Sevə-sevə doğmalıqdan yad olduq
Sevgimizin atəşindən yorulduq
Vüsala ya ayrılığa qovuşduq?
Harada qaldın, nə aradıq, nə sorduq?
Günlər ötdü, bizi bizdən elədi
Gözyaşımı içimə sel elədi
Kim ayırdı, görən, bizə neylədi?
Doğma ikən, yaxın ikən yad olduq
Mən günahı öz-özümdə bilirəm
İnanıram, sevirəm, güvənirəm
Doğma bilib ürəyimi verirəm
İndi durub yana-yana deyirəm
Nədən belə ayrı düşdük, yad olduq?
Ayrı düşdük, yad olduq?
Su olmadıq, hər ikimiz od olduq
Su olmadıq, od olduq
Bu sevgi ilə hər bir kəsin yadında
Nağıl olduq, şeir olduq, ad olduq
Tanrı bizi qovuşdurdu göylərdə
Yerdə isə gözə gəldik, yad olduq
Mən günahı öz-özümdə bilirəm
İnanıram, sevirəm, güvənirəm
Doğma bilib ürəyimi verirəm
İndi durub yana-yana deyirəm
Nədən belə ayrı düşdük, yad olduq?
Ayrı düşdük, yad olduq
Su olmadıq, hər ikimiz od olduq
Su olmadıq, od olduq
Nədən belə ayrı düşdük, yad olduq?
Ayrı düşdük, yad olduq
Su olmadıq, hər ikimiz od olduq
Su olmadıq, od olduq
Əlimi bıçaq kəsibdir
Dəstə bıçaq kəsibdir
Yağ gətirin, yağlayaq
Dəsmal gətirin, bağlayaq
Əlimi bıçaq kəsibdir
Dəstə bıçaq kəsibdir
Yağ gətirin, yağlayaq
Dəsmal gətirin, bağlayaq
Dəsmal dəvə boynunda
Dəvə Şirvan yolunda
Dəsmal dəvə boynunda
Dəvə Şirvan yolunda
Şirvan yolu lil bağlar
Dəstə-dəstə gül bağlar
Şirvan yolu lil bağlar
Dəstə-dəstə gül bağlar
Şirvan yolu lil bağlar
Dəstə-dəstə gül bağlar
Şirvan yolu lil bağlar
Dəstə-dəstə gül bağlar
Əlimi bıçaq kəsibdir
Dəstə bıçaq kəsibdir
Yağ gətirin, yağlayaq
Dəsmal gətirin, bağlayaq
Əlimi bıçaq kəsibdir
Dəstə bıçaq kəsibdir
Yağ gətirin, yağlayaq
Dəsmal gətirin, bağlayaq
Dəsmal dəvə boynunda
Dəvə Şirvan yolunda
Dəsmal dəvə boynunda
Dəvə Şirvan yolunda
Şirvan yolu lil bağlar
Dəstə-dəstə gül bağlar
Şirvan yolu lil bağlar
Dəstə-dəstə gül bağlar
Şirvan yolu lil bağlar
Dəstə-dəstə gül bağlar
Şirvan yolu lil bağlar
Dəstə-dəstə gül bağlar
O gülün birin üzəydim
Tellərinə düzəydim
O gülün birin üzəydim
Tellərinə düzəydim
Qardaşımın toyunda
Sındıra-sındıra süzəydim
Qardaşımın toyunda
Sındıra-sındıra süzəydim
Şirvan yolu lil bağlar
Dəstə-dəstə gül bağlar
Şirvan yolu lil bağlar
Dəstə-dəstə gül bağlar
Şirvan lil bağlar
Dəstə gül bağlar
Şirvan lil bağlar
Dəstə gül bağlar
Şirvan lil bağlar
Dəstə gül bağlar
Şirvan lil bağlar
Dəstə gül bağlar
Şirvan lil bağlar
Dəstə gül bağlar
Şirvan lil bağlar
Söylə yadındamı
Qaralanda şam?
Yolunu dəyişib
Dönən sən oldun
Söylə yadındamı
Qaralanda şam?
Yolunu dəyişib
Dönən sən oldun
Günahkar deyildin
Yenə o axşam
Dinməyən mən oldum
Dinən sən, dinən sən, sən oldun
Günahkar deyildin
Yenə o axşam
Dinməyən mən oldum
Dinən sən, dinən sən, sən oldun
Saxta gülüşlərə
İnanıb, ey yar
Özünü hamıdan
Sandın bəxtiyar
Saxta gülüşlərə
İnanıb, ey yar
Özünü hamıdan
Sandın bəxtiyar
Nəhayət, hökmünü
Dəyişdi rüzgar
Ucalan mən oldum
Enən sən, enən sən, sən oldun
Nəhayət, hökmünü
Dəyişdi rüzgar
Ucalan mən oldum
Enən sən, enən sən
Sən oldun
Sən oldun...
Sən oldun...
Mən səni gözlədim hər gün, hər gecə
Qəlbimdə ağlayan məhəbbət ilə
Mən səni gözlədim hər an beləcə
İçimdə üşüyən bir həsrət ilə
Gözümdə saralan qəmli eşqimi
Sənin baxışların əlimdən aldı
İçimdə hönkürən duyğularımı
Bir dəli məhəbbət tilsimə saldı
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər
Mən səni gözlədim sonsuz səhrada
Ürəyim od tutub yanana qədər
Mən səni gözlədim qarlı baharda
Bu həsrət bir vüsal olana qədər
Həsrətim gözümün gölündə üzdü
Dənizdə çırpınan dalğalar kimi
Ləpələr eşqimi sahilə düzdü
Yarpaqdan asılan damlalar kimi
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər
Olana qədər
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər