Татарский переводчик Узбекские песни

Песня «Bu Sevgi»
исполнителя Eldar Mansurov.
Скачать или слушать онлайн

Текст песни:

Aramızda nə qalır ki
Bir keçilməz dərya var
Yadımızda nə qalır ki
Bir yozulmaz röya var
Yadımızda nə qalır ki
Bir yozulmaz röya var
Səni məndən kim alar ki
Qismətinə kim qalar ki
Mənim olsan nə olar ki
Dağılmaz ki bu dünya
Mənim olsan nə olar ki
Dağılmaz ki bu dünya
Bu çalınan nə kamandır
Ürəyimin telləri
Görüşmürük nə zamandır
Saymaq olmur illəri
Görüşmürük nə zamandır
Saymaq olmur illəri
Bilməz idim sinəmdəsən
Bu kimsəsiz aləmdəsən
Qarşılaşsan mənimlə sən
Dağılmaz ki bu dünya
Qarşılaşsan mənimlə sən
Dağılmaz ki bu dünya

Другие песни исполнителя:

  • Sən haçansan sınacaqsan Od olsanda sönəcəksən Bir gün geri dönəcəksən Onda hayıf gec olacaq Mənsiz günün qaralacaq Bağın, bağçan saralacaq Dünya sənə dar olacaq Onda hayıf gec olacaq Birdə məni dindirmə Ürəyimi yandırma Qürurumu sındırma Mən sənə yalvaran deyiləm Həyatımda ölübsən Dərdə-qəma dalıbsan İndi tənha qalıbsan Mən sənə yalvaran deyiləm Səndə yalnız qalacaqsan Bir gün peşman olacaqsan Məni yada salacaqsan Onda hayıf gec olacaq Mənsiz günün qaralacaq Bağın, bağçan saralacaq Dünya sənə dar olacaq Onda hayıf gec olacaq Birdə məni dindirmə Ürəyimi yandırma Qürurumu sındırma Mən sənə yalvaran deyiləm Həyatımda ölübsən Dərdə-qəma dalıbsan İndi tənha qalıbsan Mən sənə yalvaran deyiləm
  • Qoca şərqin qapısı, odlar diyarı Mərd igidlər qalası, zəfər meydanı Canlı tarix yaşadı neçə şəhərin Hər gün xeyrə açılır sənin səhərin Gözü qalıb yadların əsrlər boyu Qalib gəlib düşmənə Babək, Koroğlu Adın düşüb tarixə, igid vətənim Məğrur oldun hər zaman, sən əyilmədin Odun var canında, qurbanın olum Sənin övladınam, odlar diyarım Qüdrətin var, azad vətənim Xoş, firavan yaşar millətin Haqq yolunu seçib öndərim Var duası uca göylərin Hər qarışın mənə əzizdir Sən ürəyim, Azərbaycanım Tək səninlə həyat gözəldir Sən mənimsən, Azərbaycanım Mavi gözlü Xəzərin sular sonası Heyran edir Göygölün yaşıl aynası Başı qarlı dağların varmı heç tayı? Bol bəhrəli bağların dadlı meyvəsi Tanrı verib sərvəti, qara qızılı Ağ günlərə yol açdı, özü ruzili Neçə dahi dünyaya burda göz açdı Nələr verdi cahana, nələr yaratdı Odun var canında, qurbanın olum Sənin övladınam, odlar diyarım Qüdrətin var, azad vətənim Xoş, firavan yaşar millətin Haqq yolunu seçib öndərim Var duası uca göylərin Hər qarışın mənə əzizdir Sən ürəyim, Azərbaycanım Tək səninlə həyat gözəldir Sən mənimsən, Azərbaycanım Hər qarışın mənə əzizdir Sən ürəyim, Azərbaycanım Tək səninlə həyat gözəldir Sən mənimsən, Azərbaycanım
  • [Bənd 1] Sənsiz eşqimizi zülmətlər alıb Heç zaman heç bir vaxt o yanan deyil Məhəbbət ömürlük yuxuya dalıb Sənsiz o duyğular oyanan deyil Sənsiz eşqimizi zülmətlər alıb Heç zaman heç bir vaxt o yanan deyil Məhəbbət ömürlük yuxuya dalıb Sənsiz o duyğular oyanan deyil [Nəqarət] Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən [Bənd 2] İldə iki dəfə gəlirəm bura Biri sevgimizin doğulan günü O biri tarixə yazılıb qara Şəfəqlər zülmətdə boğulan günü İldə iki dəfə gəlirəm bura Biri sevgimizin doğulan günü O biri tarixə yazılıb qara Şəfəqlər zülmətdə boğulan günü [Nəqarət] Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən [Nəqarət] Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən Yadıma salıram ötən illəri Səninlə sevgimi itirmişəm mən Sən yaman sevirdin qızılgülləri Yenə bir dəstə gül gətirmişəm mən