Татарский переводчик Узбекские песни

Песня «Həyatımla Oynama»
исполнителя Eldar Mansurov.
Скачать или слушать онлайн

Текст песни:

Yar gəlməyi gumana qalar
Ümid dağda dumana qalar
Biz gedərik zəmanə qalar
Biz gedərik sevgi qalar
Biri eşqin dadına uyar
Biri gözəl adına uyar
Biri eşqin özünü duyar
Hər göz yaşı bir məhəbbət
Hər çiçəyin sözünə uyma
Hər gözəli yaxına qoyma
Taleyimlə belə oynama
Həyatımla belə oynama
Bu həyatın bir üzü kindir
Qəlbi qara, üzü çirkindir
Ürəyinin hakimi kimdir
Ürəyimi belə sınama
Bir yasəmən budağı yan gəl
Bir ayrılıq yarpağı yan gəl
Bir xatirə bulağı yan gəl
Yara möhtac bir ürəyəm
Bu xəbərdən xəbərin varmı
Məni gözün heç axtarırmı
Bu ilk bahar, son baharmı
Mən heç bunu bilmirəm yar
Hər çiçəyin sözünə uyma
Hər gözəli yaxına qoyma
Taleyimlə belə oynama
Həyatımla belə oynama
Bu həyatın bir üzü kindir
Qəlbi qara, üzü çirkindir
Ürəyinin hakimi kimdir
Ürəyimi belə sınama

Другие песни исполнителя:

  • Ürəyimdə ayaz var Nə qış gedib, nə yaz var Oyatma bənövşəni Kol dibində ayaz var Kədərli axmayaydı Göz yaşım axmayaydı Yad baxmağı bir yana Yar yada baxmayaydı Ürəyimdə ayaz var Nə qış gedib, nə yaz var Oyatma bənövşəni Kol dibində ayaz var Bu dünya çətin qala Yolları çətin qala Yaxşı yarı yazda gəz Payıza çətin qala Qalanın daşı oldum Gözümün yaşı oldum Dünyada gün görmədim Sevəndə naşı oldum Bu dünya çətin qala Yolları çətin qala Yaxşı yarı yazda gəz Payıza çətin qala Yenə də axşam oldu Gün keçdi axşam oldu Gecələr mən alışdım Əriyən şam oldum Yanımda qal birazda Gözyaşı var arazda Yar yuxusun danışıb Şəkli qalib arazda Yenə də axşam oldu Gün geçti axşam oldu Gecələr mən alışdım Əriyən şam oldum
  • [Bənd 1] İkimizdə bir ürək var Yarı məndə, yarı məndə Yarı səndə Sevgi adlı bir ağacıq Budaq məndə, budaq məndə Barı səndə [Nəqarət] Çiçək bitir gül üzündə Min məna var hər sözündə Bir buluduq göy üzündə Yağış məndə, dolu səndə Yağış məndə, dolu səndə [Bənd 2] Bir ovçuyam, günüm ovda Qaçhaqaçda, qaçhaqaçda Qovhaqovda Ömrümüz bir şirin sevda Pətək məndə, pətək məndə Balı səndə [Nəqarət] Çiçək bitir gül üzündə Min məna var hər sözündə Bir buluduq göy üzündə Yağış məndə, dolu səndə Yağış məndə, dolu səndə
  • Həyat, ömür bəd, yaman Heç açılmır asiman Üz döndərib yaradan Məndən, səndən, dünyadan Ay aman, ay aman Sevinc gedir ey insan Bu obadan, torpaqdan Od yox olur ocaqdan Səndən, məndən, dünyadan Ay aman, ay aman Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah Qayıt, qayıt ey bahar Dön geriyə bəxtiyar Qoy dönməsin yaradan Səndən, məndən, dünyadan Ay aman, ay aman Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah Göyə bir bax – yerə bir bax Həyat gözəl ay Allah Bir gün sevinc bizim olar Olar bizim bir sabah
  • [Verse 1: Aygün Kazımova] Səhərə nə qalir ? Ulduzlar sönür Səhərin yollari gecədən keçir Üfüqdə bir solğun şəfəq görünür Bu da bir qəribə gecədir keçir [Chorus:Aygün Kazımova] Bir gecə səninlə çəkildik bağa Bağ yazıq nə desin sevən qonağa? Gördünmü ay necə baxır ocağa Elə bil alovdan nur çəkir keçir [Verse 2: Aygün Kazımova] Gecələ bu iliq gecəni məndə Yada sal olanı keçəni məndə Gecələ hər gecə gecəni məndə Deyirsən gedirəm gecədir gecdir [Chorus:Aygün Kazımova] Bir gecə səninlə çəkildik bağa Bağ yazıq nə desin sevən qonağa? Gördünmü ay necə baxır ocağa? Elə bil alovdan nur çəkir keçir [Verse 3: Aygün Kazımova] Bağa gəlim gecələ gecəni məndə Gizlətmə olanı keçəni məndən Səni ayrı salan gecəmi məndən Onun nə günahı gecədir keçir [Chorus: Aygün Kazımova] Bir gecə səninlə çəkildik bağa Bağ yazıq nə desin sevən qonağa? Gördünmü ay necə baxır ocağa Elə bil alovdan nur çəkir keçir