Татарский переводчик Узбекские песни

Песня «Futbol»
исполнителя Brilliant Dadaşova.
Скачать или слушать онлайн

Текст песни:

Gəl girək qol-qola
Biz gedək futbola
«Neftçi» vursun qola
Qol, qol, qol, qol
Gəl girək qol-qola
Biz gedək futbola
«Neftçi» vursun qola
Qol, qol, qol, qol
Eşidirsənmi yenə marş çalınır, sevgilim
Qəlbimə sevinc dolur, nur yayılır, sevgilim
Eşidirsənmi yenə marş çalınır, sevgilim
Qəlbimə Günəş dolur, nur yayılır, sevgilim
Gəl girək qol-qola
Biz gedək futbola
«Neftçi» vursun qola
Qol, qol, qol, qol
Gəl girək qol-qola
Biz gedək futbola
«Şəmkir» vursun qola
Qol, qol, qol, qol
Eşidirsənmi yenə marş çalınır, sevgilim
Qəlbimə sevinc dolur, nur yayılır, sevgilim
Eşidirsənmi yenə marş çalınır, sevgilim
Qəlbimə Günəş dolur, nur yayılır, sevgilim
Gəl girək qol-qola
Biz gedək futbola
«Kəpəz» vursun qola
Qol, qol, qol, qol
Gəl girək qol-qola
Biz gedək futbola
«Xəzər» vursun qola
Qol, qol, qol, qol
Qol, qol, qol, qol
Qol, qol, qol, qol
Qol
(Azərbaycan)
Vur, vur, bir də vur
Olsun qol
(Azərbaycan)
Vur, vur, bir də vur
Olsun qol
Qol, qol, qol, qol
Qol, qol, qol, qol
Gəl girək qol-qola
Biz gedək futbola
«Neftçi» vursun qola
Qol, qol, qol, qol
Gəl girək qol-qola
Biz gedək futbola
«Şəmkir» vursun qola
Qol, qol, qol, qol
(Azərbaycan)
Vur, vur, bir də vur
Olsun qol
(Azərbaycan)
Vur, vur, bir də vur
Olsun qol
Vur, vur, bir də vur
Olsun qol

Другие песни исполнителя:

  • Səni hər an gözləyərəm İzləyərəm pəncərəmdən Ayrılmaram, göz çəkmərəm Axıb gedər küçələrdən Deyirsən ki Deyirsən ki, sorma məni heç kimsədən Necə susum, necə danım? Səni sevdim, səni andım El içində, Mehribanım Mehribanım, Mehribanım Mehribanım, Mehribanım Qönçəm mənim, gülüm mənim Ulduz dolu kəhkəşanım İstəyirsən Haray salım, bu sevdanı elə yayım Necə susum, necə danım? Səni sevdim, səni andım El içində, Mehribanım Adındamı, özündəmi? Sözündəmi mehribanlıq? Heç bilmirəm necə oldu Bu sevdaya qoşa yandıq Seviriksə Eşqimizdən axı niyə utandıq? Necə susum, necə danım? Səni sevdim, səni andım El içində, Mehribanım Necə susum, necə danım? Səni sevdim, səni andım El içində, Mehribanım Mehribanım, Mehribanım Mehribanım, Mehribanım Qönçəm mənim, gülüm mənim Ulduz dolu kəhkəşanım İstəyirsən Haray salım, bu sevdanı elə yayım Necə susum, necə danım? Səni sevdim, səni andım Necə susum, necə danım? Səni sevdim, səni andım Necə susum, necə danım? Mehribanım, Mehribanım Necə danım, Mehribanım? Mehribanım, Mehribanım
  • Hər gecə səni, yar, səslədim Yolunu sübhədək gözlədim Mən səni araram, araram Gül, çiçək sanaram, sanaram Mən səni araram, araram Gül, çiçək sanaram, sanaram Göz yaşım sel olar, yar, sənsiz Bülbüləm, neylərəm çəmənsiz? Eşq odu məni, yar, yandırar Rəhm eylə, yamandır intizar Eşq odu məni, yar, yandırar Rəhm eylə, yamandır intizar Hər gecə səni, yar, səslədim Yolunu sübhədək gözlədim Mən səni araram, araram Gül, çiçək sanaram, sanaram Eşq odu məni, yar, yandırar Rəhm eylə, yamandır intizar Eşq odu məni, yar, yandırar Rəhm eylə, yamandır intizar Rəhm eylə, yamandır intizar
  • Bu gözəl gündə Sənə sevgimdən danışım Səni görən gündən Az qaldı yanım, alışım İndi mən xoşbəxtəm Canım, səninlə xoşbəxtəm Olmasın bir günüm Sənsiz, sevgilim İndi mən xoşbəxtəm Canım, səninlə xoşbəxtəm Olmasın bir günüm Sənsiz, sevgilim Necə də şirindir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Necə də şirindir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Bir sözünlə gülərəm Bir sözünlə ağlaram Tərk etsən məni Bu qəlbimi bağlaram Bu sevgi nəğməmi Oxuyuram mən səninçün Ad günün mübarək Canım sevgilim Bu sevgi nəğməmi Oxuyuram mən səninçün Ad günün mübarək Canım sevgilim Necə də şirindir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Necə də şirindir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Necə də gözəldir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Necə də şirindir həyat Bu həyat səninlə Nə yaxşı ki, sən varsan Həyatımda, sevgilim Nə yaxşı ki, sən varsan Varsan, sevgilim
  • Əlvida, sevgilim, mən gedirəm Sabaha ümidlər bəsləmə Özüm də bilmirəm nə edirəm Sən məni bir daha səsləmə Səni mən bir daha görməsəm də Taleyin hökmü ilə barışma Geriyə, yanına dönməsəm də Mənsiz olmağına alışma Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm Nigaran, nigaran baxışlarla Mən gedən yolları izləmə Taleyin vurduğu naxışlarla Bəzənmiş həyatı pisləmə Əlvida, sevgilim, mən gedirəm Kaş səninlə qalmaq olaydı! Səni yox, özümü tərk edirəm Kaş səninlə həyat dolaydı Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm
  • Bu qəlbimin sevinci Sənin yadigarındır Yuxumu qaçıran da Sənin intizarındır Bu qəlbimin sevinci Sənin yadigarındır Yuxumu qaçıran da Sənin intizarındır Sən dərdimdən xəbərsiz Sən nəşəli, kədərsiz Sən dərdimdən xəbərsiz Sən nəşəli, kədərsiz Görən deyir, bu göyçək Hansı bəxtəvərindir? Görən deyir, bu göyçək Hansı bəxtəvərindir? Könlüm nəğməli neydir Dilim dolu gileydir Könlüm nəğməli neydir Dilim dolu gileydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Gözlərinin rəngini Bağlarda axtarmışam Saçlarının ətrini Dağlarda axtarmışam Gözlərinin rəngini Bağlarda axtarmışam Saçlarının ətrini Dağlarda axtarmışam Qərarımı kəsən yar Söz deməmiş küsən yar Qərarımı kəsən yar Söz deməmiş küsən yar Nə dedim ki, incidin? De, bu mən, yar, bu sən, yar Nə dedim ki, incidin? De, bu mən, yar, bu sən, yar Könlüm nəğməli neydir Dilim dolu gileydir Könlüm nəğməli neydir Dilim dolu gileydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Könlüm nəğməli neydir Dilim dolu gileydir Könlüm nəğməli neydir Dilim dolu gileydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir Öldürdü nazın məni İnsaf da yaxşı şeydir