Татарский переводчик Узбекские песни

Песня «Qəhvə Falı»
исполнителя Miri Yusif.
Скачать или слушать онлайн

Текст песни:

O damın üstünü qara buludlar alıb
Qəmə leysana salıb
Aparıb, aparıb məni dərdlərə salıb
Qəhvə falına baxıb
O damın üstünü qara buludlar alıb
Qəmə leysana salıb
Aparıb, aparıb məni dərdlərə salıb
Qəhvə falına baxıb
O könül ağrısı qəlbə kəsiklər salıb
Dərin izləri qalıb
Ağladıb, ağladıb gülüşüylə aldadıb
Qəhvə falına baxıb
Gecələr ağlımı qara fikirlər alır
Yenə zəlzələ salır
Ürəyim dön deyir, bədənim donub qalır
Qəhvə falına baxıb
O damın üstünü qara buludlar alıb
Qəmə leysana salıb
Ürəyim dön deyir, bədənim donub qalır
Qəhvə falına baxıb

Другие песни исполнителя:

  • Gördüm, gördüm ki, səhvdir eşqin qibləsi Sən özgəsən, sevdiyim, özgəsi Biz aldatmışıq hər kəsi, hər kəsi Bildim, bildim ki, gözlərin dəniz deyil Qəlbin bulud kimi təmiz deyil “Sən və mən” daha “biz” deyil, “biz” deyil İndi xəyal kimi baxdım ötən çağa Ömür başladı geri saymağa Sən yoxsan, mən yoxam daha İndi bilmişəm ki, şeytan mələk deyil Bağrıma daş asdım, ürək deyil Dünya mənə gərək deyil Sildim, sildim keçmişimi sətir-sətir Otağımda həsrət qoxan ətir Pəncərəmdən kölgən itir, ay-ay, yar Baxdım, baxdım ki, bir ömür gedib boşa Ayrı insanlar şəkildə qoşa Sənsiz səninlə olmuşam, olmuşam İndi xəyal kimi baxdım ötən çağa Ömür başladı geri saymağa Sən yoxsan, mən yoxam daha İndi bilmişəm ki, şeytan mələk deyil Bağrıma daş asdım, ürək deyil Dünya mənə gərək deyil İndi xəyal kimi baxdım ötən çağa Ömür başladı geri saymağa Sən yoxsan, mən yoxam daha İndi bilmişəm ki, şeytan mələk deyil Bağrıma daş asdım, ürək deyil Dünya mənə gərək deyil Bildim, bildim
  • Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi İnsanlar dolu, ağ-qara Üzlərdə təbəssüm, ürəkləri yara Bu dövran öz qəhramanlarını tanımır Mən qapalı səhnədə (onu bil ki) Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Mən gülüş deyiləm Mən gümüş deyiləm Mən sözümün ağası Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Ay cazi, cazi, cazi cazibədar Gəzdiyim yollar ya dalandır, ya dar Gözümdən düşən düşər ürəyə Əgər "bəli, hə" desə dəli küləyə Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Mən gülüş deyiləm Mən gümüş deyiləm Mən sözümün ağası Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Mən ulduz deyiləm Mən gündüz deyiləm Mən gecənin yarısı Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi Onun adı yolaver-yolaver-yolaverdi Qəlbimi zəbt eləyən kimi yola verdi
  • Qoyma, iztirab içində Qoyma, zülmə tab içində Qoyma, min əzab içində Qəlbim yansın yenə Uyma, hiylə hər biçimdə Uyma, məğrur ol seçimdə Uyma yalanlara Tap işıqlı yol gecəmdə Biz sanki xeyir və şər Ayrı düşən iki bəşər Bizi kim fikirləşər? Eşq yada düşər Ox, ürəyimi ox deşər Ruhum alışar, bişər Cəzaları sərtləşər Məftillənib daş hasarlar Burda kimin bəxti parlar? Gözdən axar intizarlar Qoyma, iztirab içində Qoyma, zülmə tab içində Qoyma, min əzab içində Qəlbim yansın yenə Uyma, hiylə hər biçimdə Uyma, məğrur ol seçimdə Uyma yalanlara Tap işıqlı yol gecəmdə Döz sən buna yavaş yavaş Bizim sevgimiz savaş Hər anı bir ixtişaş Hər gecə təlaş Kaş, bir ümid olardı kaş Ürəyimiz oldu daş Qan olub gözündə yaş Məftillənib daş hasarlar Burda kimin bəxti parlar? Gözdən axar intizarlar Qoyma, iztirab içində Qoyma, zülmə tab içində Qoyma, min əzab içində Qəlbim yansın yenə Uyma, hiylə hər biçimdə Uyma, məğrur ol seçimdə Uyma yalanlara Tap işıqlı yol gecəmdə
  • Sənsiz ürəyi yola gətirmişəm Sanki lazımsız əşya itirmişəm Sual idin, mənim üçün nöqtəsən! Mən hər şeyi bitirmişəm Mən yola davam, sənin yolun açıq Nə məni ara, nə də qarşıma çıx Günəşi söküb, asmışam Ayı Gecəyə bulaşıb qəlbimin harayı Alışan hisslərdən yandırmışam ocaq O da yorulacaq, sönüb kül olacaq Mələklər günah yazıb, sən demə Qarışıb saçına, düşüb çiynimə Bumbuz ürəyinə göz yaşlarım şərab Ömrümü yedin, ödəmədin hesab Xəyallarına qürurum hasar Suallarına baxışlarım cavab! Mən öz taleyimlə tutub əl-ələ Bu ömür yolunu gedirəm hələ Səni yaxşı əvəz edir tənhalıq Bu bir yazı, bu bir tələb Daha bu ürəyi ovutmaq çətin Gedişim əbədi, qayıtmaq çətin Məni çağırır göyə göy üzü Hər bulud bir yanan eşqin tüstüsü Alışan hisslərdən yandırmışam ocaq O da yorulacaq, sönüb kül olacaq Mələklər günah yazıb, sən demə Qarışıb saçına, düşüb çiynimə Bumbuz ürəyinə göz yaşlarım şərab Ömrümü yedin, ödəmədin hesab Xəyallarına qürurum hasar Suallarına baxışlarım cavab!