Татарский переводчик Узбекские песни

Песня «Qalib Sərkərdə»
исполнителя Ramil Qasımov.
Скачать или слушать онлайн

Текст песни:

[Bənd 1]
Şuşa dağlarından çəkildi duman
Bayrağa bürünüb hər tərəf, hər yan
Zəfərlə çıxdın sən haqq savaşından
Qalib sərkərdəsi Azərbaycanın!

Odlar diyarının məğrur oğlusan
Vətənə bağlısan, elə bağlısan
Gəncə, Naxçıvanlı, Qarabağlısan
Qalib sərkərdəsi Azərbaycanın!

Düşməni sındırdın cəsarətinlə
Əsgərə sevginlə, məhəbbətinlə
Yeni tarix yazdın məharətinlə
Qalib sərkərdəsi Azərbaycanın!

[Bənd 2]
Son qoydun illərin həsrətinə sən
Köçkün el-obanın möhnətinə sən
Xalqın xilaskarı, ümidi sənsən
Qalib sərkərdəsi Azərbaycanın!

Yumruqtək birləşdi, həmrəydir bu xalq
Ordum bada getməz, sərkərdə oyaq
Heç vaxt enməyəcək ucalan bayraq
Qalib sərkərdəsi Azərbaycanın!
Sən ulu öndərin yadigarısan
Millətin şöhrəti, şərəf-şanısan
Vətənimin milli qəhrəmanısan
Qalib sərkərdəsi Azərbaycanın!

[Bənd 3]
Andın qeyrət andı, kişilik andı
Polad iradənə dünya heyrandır
Əmr elə, vətənə canım qurbandır
Qalib sərkərdəsi Azərbaycanın!

Şuşa dağlarından çəkildi duman
Bayrağa bürünüb hər tərəf, hər yan
Zəfərlə çıxdın sən haqq savaşından
Qalib sərkərdəsi Azərbaycanın!

Другие песни исполнителя:

  • 〈Bənd〉 Pənbeyi-daği-cinun içrə nihandır bədənim Diri olduqca libasım budur, ölsəm, kəfənim Pənbeyi-daği-cinun içrə nihandır bədənim Diri olduqca libasım budur, ölsəm, kəfənim Canı canan diləmiş, verməmək olmaz, ey dil Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim Edəməm tərk, Füzuli, səri-kuyin yarın Vətənimdir, vətənimdir, vətənimdir, vətənim! Edəməm tərk, Füzuli, səri-kuyin yarın Vətənimdir, vətənimdir, vətənimdir, vətənim! Daş dələr ahım oxu, şəhdi-ləbin şövqindən Bülbüli-qəmzədəyəm, bağu-baharım sənsən Edəməm tərk, Füzuli, səri-kuyin yarın Vətənimdir, vətənimdir, vətənimdir, vətənim! Edəməm tərk, Füzuli, səri-kuyin yarın Vətənimdir, vətənimdir, vətənimdir, vətənim! Vətənimdir...
  • 〈Bənd〉 Nazlı yarım vəslə çatdı Keçdi hicran günləri Nazlı yarım vəslə çatdı Keçdi hicran günləri, hey Aşiqəm mən, kuyi-dilbər Vəsli canan istərəm Vəsli canan dərdi hicran Vəsli canan dərdi hicran Zülfü reyhan, qəlbi viran Dil pərişan günləri Bir qanadsız bülbüləm mən Dərdə düşmüş sünbüləm Bir qanadsız bülbüləm mən Dərdə düşmüş sünbüləm, hey Aşiqəm mən, kuyi-dilbər Vəsli canan istərəm Vəsli canan dərdi hicran Vəsli canan dərdi hicran Zülfü reyhan, qəlbi viran Dil pərişan günləri
  • 〈Bənd〉 Hər çiçəyin öz ətri, hər gülün öz rəngi var Hər qəlbin öz istəyi, öz sözü, ahəngi var Hər insan öz ömrünə dost seçir, həmdəm seçir Mənimsə ürəyimdən qəmli bir nisgil keçir Yadıma sən düşürsən... Göydə bulud dolaşır, axşam düşür, yel əsir Heç bilmirəm nə üçün könlüm tələsir Qulaqlarım səsdədir, gözüm yenə yoldadır Gələn hər addım səsi məni aldadır Qəlbimdəki intizar, qəlbimdəki intizar Nədir, düşünürəm mən, nədir, düşünürəm mən Yadıma sən düşürsən... Təklik üz verir mənə, çıxıram otağımdan Sevgililər küçədə deyib-gülür mehriban Onları belə xoşbəxt, belə məsud görəndə Duyğular ürəyimdə, çırpınır bu sinəmdə Yadıma sən düşürsən... Yadıma sən düşürsən...