Татарский переводчик Узбекские песни

Песня «Mən Səni Gözlədim»
исполнителя Sevda Ələkbərzadə.
Скачать или слушать онлайн

Текст песни:

Mən səni gözlədim hər gün, hər gecə
Qəlbimdə ağlayan məhəbbət ilə
Mən səni gözlədim hər an beləcə
İçimdə üşüyən bir həsrət ilə
Gözümdə saralan qəmli eşqimi
Sənin baxışların əlimdən aldı
İçimdə hönkürən duyğularımı
Bir dəli məhəbbət tilsimə saldı
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər
Mən səni gözlədim sonsuz səhrada
Ürəyim od tutub yanana qədər
Mən səni gözlədim qarlı baharda
Bu həsrət bir vüsal olana qədər
Həsrətim gözümün gölündə üzdü
Dənizdə çırpınan dalğalar kimi
Ləpələr eşqimi sahilə düzdü
Yarpaqdan asılan damlalar kimi
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər
Olana qədər
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər

Другие песни исполнителя:

  • Söylə yadındamı Qaralanda şam? Yolunu dəyişib Dönən sən oldun Söylə yadındamı Qaralanda şam? Yolunu dəyişib Dönən sən oldun Günahkar deyildin Yenə o axşam Dinməyən mən oldum Dinən sən, dinən sən, sən oldun Günahkar deyildin Yenə o axşam Dinməyən mən oldum Dinən sən, dinən sən, sən oldun Saxta gülüşlərə İnanıb, ey yar Özünü hamıdan Sandın bəxtiyar Saxta gülüşlərə İnanıb, ey yar Özünü hamıdan Sandın bəxtiyar Nəhayət, hökmünü Dəyişdi rüzgar Ucalan mən oldum Enən sən, enən sən, sən oldun Nəhayət, hökmünü Dəyişdi rüzgar Ucalan mən oldum Enən sən, enən sən Sən oldun Sən oldun... Sən oldun...
  • Gözlərin aldı məni, kəməndə saldı məni Getmə, getmə, gəl, gözəl yar, getmə, gəl Amandır, qoymayın, yar gözdən saldı məni Getmə, getmə, gəl, gözəl yar, getmə, getmə, gəl Sənin ala gözlərin, canım ala gözlərin Getmə, getmə, gəl, gözəl yar, getmə, getmə, gəl Qorxuram birdən öləm, yada qala gözlərim Getmə, getmə, gəl, gözəl yar, getmə, gəl Qurban axan gözünə, yar, nazla baxan gözünə, yar Qurban axan gözünə, yar, nazla baxan gözünə, yar Yenə sürmə çəkmisən, evlər yıxan gözünə, yar Getmə, getmə, gəl Getmə, getmə, gəl, gözəl yar, getmə, getmə, gəl Getmə, getmə, getmə, getmə Gəl, gəl, gəl, gəl, gəl
  • Deyirsən yanında qalacağam mən Çox gözəl fikirdi qal sənə qurban Qal sənə qurban... Nə zaman istəsən əziz canımı Qumral gözlərinlə al sənə qurban Sən Müşviqin yanında qalginən sənə qurban İstərsən bu canımı alginən sənə qurban Gəlmiş hüzuruna bir qara dağlı Bir qara qulundur qolları bağlı Qolları bağlı... Gəl sinəmə çəkmə sən hicran dağı Gümüş topuğunda xal sənə qurban Sən Müşviqin yanında qalginən sənə qurban İstərsən bu canımı alginən sənə qurban
  • Həyatın sürəti xəyallardan iti Boşuna yaşamaq gərəkmi? Bir qədəh martini həsrəti ötərmi? Bir uzun sevgiyə yetərmi? Köhnə mesajların, əsəbi anların Sonsuz təlaşlara məlhəmmi? Sevişə-sevişə bir dənə bənövşə Bir dənə öpüşə dəyərmi? Məhəbbət ki dəb deyil Neynirəm onu? Hamı bilir nə olur Məcnunun sonu Məhəbbət ki dəb deyil Neynirəm onu? Gələcək bir sonu Son Həyatın sürəti xəyallardan iti Sevənlər bunları anlarmı? Ara-sıra zəngin kefimi açarmı? Həsrət onda məndən qaçarmı? Bizi ayıranda yenə sarı taksi Gözümdə göz əksin qalarmı? Görüşdən görüşə, min dənə öpüşdən Bir dənə yadımda qalarmı? Məhəbbət ki dəb deyil Neynirəm onu? Hamı bilir nə olur Məcnunun sonu Məhəbbət ki dəb deyil Neynirəm onu? Gələcək bir sonu Sonu Son Son Son Son Məhəbbət ki dəb deyil Neynirəm onu? Hamı bilir nə olur Məcnunun sonu Məhəbbət ki dəb deyil Neynirəm onu? Bilirəm necə olur Bu filmin sonu Məhəbbət ki dəb deyil Neynirəm onu? Hamı bilir nə olur Məcnunun sonu Məhəbbət ki dəb deyil Neynirəm onu? Bilirəm necə olur Bu filmin sonu