Татарский переводчик Узбекские песни

Eldar Mansurov.
 Слушать песни исполнителя и скачать онлайн

Eldar Mansurov

  • Bu nağıllar dünyası Macəralar röyası Mən işıqlı ulduzam Hamı məni gözləyir Mən aydan gəlmişəm Göydən gələn qonağa Sənə günəş olaram Həsrətinlə yanaram Zülmətli gecələrində Mən aydan gəlmişəm Əl-ələ verək birlikdə biz Dillərə düşsün bu sevgimiz Nağıldan dönüm mən gerçəyə Eşqimiz bənzəsin çiçəyə Əl-ələ verək birlikdə biz Dillərə düşsün bu sevgimiz Nağıldan dönüm mən gerçəyə Yanında qalım Ulduzların içində Sənə səma olaram Məni hər an gözləsən Sənə nəğmə qoşaram Nağıl aləmindən Dumanlı bir xəyalsan Tənhalıqdan yanırsan Sənin xəbərin varmı? Sorağına gəlmişəm Bəxt ulduzuyam mən Əl-ələ verək birlikdə biz Dillərə düşsün bu sevgimiz Nağıldan dönüm mən gerçəyə Eşqimiz bənzəsin çiçəyə Əl-ələ verək birlikdə biz Dillərə düşsün bu sevgimiz Nağıldan dönüm mən gerçəyə Yanında qalım
  • Gedirəm bu axşam, gedirəm, gülüm Bilirəm, gül üzün solacaq mənsiz Gedirəm, gəlməsəm qalacaq sevgim Bəlkə də gözlərin dolacaq mənsiz Gedirəm, gəlməsəm qalacaq sevgim Güman ki, gözlərin dolacaq mənsiz Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Bürüyüb göyləri indi çən, duman Torpaq dilə gəlib aman, ay aman! Vətən gözü yaşlı qalsa, o zaman Ay Allah, sevgilim qalacaq mənsiz! Vətən gözü yaşlı qalsa, o zaman Ay Allah, sevgilim qalacaq mənsiz! Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yada sal məni Yada sal məni Yada sal məni
  • Məni oyatdı yuxudan Səslənən sevgi nəğməsi Qəlbimə sanki bir anda Doldu bir payız nəfəsi Qəlbimə sanki bir anda Doldu bir payız nəfəsi Həsrət yağışı Yenə yağdı qəlbimə Damla göz yaşı Axdı kipriklərimə Həsrət yağışı Yenə yağdı qəlbimə Damla göz yaşı Axdı kipriklərimə Geri qaytara bilmədim Vüsaltək şirin çağları Fikrimdə qalacaq mənim Sevgi dolu naxışları Fikrimdə qalacaq mənim Sevgi dolu naxışları Həsrət yağışı Yenə yağdı qəlbimə Damla göz yaşı Axdı kipriklərimə Həsrət yağışı Yenə yağdı qəlbimə Damla göz yaşı Axdı kipriklərimə Həsrət yağışı Yenə yağdı qəlbimə Damla göz yaşı Axdı kipriklərimə Həsrət yağışı Yenə yağdı qəlbimə Damla göz yaşı Axdı kipriklərimə Həsrət yağışı Həsrət yağışı Həsrət yağışı Həsrət yağışı Həsrət yağışı
  • Payız gəlir, sən hardasan? Xəzan alır yaşıl bağları Bahar gəlir, sən hardasan? Duman alır uca dağları Yaz qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Durnalar qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Yağış yağır göz yaşları Selə dönür yağır yollara Söylə görüm sən hardasan İki gözüm baxır yollara Yaz qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Durnalar qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim?
  • Aramızda nə qalır ki Bir keçilməz dərya var Yadımızda nə qalır ki Bir yozulmaz röya var Yadımızda nə qalır ki Bir yozulmaz röya var Səni məndən kim alar ki Qismətinə kim qalar ki Mənim olsan nə olar ki Dağılmaz ki bu dünya Mənim olsan nə olar ki Dağılmaz ki bu dünya Bu çalınan nə kamandır Ürəyimin telləri Görüşmürük nə zamandır Saymaq olmur illəri Görüşmürük nə zamandır Saymaq olmur illəri Bilməz idim sinəmdəsən Bu kimsəsiz aləmdəsən Qarşılaşsan mənimlə sən Dağılmaz ki bu dünya Qarşılaşsan mənimlə sən Dağılmaz ki bu dünya
  • Saçlarının rəngi payızdır Gözlərinin rəngi dəniz Almaya bənzər yanağınla Ay üzün Aydan da təmiz Qönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Qönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Günləri saydım, sənə çatdım, əzizim Dərdi-qəmi başımdan atdım, əzizim Yuxuna gəlmək üçün, üzünü görmək üçün Tək səni fikirləşib yatdım, əzizim Günləri saydım, sənə çatdım, əzizim Dərdi-qəmi başımdan atdım, əzizim Yuxuna gəlmək üçün, üzünü görmək üçün Tək səni fikirləşib yatdım, əzizim Yandırır atəşli baxışlar Gör, necə qəlbim közərir Hər baxışından ürəyimdə Bir yeni dünya düzəlir Qönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Qönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Günləri saydım, sənə çatdım, əzizim Dərdi-qəmi başımdan atdım, əzizim Yuxuna gəlmək üçün, üzünü görmək üçün Tək səni fikirləşib yatdım, əzizim Günləri saydım, sənə çatdım, əzizim Dərdi-qəmi başımdan atdım, əzizim Yuxuna gəlmək üçün, üzünü görmək üçün Tək səni fikirləşib yatdım, əzizim Yuxuna gəlmək üçün, üzünü görmək üçün Tək səni fikirləşib yatdım, əzizim
  • [Giriş] Mübarəkdir bu zəfərlər Mübarəkdir bu hünərlər Mübarəkdir bu zəfərlər Mübarəkdir bu hünərlər [Bənd 1] Gözün aydın, ana yurdum Yazdıq zəfər tarixini Şuşada asdıq bayrağı Azad etdik Qarabağı Azad etdik Qarabağı Qarabağ - mənim vətənim Doğma elim, doğma yurdum Sənsiz keçən günlərimin İllərlə xəyalın qurdum İllərlə xəyalın qurdum [Nəqərat] Mübarəkdir bu zəfərlər Mübarəkdir bu hünərlər Mübarəkdir bu zəfərlər Mübarəkdir bu hünərlər Alqış sənə, Azərbaycan Alqış, Ali Baş Komandan Mübarəkdir bu zəfərlər Mübarəkdir bu hünərlər
  • Səninlə bəzənir baharım, yazım Gözünə baxmaqdan doymayır gözüm Sənin həsrətinə qalmayıb dözüm Bağımın ən gözəl gülü - Nərgizim Biz iki insanıq eyni ürəkdə Eyni arzudayıq, eyni diləkdə Əbədi bir gül ol, solma fələkdə Bağımın ən gözəl gülü - Nərgizim Gəl, sənin gəldiyin yoluna qurban Əlin ver əlimə, əlinə qurban Mənə "can-can" deyən dilinə qurban Bağımın ən gözəl gülü - Nərgizim Gəl, sənin gəldiyin yoluna qurban Əlin ver əlimə, əlinə qurban Mənə "can-can" deyən dilinə qurban Bağımın ən gözəl gülü - Nərgizim Sevdanın taleyi sənin əlində Nədir ürəyində, nədir dilində İstəsən ölərəm sənin yolunda Bağımın ən gözəl gülü - Nərgizim Bilirəm, sevginə sədaqətlisən Əslində Leylidən məhəbbətlisən Açmamış qönçətək təravətlisən Bağımın ən gözəl gülü - Nərgizim Gəl, sənin gəldiyin yoluna qurban Əlin ver əlimə, əlinə qurban Mənə "can-can" deyən dilinə qurban Bağımın ən gözəl gülü - Nərgizim Gəl, sənin gəldiyin yoluna qurban Əlin ver əlimə, əlinə qurban Mənə "can-can" deyən dilinə qurban Bağımın ən gözəl gülü - Nərgizim Gəl, sənin gəldiyin yoluna qurban Əlin ver əlimə, əlinə qurban Mənə "can-can" deyən dilinə qurban Bağımın ən gözəl gülü - Nərgizim Gəl, sənin gəldiyin yoluna qurban Əlin ver əlimə, əlinə qurban Mənə "can-can" deyən dilinə qurban Bağımın ən gözəl gülü - Nərgizim Bağımın ən gözəl gülü - Nərgizim Bağımın ən gözəl gülü - Nərgizim
  • Uzun yolu gəzirəm atdım atdım Mən bu dünyanı doyunca dolaşmadım Həm doğrunu yalanı Həm alanı satanı Həm gedəni qalanı Həm ümüdü gümanı görürəm Üzünü görürəm Bu yolda özümü görürəm Dolanıb gəzirəm Ağrıya dözürəm Dünyanın halı bu uzadır yolumu Düz yola nə var Əyrini keçə bilsən Nə çoxdur yollar Doğrunu görə bilsən Keç enişi yoxuşu Keç boranı yağışı Keç yazını naxışı Keç bir odlu baxışı Görürəm düzünü görürəm Bu yolda üzümü görürəm
  • Həyat, ömür bəd, yaman Heç açılmır asiman Üz döndərib yaradan Məndən, səndən, dünyadan Ay aman, ay aman Sevinc gedir ey insan Bu obadan, torpaqdan Od yox olur ocaqdan Səndən, məndən, dünyadan Ay aman, ay aman Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah Qayıt, qayıt ey bahar Dön geriyə bəxtiyar Qoy dönməsin yaradan Səndən, məndən, dünyadan Ay aman, ay aman Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah
  • [Bənd 1] Sən qismətin əlindən qaçanım Sən quş olub uzağa uçanım Sənsiz mən neylərəm bu geniş cahanı, ay, ay, ay? Bu əzabı, yar, niyə verdilər? [Nəqərat] Mən daha dözmürəm Tək-tənha dözmürəm Mən sənsiz ölürəm, yar, yar, yar, yar Mən sənsiz neylərəm? Kölgənsiz solaram Mən sənsiz qalmaram, yar [Bənd 2] İlk baharım çəkilib gedirsən Bir xəzəltək tökülüb gedirsən Məni, yar, odlara sən atıb gedirsən, ay, ay, ay Bir ürəyi, gör, necə qırdılar! [Nəqərat] Mən daha dözmürəm Tək-tənha dözmürəm Mən sənsiz ölürəm, yar, yar, yar, yar Mən sənsiz neylərəm? Kölgənsiz solaram Mən sənsiz qalmaram, yar Mən daha dözmürəm Tək-tənha dözmürəm Mən sənsiz ölürəm, yar, yar, yar, yar Mən sənsiz neylərəm? Kölgənsiz solaram Mən sənsiz qalmaram, yar Mən daha dözmürəm Tək-tənha dözmürəm Mən sənsiz ölürəm, yar, yar, yar, yar Mən sənsiz neylərəm? Kölgənsiz solaram Mən sənsiz qalmaram, yar
  • Səninlə mən görüş yerinə Əllərimdə ümid gəlirəm, Səninlə mən gülürəm, Sevincimi bölürəm… Nə yaxşı ki, xəyalın qalır!.. Nəqərat: Gülüşündən çiçək açdı dan yeri, Çağırmışam ulduzları oyuna, Gəl, inanaq bu sevgiyə!.. Gözlərini dünya mənə pay verib, Qurban olum bu dünyanın payına! Qurban olum gözlərinə!.. Ümidimin çiçəyi solar, Gözlərimə qəhərim dolar… Ağlamağa nə var ki!?.. Hönkürməyə nə var ki!?.. Gəlişinə inanıram mən…
  • Qoca şərqin qapısı, odlar diyarı Mərd igidlər qalası, zəfər meydanı Canlı tarix yaşadı neçə şəhərin Hər gün xeyrə açılır sənin səhərin Gözü qalıb yadların əsrlər boyu Qalib gəlib düşmənə Babək, Koroğlu Adın düşüb tarixə, igid vətənim Məğrur oldun hər zaman, sən əyilmədin Odun var canında, qurbanın olum Sənin övladınam, odlar diyarım Qüdrətin var, azad vətənim Xoş, firavan yaşar millətin Haqq yolunu seçib öndərim Var duası uca göylərin Hər qarışın mənə əzizdir Sən ürəyim, Azərbaycanım Tək səninlə həyat gözəldir Sən mənimsən, Azərbaycanım Mavi gözlü Xəzərin sular sonası Heyran edir Göygölün yaşıl aynası Başı qarlı dağların varmı heç tayı? Bol bəhrəli bağların dadlı meyvəsi Tanrı verib sərvəti, qara qızılı Ağ günlərə yol açdı, özü ruzili Neçə dahi dünyaya burda göz açdı Nələr verdi cahana, nələr yaratdı Odun var canında, qurbanın olum Sənin övladınam, odlar diyarım Qüdrətin var, azad vətənim Xoş, firavan yaşar millətin Haqq yolunu seçib öndərim Var duası uca göylərin Hər qarışın mənə əzizdir Sən ürəyim, Azərbaycanım Tək səninlə həyat gözəldir Sən mənimsən, Azərbaycanım Hər qarışın mənə əzizdir Sən ürəyim, Azərbaycanım Tək səninlə həyat gözəldir Sən mənimsən, Azərbaycanım
  • [Bənd 1] Günəşimiz saralıbdı Gözlərimiz qaralıbdı Qarabağı sar alıbdı Dərd bürüyüb solu sağı Tanrı, qurtar bu sınağı! [Nəqərat] Qalx qalx, ulu torpaq! Qalx qalx, ulu bayraq! Qalx qalx, sən, ey mərd xalq Yer titrəsin məhvərindən! [Bənd 2] Ocaq sönmüş neçə yurdda Uca dağlar yanır odda Arxa Bakı, ellər darda Ürəyimiz göynər, göynər Bəsdir daha, dözdük yetər!
  • [Bənd 1] İkimizdə bir ürək var Yarı məndə, yarı məndə Yarı səndə Sevgi adlı bir ağacıq Budaq məndə, budaq məndə Barı səndə [Nəqarət] Çiçək bitir gül üzündə Min məna var hər sözündə Bir buluduq göy üzündə Yağış məndə, dolu səndə Yağış məndə, dolu səndə [Bənd 2] Bir ovçuyam, günüm ovda Qaçhaqaçda, qaçhaqaçda Qovhaqovda Ömrümüz bir şirin sevda Pətək məndə, pətək məndə Balı səndə [Nəqarət] Çiçək bitir gül üzündə Min məna var hər sözündə Bir buluduq göy üzündə Yağış məndə, dolu səndə Yağış məndə, dolu səndə
  • [Bənd 1] İkimizdə bir ürək var Yarı məndə, yarı məndə Yarı səndə Sevgi adlı bir ağacıq Budaq məndə, budaq məndə Barı səndə [Nəqarət] Çiçək bitir gül üzündə Min məna var hər sözündə Bir buluduq göy üzündə Yağış məndə, dolu səndə Yağış məndə, dolu səndə [Bənd 2] Bir ovçuyam, günüm ovda Qaçhaqaçda, qaçhaqaçda Qovhaqovda Ömrümüz bir şirin sevda Pətək məndə, pətək məndə Balı səndə [Nəqarət] Çiçək bitir gül üzündə Min məna var hər sözündə Bir buluduq göy üzündə Yağış məndə, dolu səndə Yağış məndə, dolu səndə
  • Bilmirəm nə haldır, gülüm Qəlbimdə hicranın səsi Sənsizlik mənimçün zülüm İncitmə sevən bir kəsi Hər gecəm bir il oldu Qəm-kədər niskil oldu Ürəyim səni gözləyir Bir namə yazı göndər Ömrümə yazı göndər Ürəyim səni gözləyir Hər saat könlümdə dolanan sən Təbibim dərdimə dərmanım sən İstərəm bu an özün gələsən Tənhayam dünyada gümanım sən Bu sınıq könlümə namə yaz göndər, a gülüm Bu sınıq könlümə namə yaz göndər Hər saat könlümdə dolanan sən Təbibim dərdimə dərmanım sən İstərəm bu an özün gələsən Tənhayam dünyada gümanım sən Bu sınıq könlümə namə yaz göndər, a gülüm Bu sınıq könlümə namə yaz göndər Sən məni salmısan dərdə Dumandan çəkilib pərdə Nə qədər ağlasın sevgi Ayrılıq olan bu yerdə? Hər gecəm bir il oldu Qəm-kədər niskil oldu Ürəyim səni gözləyir Bir namə yazı göndər Ömrümə yazı göndər Ürəyim səni gözləyir Hər saat könlümdə dolanan sən Təbibim dərdimə dərmanım sən İstərəm bu an özün gələsən Tənhayam dünyada gümanım sən Bu sınıq könlümə namə yaz göndər, a gülüm Bu sınıq könlümə namə yaz göndər Hər saat könlümdə dolanan sən Təbibim dərdimə dərmanım sən İstərəm bu an özün gələsən Tənhayam dünyada gümanım sən Bu sınıq könlümə namə yaz göndər, a gülüm Bu sınıq könlümə namə yaz göndər Bu sınıq könlümə namə yaz göndər Bu sınıq könlümə namə yaz göndər
  • Ayrılığın ürəyimə dərd olub Əzabından sevinc payım qərq olub Qüssədən baxçamda güllər də solub O güllərin xatirinə qayıt gəl Sənsiz könlüm sanki qara bağlayır Hicran odu ürəyimi dağlayır Gözlərimdən şəlalələr çağlayır O gözlərin xatirinə qayıt gəl Sevgimizin xatirinə qayıt gəl Bu gözlərin xatirinə qayıt gəl Eşqimizin xatirinə qayıt gəl O günlərin xatirinə qayıt gəl Sənsiz məndən dəniz, bulaq, çay küsüb Günəş də inciyib, ulduz, ay küsüb Gülşənlər saralıb, bülbüllər susub Bülbüllərin xatirinə qayıt gəl Həsrət gözü yanağıma salıb iz Yaşayıram indi eşqsiz, həvəssiz Gün var idi, qala bilmirdin mənsiz O günlərin xatirinə qayıt gəl Sevgimizin xatirinə qayıt gəl Bu gözlərin xatirinə qayıt gəl Eşqimizin xatirinə qayıt gəl O günlərin xatirinə qayıt gəl