-necə, gəlim? Hara gəlim axı gecə-gecə Nеcə-necə, gəlim? Hara gəlim axı gecə? Necə, gecə-gеcə gəlim? Hara gəlim axı gecə-gecə Necə-necə, gəlim? Hara gəlim axı gecə-gecə Necə gecə, gəlim? Gecə gəlim Hara gəlim axı gecə-gecə Necə-necə, gecə gəlim? Hara gəlim axı gecə-gecə Necə-necə, gəlim? Hara gəlim axı gecə-gecə Necə-necə, gecə gəlim? Hara gəlim axı gecə-gecə Necə-necə, gəlim?
  • [Bənd 1] Bir falçı baxdı əlimə “Söyləmə, - dedi, - heç kimə, söyləmə Şahzadə düşüb bəxtinə Min bir gecədən sənə” Dərdimi deyim mən kimə? Bir çarə desin eşqimə, eşqimə Bu sevgi gəlməz ağla Özüm düşdüm nağıla [Nəqərat] Gəl, yarım, gəl, səni səslərəm Hər gün yolunu gözlərəm mən Gəl, yarım, gəl, illər gözləmir Bir gün nağıla dönmərəm mən Gəl, gec olar, gəl Gec olar, gəl Gəl, yarım, gəl Gec olar, gəl Gəl, yarım, gəl [Bənd 2] Karvanlar düşdü səhraya Bağdada çatdım bir aya Gəldim sehrli saraya Səni tapmadım yenə Bəxtimə düşən şahzadə Gizləndi min bir gecədə, gecədə Gördüm nə sevən, nə sevilən Təkcə qaldım yenə mən [Nəqərat] Gəl, yarım, gəl, səni səslərəm Hər gün yolunu gözlərəm mən Gəl, yarım, gəl, illər gözləmir Bir gün nağıla dönmərəm mən Gec olar, gəl Gec olar, gəl Gəl, yarım, gəl Gec olar, gəl Gec olar, gəl Gec olar, gəl Gəl, yarım, gəl Gec olar Gec olar Gəl, yarım, gəl Gəl, yarım, gəl, illər gözləmir Bir gün nağıla dönmərəm mən, gəl
  • Yanındaydım, danışmadıq Bir yerdəydik, alışmadıq Eşqimizə yağış yağdı Heç oldu, getdi Yanındaydım, danışmadıq Bir yerdəydik, alışmadıq Eşqimizə yağış yağdı Heç oldu, getdi Yayın qızmar çağındasan Qışın çovğun anındasan Yaxındasan, uzaqdasan Yenə, yenə, yenə mənimləsən Hər an qəlbimdəsən, ürəyimdəsən Sevən qəlbimləsən, sən mənimləsən Hər an qəlbimdəsən, ürəyimdəsən Sevən qəlbimləsən, sən mənimləsən Sevgimiz bir solğun çiçək Uçdu yerə ləçək-ləçək Vaxtsız yağan narın qartək Heç oldu, getdi Sevgimiz bir solğun çiçək Uçdu yerə ləçək-ləçək Vaxtsız yağan narın qartək Heç oldu, getdi Yayın qızmar çağındasan Qışın çovğun anındasan Yaxındasan, uzaqdasan Yenə, yenə, yenə mənimləsən Hər an qəlbimdəsən, ürəyimdəsən Sevən qəlbimləsən, sən mənimləsən Hər an qəlbimdəsən, ürəyimdəsən Sevən qəlbimləsən, sən mənimləsən Hər an qəlbimdəsən, ürəyimdəsən Sevən qəlbimləsən, sən mənimləsən Hər an qəlbimdəsən, ürəyimdəsən Sevən qəlbimləsən, sən mənimləsən Hər an qəlbimdəsən, ürəyimdəsən Sevən qəlbimləsən, sən mənimləsən Hər an qəlbimdəsən, ürəyimdəsən Sevən qəlbimləsən, sən mənimləsən
  • Ay Lolo, qızıl üzük laxladı Ay Lolo, verdim anam saxladı Ay Lolo, anama qurban olum Ay Lolo, məni də adaxladı Alça gül açdı, nənəm ey Dilim dolaşdı, nənəm ey Alça gül açdı, nənəm ey Dilim dolaşdı, nənəm ey Ah, bu evin kiçik qızı Qoşuldu, qaçdı, nənəm ey Qoşuldu, qaçdı, nənəm ey Ay Lolo, qızıl üzük laxladı Ay Lolo, yar düymələri mərcan Ay Lolo, verdim anam saxladı Ay Lolo, yar düymələri mərcan Ay Lolo, anama qurban olum Ay Lolo, yar düymələri mərcan Ay Lolo, məni tez adaxladı Ay Lolo, yar düymələri mərcan Alça gül açdı, nənəm ey Dilim dolaşdı, nənəm ey Alça gül açdı, nənəm ey Dilim dolaşdı, nənəm ey Ah, bu evin kiçik qızı Qoşuldu, qaçdı, nənəm ey Qoşuldu, qaçdı, nənəm ey Ah, bu evin kiçik qızı Qoşuldu, qaçdı, nənəm ey Qoşuldu, qaçdı, nənəm ey
  • Qaranlıq bir gecədən qaçıram Uzaqda bir işıq çağırır məni Batan günəş ilə rəqs edirəm Sənsizlik dəryası çəkir məni Soyuq külək əsir Ruhum titrəyir Yenə gözləyirəm Solmuş ümidlərimi Ürəyim də ki, sözlərim də ki Susub boylanır Mənə gözlərim də ki O yaraları Bərk sarsam da mən Unutmaq olmur səni Bilmirəm yaraları unuda Bilmirəm, ayrılıq məni əzib bərk Bilirəm, ey Mən sanki boşluğa baxıram Hisslərimdən alovlanır Soyuq külək əsir Ruhum titrəyir Yenə gözləyirəm Solmuş ümidlərimi İstəyirəm yenə qanad açım, uçum mən Buludları aşıb qaçım, gedim yenə mən Yaradana çatım, onu sevim yenə mən Bu kainatdan uzaq bir yerdə İstəyirəm yenə qanad açım, uçum mən Buludları aşıb qaçım, gedim yenə mən Yaradana çatım, onu sevim yenə mən Bu kainatdan uzaq bir yerdə Ey
  • [Bənd 1] Küləyin dalğaları saçlarımda tərpənir Gözyaşların həsrəti kirpiklərdə gizlənir Dənizin dalğaları yuyur bütün izləri Sənli xatirələrim yaddaşımda gizlənir [Nəqərat] Yox olum, gedim ən dərinə Yoluxum yenə hisslərinə Toxunum yenə nəfəsinə Başqa birini istəmirəm [Keçid] Leysan yağış ol, yağ kədər Saysan, dərdlərim dağ qədər Bax mənə, bax mənə Heç nə sağaltmır vaxt qədər Leysan yağış ol, yağ kədər Saysan, dərdlərim dağ qədər Şübhələr hissləri ləkələr Bəlkə mən, bəlkə də, bəlkələr [Nəqərat] Yox olum, gedim ən dərinə Yoluxum yenə hisslərinə Toxunum yenə nəfəsinə Başqa birini istəmirəm [Keçid] Leysan yağış ol, yağ kədər Saysan, dərdlərim dağ qədər Bax mənə, bax mənə Heç nə sağaltmır vaxt qədər Leysan yağış ol yağ kədər Saysan dərdlərim dağ qədər Şübhələr hissləri ləkələr Bəlkə mən, bəlkə də, bəlkələr [Nəqərat] Yox olum gedim ən dərinə Yoluxum yenə hisslərinə Toxunum yenə nəfəsinə Başqa birini istəmirəm
  • [Bənd] Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz Sənin ol cəlb eyləyən vəslinə and içdim inan Sənin ol cəlb eyləyən vəslinə and içdim inan Hicrinə yandı canım, yox daha taqət sənsiz Hicrinə yandı canım, yox daha taqət sənsiz Başqa bir yarı necə axtarım, ey nazlı sənəm? Bilirəm sən də dedin:"Yox yarə hacət sənsiz" Bilirəm sən də dedin:"Yox yarə hacət sənsiz" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz Nə gözüm var arayım mən səni, bəxtim də ki yox Nə də bir qaçmağa var məndə cəsarət sənsiz Sən Nizamidən əgər arxayın olsan da, gülüm Gecə-gündüz arayıb olmadı rahət sənsiz Gecə-gündüz arayıb olmadı rahət sənsiz Yarım, sənsiz... Canım, sənsiz... Yarım, sənsiz... Canım, sənsiz... APPLE 10.000 Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz Sənin ol cəlb eyləyən vəslinə and içdim inan Sənin ol cəlb eyləyən vəslinə and içdim inan Hicrinə yandı canım, yox daha taqət sənsiz Hicrinə yandı canım, yox daha taqət sənsiz Başqa bir yarı necə axtarım, ey nazlı sənəm? Bilirəm sən də dedin:"Yox yarə hacət sənsiz" Bilirəm sən də dedin:"Yox yarə hacət sənsiz" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz Nə gözüm var arayım mən səni, bəxtim də ki yox Nə də bir qaçmağa var məndə cəsarət sənsiz Sən Nizamidən əgər arxayın olsan da, gülüm Gecə-gündüz arayıb olmadı rahət sənsiz Gecə-gündüz arayıb olmadı rahət sənsiz Yarım, sənsiz... Canım, sənsiz... Yarım, sənsiz... Canım, sənsiz...
  • Ah, ürəyim daş oldu Şər mənə qardaş oldu Sən ki, gəlmədin Kədər, qəm mənə yoldaş oldu Gözlərim gözyaşı oldu Ürəkdə savaş oldu İstədim bir unudam Min cürə yaddaş oldum Gəl, qayıt, qurban olum Açılsın əlim qolum Yenidən bu dünyada Ən xoşbəxt qadın olum Keşməkeşli yol idi Döngələrlə bol idi Birində döndüm sağa Sən demə, sol idi Yaxşı axtaran tapar Öz muradına çatar Sevda çətin olsa da Birdi Koroğlu, Nigar Qayıtdın, qurban olum Açıldı əlim qolum Yenidən bu dünyada Ən xoşbəxt qadın oldum Qayıtdın, qurban olum Açıldı əlim qolum Ən xoşbəxt qadın oldum
  • Oturmuş yar məclisdə Mən eyləyirəm culilə bahəm Süleyman əyləşib guya Süleyman əyləşib guya həqqər Murilə bahəm Oturmuş yar məclisdə Mən eyləyirəm culilə bahəm Süleyman əyləşib guya Süleyman əyləşib guya Süleyman əyləşib guya həqqər Murilə bahəm Bu bəzmə şuri düşdüm Çünki şahın nazıyla gəldi Bu bəzmə şuri düşdüm Çünki şahın nazıyla gəldi Bu bəzmə şuri düşdüm Çünki şahın nazıyla gəldi Çal, ey tarzən Ehh, indi şahın nazı şurinə bahəm Gəl istərsən, şikəstə xatirim Xoş hal ola səndən Qətari çək, əşiranə Yenə mahurilə bahəm
  • Gözlərin aldı məni, kəməndə saldı məni Getmə, getmə, gəl, gözəl yar, getmə, gəl Amandır, qoymayın, yar gözdən saldı məni Getmə, getmə, gəl, gözəl yar, getmə, getmə, gəl Sənin ala gözlərin, canım ala gözlərin Getmə, getmə, gəl, gözəl yar, getmə, getmə, gəl Qorxuram birdən öləm, yada qala gözlərim Getmə, getmə, gəl, gözəl yar, getmə, gəl Qurban axan gözünə, yar, nazla baxan gözünə, yar Qurban axan gözünə, yar, nazla baxan gözünə, yar Yenə sürmə çəkmisən, evlər yıxan gözünə, yar Getmə, getmə, gəl Getmə, getmə, gəl, gözəl yar, getmə, getmə, gəl Getmə, getmə, getmə, getmə Gəl, gəl, gəl, gəl, gəl
  • Kirpiklərin oxdur Qaşın kamandır Qaşın kamandır Kirpiklərin oxdur Qaşın kamandır Qaşın kamandır Gözəl məndən üz döndərmə, amandır! Gözəl məndən üz döndərmə, amandır! Həsrətinlə hər zaman Həsrətinlə hər zaman Gözüm qaldı bu yollarda Ala göz Həsrətinlə hər zaman Həsrətinlə hər zaman Gözüm qaldı bu yollarda Ala göz Həsrətinlə hər zaman Həsrətinlə hər zaman Gözüm qaldı bu yollarda Ala göz Həsrətinlə hər zaman Həsrətinlə hər zaman Gözüm qaldı bu yollarda Ala göz Ala, göz, ala göz Ala göz Ala
  • Gözlərim arxanca hey baxar Getdiyin yollarda duman var Baxdıqca gözümdən qəm yağar Qayıtsan, məni də gəl apar Sən bir payız yağışısan ömrümə yağan (ömrümə yağan) Sevgilim, mən unutmaram səni heç zaman (səni heç zaman) Təkcə səni sevdim ömrüm, günüm, eşqim Hər an səni sevdim Kədərli nəğməmi oxudum Yağışlı gecənin üzünə Xəyaldan bir sevgi toxudum (sevgi toxudum) Həsrətdən yol çəkən gözümə Sən bir payız yağışısan ömrümə yağan [ömrümə yağan) Sevgilim, mən unutmaram səni heç zaman (səni heç zaman) Təkcə səni sevdim ömrüm, günüm, eşqim Hər an səni sevdim Sən bir payız yağışısan ömrümə yağan (ömrümə yağan) Sevgilim, mən unutmaram səni heç zaman Təkcə səni sevdim (səni sevdim) ömrüm, günüm, eşqim Hər an səni sevdim Hər an səni sevdim
  • Mən səni gözlədim hər gün, hər gecə Qəlbimdə ağlayan məhəbbət ilə Mən səni gözlədim hər an beləcə İçimdə üşüyən bir həsrət ilə Gözümdə saralan qəmli eşqimi Sənin baxışların əlimdən aldı İçimdə hönkürən duyğularımı Bir dəli məhəbbət tilsimə saldı Mən səni gözlədim yol ayrıcında Küləklər könlümü alana qədər Mən səni gözlədim sevən qəlbimdə Məhəbbət bir nəğmə olana qədər Mən səni gözlədim sonsuz səhrada Ürəyim od tutub yanana qədər Mən səni gözlədim qarlı baharda Bu həsrət bir vüsal olana qədər Həsrətim gözümün gölündə üzdü Dənizdə çırpınan dalğalar kimi Ləpələr eşqimi sahilə düzdü Yarpaqdan asılan damlalar kimi Mən səni gözlədim yol ayrıcında Küləklər könlümü alana qədər Mən səni gözlədim sevən qəlbimdə Məhəbbət bir nəğmə olana qədər Olana qədər Mən səni gözlədim yol ayrıcında Küləklər könlümü alana qədər Mən səni gözlədim sevən qəlbimdə Məhəbbət bir nəğmə olana qədər
  • Yüz qızdan birini sevərim Yolunda canımı verərim Yüz qızdan birini sevərim Yolunda canımı verərim Bana, bana gəl, bana, bana gəl Bana, bana gəl, qaçma, gözəl Bana, bana gəl, qaçma, gözəl Nerde olsan atı çaparım, yar Seni taparım, yar Gəl, gözəlim, gəl, gözəlim, gəl, yosma Şimşeyim, dağlarda çaxarım Halları yoluna yaxarım Şimşeyim, dağlarda çaxarım Xalları yadına yaxarım Bana, bana gəl, qaçma, gözəl Bana, bana gəl, qaçma, gözəl Nerde olsan atı çaparım, yar Səni taparım, yar Gəl, gözəlim, gəl, gözəlim, gəl, yosma Bana, bana gəl, qaçma, gözəl Bana, bana gəl, qaçma, gözəl Nerde olsan atı çaparım, yar Səni taparım, yar Gəl, gözəlim, gəl, gözəlim, gəl, yosma Ey fələk, zülmün əyandır Bu necə dövri-zamandır ki İşim ahü-fəğandır Məni yandırma, amandır Gözümün əşki rəvandır Ürəyim dop dolu qandır Hamı qəmdən bu yamandır ki Necə əhli-qələmlər Buraxın canıma qəmlər Qarışıb dərdi-bəhəmlər Aman, yar, ay balam Qarışıb dərdi-bəhəmlər Ürəyim indi vərəmlər Dağlarda mesken salabilerim Dərdini versən alabilerim Öl desən, vallah, ölebilerim, yar Qaçma məndən, yavrum Qaçma benden, yosma Bana, bana gəl, bana, bana gəl Bana, bana gəl, bana, bana gəl Bana, bana gəl, qaçma, gözəl Bana, bana gəl, qaçma, gözəl Nerde olsan atı çaparım, yar Səni taparım, yar Gəl, gözəlim, gəl, gözəlim, gəl, yosma Bana, bana gəl, qaçma, gözəl Bana, bana gəl, qaçma, gözəl Nerde olsan atı çaparım, yar Səni taparım, yar Gəl, gözəlim, gəl, gözəlim, gəl, yosma Gəl, gözəlim, gəl, gözəlim, gəl, yosma Gəl, gözəlim, gəl, yosma
  • [Bənd 1] Hisslərim dumanda Gözlərim gümanda Bir sual canımda Bu dərd niyə məni tapar? Qəlbim səhralarda Qar yağır baharda Mən sevginə baxanda Gözlərin niyə kənar qaçar? [Keçid] Səndən dünyalar istəmirəm Daha, bil heç nə gözləmirəm Qəlbimi duymusan Mənə uymusan Səndən dünyalar istəmirəm Daha, bil heç nə gözləmirəm Qəlbimi duymusan Mənə uymusan [Nəqərat] Bu sevgi dayazdır Nə etsəm azdır qəlbimə, bil Sanma bu nazdır Axı sən anlamazdın sevgi nədir Bu sevgi dayazdır Nə etsəm azdır qəlbimə, bil Sanma bu nazdır Axı sən anlamazdın sevgi nədir [Bənd 2] Hisslərim dumanda Gözlərim gümanda Bir sual canımda Bu dərd niyə məni tapar? Qəlbim səhralarda Qar yağır baharda Mən sevginə baxanda Gözlərin niyə kənar qaçar? [Keçid] Səndən dünyalar istəmirəm Daha, bil heç nə gözləmirəm Qəlbimi duymusan Mənə uymusan Səndən dünyalar istəmirəm Daha, bil heç nə gözləmirəm Qəlbimi duymusan Mənə uymusan [Nəqərat] Bu sevgi dayazdır Nə etsəm azdır qəlbimə, bil Sanma bu nazdır Axı sən anlamazdın sevgi nədir Bu sevgi dayazdır Nə etsəm azdır qəlbimə, bil Sanma bu nazdır Axı sən anlamazdın sevgi nədir
  • Yenə mən yapyalnız tək otaqda Sən varkən tənhayam mən həyatda Buz kimi mən yenə tək yataqda Gözyaşımdır, bil yağış yağanda Bəlkə mən bir fəslin sevgilisi? Bəlkə mən bir dəlinin ölüsü? Bəlkə mən görünməyən bir sevgi? Bəlkə də son bahar eşq kölgəsi? Sən al, sən al mənim sevgimi Sən qal, sən qal isit fəslimi Sev məni bu payız, heç olmaya bir payız Sev məni bu payız Sev məni sən yalnız Sev məni günahsız Sev məni yalansız Yenə mən yapyalnız tək otaqda Sən varkən tənhayam mən həyatda Buz kimi mən yenə tək yataqda Gözyaşımdır, bil yağış yağanda Bəlkə mən bir fəslin sevgilisi? Bəlkə mən bir dəlinin ölüsü? Bəlkə mən görünməyən bir sevgi? Bəlkə də son bahar eşq kölgəsi? Sən al, sən al mənim sevgimi Sən qal, sən qal isit fəslimi Sev məni bu payız, heç olmaya bir payız Sev məni bu payız Sev məni sən yalnız Sev məni günahsız Sev məni yalansız Sev məni Sev məni bu payız, heç olmaya bir payız Sev məni bu payız Sev məni sən yalnız Sev məni günahsız Sev məni yalansız Sən al, sən al mənim sevgimi Sən qal, sən qal isit fəslimi Sev məni bu payız, heç olmaya bir payız Sev məni bu payız Sev məni sən yalnız Sev məni günahsız Sev məni yalansız Sev məni bu payız, heç olmaya bir payız Sev məni bu payız Sev məni sən yalnız Sev məni günahsız Sev məni yalansız
  • Elə demə, zalım yar Qadan, bəlan alım, yar Sən ki belə deyildin Səni bir öyrədən var Qurban olum o gözlərə Qurban olum o gözlərə Məni saldın bu düzlərə Məni saldın bu düzlərə Araqçının haşını Hara qoyum başımı Gedib yenə gələrəm Tökmə gözün yaşını Qurban olum o gözlərə Qurban olum o gözlərə Məni saldın bu düzlərə Məni saldın bu düzlərə Elə demə, zalım yar Qadan, bəlan alım, yar Sən ki belə deyildin Səni bir öyrədən var Bir öyrədən var Öyrədən var Öyrədən var Öyrədən var Qurban olum o gözlərə Qurban olum o gözlərə Məni saldın bu düzlərə Məni saldın bu düzlərə
  • Yalanları gültək dərirəm Amma bitir yenidən Səhər oyan, bax gözlərimə Gülə-gülə gedirəm Uuu... Sanma ki, dəliyəm, yox Uuu... Sadəcə zəkiyəm çox Aylar, illər mənsiz uzun olar Sonra, sonra bizə nə olar, olar Səni sevə, sevə, sevə gəldim oyuna İndi sən yoluna, mən də öz yoluma Səni sevə, sevə, sevə gəldim oyuna İndi sən yoluna, mən də öz yoluma Qaranlığa güntək çıxıram İşıq oluram ona Sevgilərə göydən yağıram Yağış oluram ona Uuu... Sanma ki, dəliyəm, yox Uuu... Sadəcə zəkiyəm çox Aylar, illər mənsiz uzun olar Sonra, sonra bizə nə olar, olar Səni sevə, sevə, sevə gəldim oyuna İndi sən yoluna, mən də öz yoluma Səni sevə, sevə, sevə gəldim oyuna İndi sən yoluna, mən də öz yoluma İndi sən yoluna, mən də öz yoluma Səni sevə, sevə...
  • Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan Hardasan, həyatım, varmısan, yoxmusan, yoxmusan? Mən səni izlədim, günah tək gizlədim, gizlədim Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim Əlvida o günlər, ulduzlu gecələr, əlvida Ömrümdə nə qaldı, nə qaldı vəfasız dünyadan? Əlvida o günlər, ulduzlu gecələr, əlvida Ömrümdə nə qaldı, nə qaldı vəfasız dünyadan? Mən səni izlədim, günah tək gizlədim, gizlədim Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan Hardasan, həyatım, varmısan, varmısan, yoxmusan? Mən səni izlədim, günah tək, günah tək gizlədim Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim Əlvida o günlər, ulduzlu gecələr, əlvida Ömrümdə nə qaldı, nə qaldı vəfasız dünyadan? Əlvida o günlər, ulduzlu gecələr, əlvida Ömrümdə nə qaldı, nə qaldı vəfasız dünyadan? Mən səni izlədim, günah tək gizlədim, gizlədim Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim
  • [Bənd] Olsa idi əsəri-naleyi əfğanımızın Yenə bir rəhmi gələrdi bizə cananımızın Ağlarım, ağlarım sübh açılınca gecələr kuyindən Üzü gülsün bizə, bəlkə mahi-təbanımızın Bizə hicran günü Bizə hicran günü zülmət, gecə-gündüz kimidir Eylə rövşəndir çirağı dilsizarımızın Çəkdi qəb zuf əbəs zülfi-siyahlar fikrin Çəkdi qəb zuf əbəs zülfi-siyahlar fikrin Səbəbi bir, bircə budur halı pərişanımızın Bu dəxi für bizə Vahid, yetər ölsəm də əgər, yetər Mən də bir şairiyəm Azərbaycanımızın
  • Külək əsir nə amansız! Yalanları üzə vuraraq Üzülməyim çox mənasız Qayalardan möhkəm olaram Ürəyimdə qəm-kədər keçib gedər Olacam möhkəm, gələr, gedər Gözlərimdə qəm-kədər keçib gedər Səhərə qədər keçib gedər Yağış dayanmır dünəndən Gün çıxacaq yenidən mütləq Xəbər verib ürəyimdən Yaşayacam yeni ümidlə Ürəyimdə qəm-kədər keçib gedər Olacam möhkəm, gələr, gedər Gözlərimdə qəm-kədər keçib gedər Səhərə qədər keçib gedər Ürəyimdə qəm-kədər keçib gedər Olacam möhkəm, gələr, gedər Gözlərimdə qəm-kədər keçib gedər Səhərə qədər keçib gedər
  • Sevgi şirin bir yuxu Yatmış idim, ayıldım Nə yaxşı ki, sən getdin Taleyim ilə tək qaldım Qismətin yollarında Səadətin yeri var Sən gedəndən inan ki Mənə xoşdur bu dünya Sən getdin Gözəldir bu həyat sənsiz mənə Sən getdin Sənsizliyin əziz mənə Qanad açıb dünyaya Min bir şirin arzular İndiki həyatımda Sənsizliyin yeri var Görüşməsin bir daha O keçmiş izlərimiz Mən yox, özün uduzdun Yaşayıb görərik biz Sən getdin Gözəldir bu həyat sənsiz mənə Sən getdin Sənsizliyin əziz mənə Sən getdin Bu ömür sahilsiz dəniz mənə Sən getdin İndi dünya mənimdir Sən getdin Gözəldir bu həyat sənsiz mənə Sən getdin Sənsizliyin əziz mənə Sən getdin Bu ömür sahilsiz dəniz mənə Sən getdin İndi dünya mənimdir