Татарский переводчик Узбекские песни

Песня «Yol»
исполнителя Eldar Mansurov.
Скачать или слушать онлайн

Текст песни:

Uzun yolu gəzirəm atdım atdım
Mən bu dünyanı doyunca dolaşmadım
Həm doğrunu yalanı
Həm alanı satanı
Həm gedəni qalanı
Həm ümüdü gümanı görürəm
Üzünü görürəm
Bu yolda özümü görürəm
Dolanıb gəzirəm
Ağrıya dözürəm
Dünyanın halı bu uzadır yolumu
Düz yola nə var
Əyrini keçə bilsən
Nə çoxdur yollar
Doğrunu görə bilsən
Keç enişi yoxuşu
Keç boranı yağışı
Keç yazını naxışı
Keç bir odlu baxışı
Görürəm düzünü görürəm
Bu yolda üzümü görürəm

Другие песни исполнителя:

  • Payız gəlir, sən hardasan? Xəzan alır yaşıl bağları Bahar gəlir, sən hardasan? Duman alır uca dağları Yaz qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Durnalar qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Yağış yağır göz yaşları Selə dönür yağır yollara Söylə görüm sən hardasan İki gözüm baxır yollara Yaz qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Durnalar qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim?
  • [Bənd 1] Günəşimiz saralıbdı Gözlərimiz qaralıbdı Qarabağı sar alıbdı Dərd bürüyüb solu sağı Tanrı, qurtar bu sınağı! [Nəqərat] Qalx qalx, ulu torpaq! Qalx qalx, ulu bayraq! Qalx qalx, sən, ey mərd xalq Yer titrəsin məhvərindən! [Bənd 2] Ocaq sönmüş neçə yurdda Uca dağlar yanır odda Arxa Bakı, ellər darda Ürəyimiz göynər, göynər Bəsdir daha, dözdük yetər!
  • Gedirəm bu axşam, gedirəm, gülüm Bilirəm, gül üzün solacaq mənsiz Gedirəm, gəlməsəm qalacaq sevgim Bəlkə də gözlərin dolacaq mənsiz Gedirəm, gəlməsəm qalacaq sevgim Güman ki, gözlərin dolacaq mənsiz Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Bürüyüb göyləri indi çən, duman Torpaq dilə gəlib aman, ay aman! Vətən gözü yaşlı qalsa, o zaman Ay Allah, sevgilim qalacaq mənsiz! Vətən gözü yaşlı qalsa, o zaman Ay Allah, sevgilim qalacaq mənsiz! Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yaşadır sevdalı bir xəyal məni Gedirəm, gəlməsəm, yada sal məni Yada sal məni Yada sal məni Yada sal məni