Татарский переводчик Узбекские песни

Песня «Bilən Yoxdur»
исполнителя Brilliant Dadaşova.
Скачать или слушать онлайн

Текст песни:

Bu qatarın adı yoxmuş, sən demə
Heç bilmirəm, mənzil başı haradır?
Küləkləri geyinmişəm əynimə
Saçlarımı səhər yeli daradı
Heyrət etdim, dünyanın çox köçünə
Hər gün düşdüm min qovağın içinə
Sənin yolun sakitliyin içinə
Mənim yolum tufanadır, qaradır

Bu yaşımda hər dinən saz saz deyil
Hər qış qışmı? Hər bahar da yaz deyil
Mənə xoşbəxt deyənlər az deyil
Bilən yoxdur, bilən yoxdur
Bağrım başı yaradır
Bilən yoxdur, bilən yoxdur
Bağrım başı yaradır

Другие песни исполнителя:

  • Sənə doğru gedən yolu Ömrüm boyu gəlmişəm Mən özümdən xəbərsizim Demə səni sevmişəm Sənə doğru gedən yolu Ömrüm boyu gəlmişəm Mən özümdən xəbərsizim Demə səni sevmişəm Bu sevgimi aləm bildi Bəlkə də xəbərin yox Anlamını tanrım bildi Mən səni çox sevdim, çox Bu sevgimi aləm bildi Bəlkə də xəbərin yox Anlamını tanrım bildi Mən səni çox sevdim, çox Mən sənin olmaya gəldim Yanında qalmaya gəldim Sevgini almaya gəldim Tək sənin olmaya gəldim Mən sənin olmaya gəldim, sevgilim Yanında qalmaya gəldim Sevgini almaya gəldim Tək sənin olmaya gəldim Sənə doğru gedən yolu Ömrüm boyu gəlmişəm Mən özümdən xəbərsizim Demə səni sevmişəm Sənə doğru gedən yolu Ömrüm boyu gəlmişəm Mən özümdən xəbərsizim Demə səni sevmişəm Bu sevgimi aləm bildi Bəlkə də xəbərin yox Anlamını tanrım bildi Mən səni çox sevdim, çox Bu sevgimi aləm bildi Bəlkə də xəbərin yox Anlamını tanrım bildi Mən səni çox sevdim, çox Mən sənin olmaya gəldim Yanında qalmaya gəldim Sevgini almaya gəldim Tək sənin olmaya gəldim Mən sənin olmaya gəldim, sevgilim Yanında qalmaya gəldim Sevgini almaya gəldim Tək sənin olmaya gəldim Ah… Mən sənin olmaya gəldim, sevgilim Yanında qalmaya gəldim Sevgini almaya gəldim Tək sənin olmaya gəldim
  • 〈Bənd 1〉 Dalğalar, ay dalğalar Ürəyimi aparar dalğalar, dalğalar Dalğalar... Uşaqlıqdan mən leyli anam kimi Yırğalar, fikrimi dağıdar Dalğalar... 〈Nəqərat〉 Gah coşursan, gah susursan Gah mahnısan, göz yaşımsan Dalğalar, dalğalar Dalğalar... Gah coşursan, gah susursan Gah mahnısan, göz yaşımsan Dalğalar, dalğalar Dalğalar... 〈Bənd 2〉 Dalğalar, ay dalğalar Ürəyimi aparar, fikrimi dağıdar Dalğalar... Sahilə mən qaçaram, ürəyimi açaram Dalğalar, dalğalar Dalğalar... 〈Nəqərat〉 Gah coşursan, gah susursan Gah mahnısan, göz yaşımsan Dalğalar, dalğalar Dalğalar... Gah coşursan, gah susursan Gah mahnısan, göz yaşımsan Dalğalar, dalğalar Dalğalar... (Oğlum, qulağında sırğa elə! Elə şeylər var ki, gəldi-gedərdir Amma elə şeylər də var ki, əbədi qalandır. Qaç, bəlkə, çatdın.) Gah coşursan, gah susursan Gah mahnısan, göz yaşımsan Dalğalar, dalğalar Dalğalar...(Ay, ay, ay) Gah coşursan, gah susursan Gah mahnısan, göz yaşımsan Dalğalar, dalğalar Dalğalar... Dalğalar... Dalğalar... Dalğalar..
  • Dedi «siyah nədir?», dedim «telimdir» Dedi «incə nədir?», dedim «belimdir» Dedi «şəkər nədir?», dedim «dilimdir» Dedi «öpməliyəm», söylədim «Yox, yox, yox, yox, yox, yox» Söylədim «Yox, yox, yox» Dedi «alma nədir?», dedim «yanağım» Dedi «şirin nədir?», dedim «dodağım» Dedi «sıcaq nədir?», dedim «qucağım» Dedi «al məni də», söylədim «Yox, yox, yox, yox, yox, yox» Söylədim «Yox, yox» Dedi «siyah nədir?», dedim «telimdir» Dedi «incə nədir?», dedim «belimdir» Dedi «şəkər nədir?», dedim «dilimdir» Dedi «öpməliyəm», söylədim «Yox, yox, yox, yox, yox, yox» Söylədim «Yox, yox» Söylədim «Yox, yox, yox»
  • Sənə sözlərimin ən gözəlini Nədən deməmişəm bu vaxta qədər? Bir əlim səndədir, biri qapıda Ürəyim saxlayar, ayağım gedər Bir əlim səndədir, biri qapıda Ürəyim saxlayar, ürəyim saxlayar Ayağım gedər, ayağım gedər Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Axtarma uzaqda o göyərçini Hər gün lələyindən arzu toxuyur Hələ yazmadığım məktubları da Məndən icazəsiz sənə oxuyur Hələ yazmadığım məktubları da Məndən icazəsiz, məndən icasəsiz Sənə oxuyur, sənə oxuyur Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Havadan qoparıb, alıb açmısan Alıb açmısan