Татарский переводчик Узбекские песни

Песня «Limonlu Çay»
исполнителя rauf.
Скачать или слушать онлайн

Текст песни:

Bu həyat bəzən incidir
Və həmin anda xilas edir
Səni qaraşın qara saçların
Və isti limonlu çayın
Soyuqluqda dondurma
İki bilet sinema
Maraqsız film açıqlama
Çoxdan sevirdim amma
Bu romantik, yüngülvari
Dramaturji ssenari
Yazılıb bizim üçün əzizim
Sənin nəfəsinin istisi isidir bizi
Gizlədib hissi. öldürürəm həvəsi
Bu sözləri hər dəfə
Mən utanırdım deməyə
Və etiraf üçün mən bu gün
Dəvətliyəm çay içməyə
Bu həyat bəzən incidir
Və həmin anda xilas edir
Səni qaraşın qara saçların
Və isti limonlu çayın
Mənimlə nə isdəsən
Yoxla mesajları əhsən
Sındır barmaqları ki mən
Cavab gözləməyim səndən
Qaranlıqda gizlənməkdən
Tənhalıqdan bezmişəm mən
Ətrafım çıxıb gedəndən
Sonra səni pəncərəmdə
Gözləyirəm işıq yansın
Eybi yox metro bağlansın
Piyada gedərəm təki hər şey alınsın
Əsas sözləri mən dedim
Və cavabını eşitdim
Yaxşı ki vaxtında sevgini dəmlədim
Bu həyat bəzən incidir
Və həmin anda xilas edir
Səni qaraşın qara saçların
Və isti limonlu çayın...

Другие песни исполнителя:

  • Müəllim olsaydın Hədiyyən olardım Sən məni almasaydın Başqasına çatardım Başqası məcbur edib Yoldan çıxardardı Mən çantanda yerləşib Əlinə toxunardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Olardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Həkim olsaydın Baş həkimin olardım Vəzifəmdən sui istifadə edib Səni danlıyardım Sən gecikərdin Mən otağına gül qoyardım Unudardım Ki təcilidir tibbi yardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Olardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Şeytan olsaydın Vəkilin olardım Hamıya qarşı çıxıb Səni mələk çıxardardım Deputat olsaydın Səni dinləyib yatardım Yeni qanunlarına Lay lay tək qulaq asardım Bir əsər olsaydın Şekspir olardım Ya olum ya olüm soruşsaydın Mən Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə Olardım Yanında olardım Hər səhər hər axşam hər gündüz hər gecə
  • Mən atıram etibarsız və yarımçıq dostlarımı Mənasız mahnılarımı Siqaret paçkalarımı Atıram səninlə çəkdiyim şəkillərimi Unut soyuq gecələrdə dediyim sözlərimi Atıram orijinal CD və DVD disklərini Və yığıdığım illər ilə qiymətli şey-şüylərimi Qoyuram sevgimi ötən XX əsrdə Sevgini dondurmaq lazımdır bizə əslində Münasibət -40 dərəcə Münasibət -40 dərəcə Tənha qalıb zəng etdim Çağırdım bütün dostlarımı Siqaret çəkib oxudum mənasız mahnılarımı Almışam skotç yapışdırıram cırdığım şəkilləri SMS'lə yazıram gecələr dediyin sözləri Tapıram orijinal sən sevən DVD disklərini Və yığdığın illər ilə qiymətli şey-şüylərini Mən səhv etmişdim sanki qan donmuşdu beynimdə Sevgini isitmək vaxtıdır bu gün əslində Münasibət -40 dərəcə 40 dərəcə Münasibət -40 dərəcə Münasibət -40 dərəcə Münasibət -40 dərəcə Münasibət -40 dərəcə (Münasibət) 40 dərəcə (Münasibət) dərəcə (Münasibət) 40 dərəcə Münasibət -40 dərəcə Münasibət -40 dərəcə
  • Gedim bir az ağlayım, Elə-belə... astaca. Ürəyimi gizlədim yastığımın altında. Pəncərəni açaraq Kövrəlmiş ürəyimi Bəlkə həyətə atım?! Həyatın ağuşuna?! Yox, yaxşısı budur ki, Gedim bir az ağlayım, Elə-belə... astaca. Kimsə duyuq düşməsin Kədərimdən, qəmimdən, Durub yol alım bağa Astaca ağlamağa... Götürüm ürəyimi Atım çoşan ümmana – Dalğaların qoynuna. Heç dinə də bilməsin - "Niyə sığmır sinəmə?" Gah tufan, gah da rüzgar Apardıqca uzağa... Yox! Yaxşısı budur ki, Qoy dirrikdə basdırım, Dirilib çiçək olsun. Ya da ki, bala tutum, Acısın unutdurum. Özümü aldatsam da, Qoy ruhu ovundurum, Acısın unutdurum. Ya dostları çağırım Axşam vaxtı mən şama - Şərab içək doyunca. Könlümü də versinlər, Büllur qabda ortaya, Dostlar ondan dadsınlar, Dadıb, gəlsinlər cana. Budur, orda uşaqlar Atılırlar-düşürlər, Bəlkə topları yoxdu? Qoy verim ürəyimi Qovsunlar yorulunca... Yox! Artıq kədərlənmək yox! Ürəyin dediyiylə Oturmaq yox, durmaq yox! Atım onu bazarda, Ya da sizə verəcəm, Elə-belə, bədava. Gecənin sükutunda Ürəyimlə tənhayam. Yağış yağır, islanır Çətir tutmuram ona Qoy incisin... Nə qədər Oyun açıb başıma... Hərdən üsyana qalxıb Həm Günəşə, həm Aya Hayqırıram: "Götürün, Verdim onu Allaha!" Amma qərar vermədim, Neyçin qərar vermədim, Bu geniş ürəyimi Sənə bağışlamağa?!