Татарский переводчик Узбекские песни

Песня «Əliyarın Ariyası»
исполнителя Ramil Qasımov.
Скачать или слушать онлайн

Текст песни:

〈Bənd〉
Oxşamaz ruhumu
Reyhanlı yoxuşlar, dərələr
Mənə verməz
Yeni bir nəşə gözəl mənzərələr

Məni güldürmədi, güldürmədi, güldürmədi
Bir an bu təbiət, bu fəza
Günəşin nuru da, nuru da
Gündə bir ox sancdı bizim arzumuza

Nə ayın çöhrəsi qəmli gecələr güldü
Bizim ölkəmizə...

Nə həyatın üzü göstərdi əməl
Kəndi səhəri nə açır qəlbimə bir səhər
Kəndi səhəri nə gözün baxdı yaşıl
Dağların axşamlarına

Mənim hər bir əməlim
Hər bir ümidim
Hər bir, hər bir
Hər bir ümidim mənim sabaha

O səhər təntənə, dəbdəbələrdən daha şən
Daha şən, o səhər dəbdəbələrdən daha şən

O parlaq günəşin zövqünü sürməkdə ikən yorulmadım
Məni sarsıtmadı ağır təhləkə
Yaşaram, yaşaram bir uca məqsədlə mən
Bir uca məqsədlə mən
Yaşaram bir uca məqsədlə mən
Yaxındır o zaman

Другие песни исполнителя:

  • 〈Bənd 1〉 Biz bu ellərin dağdan mətin, mərd oğluyuq Hər igidimiz Babək, Nəbi, Koroğludur Bu yollarımız – sevinc dolu həyat yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat 〈Bənd 2〉 Hər məqsədimiz yer üzünün səadəti Qoy birlik olsun, bu ellərin ilk qisməti Bu yollarımız – zəfər dolu mərdlik yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! 〈Bənd 3〉 Ey əziz ana, sən qalma məndən nigaran Bu şanlı gediş nə ayrılıqdır, nə hicran Bu yollarımız – zəfər dolu mərdlik yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! Salamat... Salamat... Salamat...
  • 〈Bənd〉 Ey bülbülü-busitani bidad Bidad... Hali, dilini mənə bəyan et Əsranini, hanini əyan et Kim aldı əlindən ixtiyarın? Kim eylədi tirə ruzigarın? Nə seyridəsən Sənə tələb nə? Bu naleyi-zarinə səbəb nə? Dəryada isə sənə dürikam Sən söylə, mən eyləyim sərəncam Ah... Sərəncam Sərəncam... Sərəncam... Sərən... Sərəncam!