Татарский переводчик Узбекские песни

Песня «Gedim Biraz Ağlayım»
исполнителя rauf.
Скачать или слушать онлайн

Текст песни:

Gedim bir az ağlayım,
Elə-belə... astaca.
Ürəyimi gizlədim yastığımın altında.
Pəncərəni açaraq
Kövrəlmiş ürəyimi
Bəlkə həyətə atım?!
Həyatın ağuşuna?!
Yox, yaxşısı budur ki,
Gedim bir az ağlayım,
Elə-belə... astaca.
Kimsə duyuq düşməsin
Kədərimdən, qəmimdən,
Durub yol alım bağa
Astaca ağlamağa...
Götürüm ürəyimi
Atım çoşan ümmana
Dalğaların qoynuna.
Heç dinə bilməsin -
"Niyə sığmır sinəmə?"
Gah tufan, gah da rüzgar
Apardıqca uzağa...
Yox! Yaxşısı budur ki,
Qoy dirrikdə basdırım,
Dirilib çiçək olsun.
Ya da ki, bala tutum,
Acısın unutdurum.
Özümü aldatsam da,
Qoy ruhu ovundurum,
Acısın unutdurum.
Ya dostları çağırım
Axşam vaxtı mən şama -
Şərab içək doyunca.
Könlümü versinlər,
Büllur qabda ortaya,
Dostlar ondan dadsınlar,
Dadıb, gəlsinlər cana.
Budur, orda uşaqlar
Atılırlar-düşürlər,
Bəlkə topları yoxdu?
Qoy verim ürəyimi
Qovsunlar yorulunca...
Yox!
Artıq kədərlənmək yox!
Ürəyin dediyiylə
Oturmaq yox, durmaq yox!
Atım onu bazarda,
Ya da sizə verəcəm,
Elə-belə, bədava.
Gecənin sükutunda
Ürəyimlə tənhayam.
Yağış yağır, islanır
Çətir tutmuram ona
Qoy incisin...
qədər
Oyun açıb başıma...
Hərdən üsyana qalxıb
Həm Günəşə, həm Aya
Hayqırıram: "Götürün,
Verdim onu Allaha!"
Amma qərar vermədim,
Neyçin qərar vermədim,
Bu geniş ürəyimi
Sənə bağışlamağa?!

Другие песни исполнителя:

  • Qalırsansa qal, Gedirsənsə get! Olan-qalanı Məhv et, məhv et! Və dörd divarda Mənsiz qalanda Düşsəm yadına Əfv et, əfv et! Yenə səhv et... Növbəsiz insanları, Dəvətsiz qonaqları Həyatının içindən Sil, get! Sənə çox uzağamsa, Səni anlamıramsa, Məni onlarla birgə Dəfn et, dəfn et! Ya da əfv et...
  • Olmadı bir bardak umut bile bana dolmadı Hep mi böyle kalalım Zorladım çıkış bulamaz halim Yollarım kapalı yok ki mecalim Olmadı bir bardak umut bile bana dolmadı Hep mi böyle kalalım Zorladım çıkış bulamaz halim Yollarım kapalı yok ki mecalim Yanımda kal yanına kalmaz hain Olana bak hayat sana göre adil Yanımda kal dedim yok ki vaktin Anladım senin duyguların katil Bir çıkış ara hayatına bak gözüm kapalı Göremiyorum önümdeki beton duvarı Çarpıp düşenlere el uzat bir yardım ara Kayboldu masum tarafım Bir çıkış ara hayatına bak gözüm kapalı Göremiyorum önümdeki beton duvarı Çarpıp düşenlere el uzat bir yardım ara Kayboldu masum tarafım Olmadı bir bardak umut bile bana dolmadı Hep mi böyle kalalım Zorladım çıkış bulamaz halim Yollarım kapalı yok ki mecalim Olmadı bir bardak umut bile bana dolmadı Hep mi böyle kalalım Zorladım çıkış bulamaz halim Yollarım kapalı yok ki mecalim Yanımda kal yanına kalmaz hain Olana bak hayat sana göre adil Yanımda kal dedim yok ki vaktin Anladım senin duyguların katil Bir çıkış ara hayatına bak gözüm kapalı Göremiyorum önümdeki beton duvarı Çarpıp düşenlere el uzat bir yardım ara Kayboldu masum tarafım Bir çıkış ara hayatına bak gözüm kapalı Göremiyorum önümdeki beton duvarı Çarpıp düşenlere el uzat bir yardım ara Kayboldu masum tarafım