Татарский переводчик Узбекские песни

Песня «Bilmirəm»
исполнителя Sevda Ələkbərzadə.
Скачать или слушать онлайн

Текст песни:

Qaranlıq bir gecədən qaçıram
Uzaqda bir işıq çağırır məni
Batan günəş ilə rəqs edirəm
Sənsizlik dəryası çəkir məni
Soyuq külək əsir
Ruhum titrəyir
Yenə gözləyirəm
Solmuş ümidlərimi
Ürəyim də ki, sözlərim də ki
Susub boylanır
Mənə gözlərim də ki
O yaraları
Bərk sarsam da mən
Unutmaq olmur səni
Bilmirəm yaraları unuda
Bilmirəm, ayrılıq məni əzib bərk
Bilirəm, ey
Mən sanki boşluğa baxıram
Hisslərimdən alovlanır
Soyuq külək əsir
Ruhum titrəyir
Yenə gözləyirəm
Solmuş ümidlərimi
İstəyirəm yenə qanad açım, uçum mən
Buludları aşıb qaçım, gedim yenə mən
Yaradana çatım, onu sevim yenə mən
Bu kainatdan uzaq bir yerdə
İstəyirəm yenə qanad açım, uçum mən
Buludları aşıb qaçım, gedim yenə mən
Yaradana çatım, onu sevim yenə mən
Bu kainatdan uzaq bir yerdə
Ey

Другие песни исполнителя:

  • Ah, ürəyim daş oldu Şər mənə qardaş oldu Sən ki, gəlmədin Kədər, qəm mənə yoldaş oldu Gözlərim gözyaşı oldu Ürəkdə savaş oldu İstədim bir unudam Min cürə yaddaş oldum Gəl, qayıt, qurban olum Açılsın əlim qolum Yenidən bu dünyada Ən xoşbəxt qadın olum Keşməkeşli yol idi Döngələrlə bol idi Birində döndüm sağa Sən demə, sol idi Yaxşı axtaran tapar Öz muradına çatar Sevda çətin olsa da Birdi Koroğlu, Nigar Qayıtdın, qurban olum Açıldı əlim qolum Yenidən bu dünyada Ən xoşbəxt qadın oldum Qayıtdın, qurban olum Açıldı əlim qolum Ən xoşbəxt qadın oldum
  • [Bənd 1] Həyatımın mərkəzində, tən ortasında Sürdüyüm bu ömrün hər dəqiqəsində Nəğmə oxuyan küləyin həzin səsində Sən varsan, gülən gözlərin var Ayrılıq dolu filmin hər səhnəsində Parçalanmış gəminin göyərtəsində Sonsuz sevən insanın düşüncəsində Mən varam, ümidlərim var [Nəqərat] Mən qalmışam çarəsiz, viranə Mən olmuşam sevgisiz, divanə Qışa döndü yazım-baharım mənim Dəyişə bilmirəm fəslimi, neyləyim? Mən qalmışam çarəsiz, viranə Mən olmuşam sevgisiz, divanə Qışa döndü yazım-baharım mənim Dəyişə bilmirəm fəslimi, neyləyim? [Bənd 2] Sən yanan şam, pərvanətək bağlıyam sənə Qısa olan bu ömrümdə möhtacam sənə Günahım sevməksə əgər, həmdəmim ol Hər cəzayam mən razıyam, günahım ol Ayrılıq dolu filmin hər səhnəsində Parçalanmış gəminin göyərtəsində Sonsuz sevən insanın düşüncəsində Mən varam, ümidlərim var [Nəqərat] Mən qalmışam çarəsiz, viranə Mən olmuşam sevgisiz, divanə Qışa döndü yazım-baharım mənim Dəyişə bilmirəm fəslimi, neyləyim?
  • Yenə mən yapyalnız tək otaqda Sən varkən tənhayam mən həyatda Buz kimi mən yenə tək yataqda Gözyaşımdır, bil yağış yağanda Bəlkə mən bir fəslin sevgilisi? Bəlkə mən bir dəlinin ölüsü? Bəlkə mən görünməyən bir sevgi? Bəlkə də son bahar eşq kölgəsi? Sən al, sən al mənim sevgimi Sən qal, sən qal isit fəslimi Sev məni bu payız, heç olmaya bir payız Sev məni bu payız Sev məni sən yalnız Sev məni günahsız Sev məni yalansız Yenə mən yapyalnız tək otaqda Sən varkən tənhayam mən həyatda Buz kimi mən yenə tək yataqda Gözyaşımdır, bil yağış yağanda Bəlkə mən bir fəslin sevgilisi? Bəlkə mən bir dəlinin ölüsü? Bəlkə mən görünməyən bir sevgi? Bəlkə də son bahar eşq kölgəsi? Sən al, sən al mənim sevgimi Sən qal, sən qal isit fəslimi Sev məni bu payız, heç olmaya bir payız Sev məni bu payız Sev məni sən yalnız Sev məni günahsız Sev məni yalansız Sev məni Sev məni bu payız, heç olmaya bir payız Sev məni bu payız Sev məni sən yalnız Sev məni günahsız Sev məni yalansız Sən al, sən al mənim sevgimi Sən qal, sən qal isit fəslimi Sev məni bu payız, heç olmaya bir payız Sev məni bu payız Sev məni sən yalnız Sev məni günahsız Sev məni yalansız Sev məni bu payız, heç olmaya bir payız Sev məni bu payız Sev məni sən yalnız Sev məni günahsız Sev məni yalansız
  • Ürəyimə səsin düşüb Bütün günü Canıma nəfəsin düşüb Bütün günü Gözlərimə əksin düşüb Əksin, səsin, nəfəsin Ürəyimə səsin düşüb Səsin, nəfəsin, əksin Canıma nəfəsin düşüb Nəfəsin, əksin, səsin Ay sevgilim, səslə məni Hər gün səslə Sən niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən Niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən Niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən Niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən Ürəyimə səsin düşüb Bütün günü Canıma nəfəsin düşüb Bütün günü Gözlərimə əksin düşüb Əksin, səsin, nəfəsin Ürəyimə səsin düşüb Səsin, nəfəsin, əksin Canıma nəfəsin düşüb Nəfəsin, əksin, səsin Ay sevgilim, səslə məni Hər gün səslə Sən niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən Niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən Sən niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən Niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən Niyə? Niyə? Niyə beləsən? Sən niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən Niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən Sən niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən Niyə beləsən? Axır ki, mənə "sevirəm" deyəcəksən Bunu biləsən