Татарский переводчик Узбекские песни

Песня «Ana»
исполнителя Ramil Qasımov.
Скачать или слушать онлайн

Текст песни:

〈Bənd 1〉
Biz bu ellərin dağdan mətin, mərd oğluyuq
Hər igidimiz Babək, Nəbi, Koroğludur
Bu yollarımız – sevinc dolu həyat yolu
Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana

〈Nəqərat〉
Biz gedirik bu vətəni qoruyaq
Bizimkidir doğma, əziz Qarabağ
Arzumuz bu, məqsədimiz xoş həyat
Salamat qal, ana, salamat

〈Bənd 2〉
Hər məqsədimiz yer üzünün səadəti
Qoy birlik olsun, bu ellərin ilk qisməti
Bu yollarımız – zəfər dolu mərdlik yolu
Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana

〈Nəqərat〉
Biz gedirik bu vətəni qoruyaq
Bizimkidir doğma, əziz Qarabağ
Arzumuz bu, məqsədimiz xoş həyat
Salamat qal, ana, salamat!

〈Bənd 3〉
Ey əziz ana, sən qalma məndən nigaran
Bu şanlı gediş nə ayrılıqdır, nə hicran
Bu yollarımız – zəfər dolu mərdlik yolu
Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana

〈Nəqərat〉
Biz gedirik bu vətəni qoruyaq
Bizimkidir doğma, əziz Qarabağ
Arzumuz bu, məqsədimiz xoş həyat
Salamat qal, ana, salamat!

Biz gedirik bu vətəni qoruyaq
Bizimkidir doğma, əziz Qarabağ
Arzumuz bu, məqsədimiz xoş həyat
Salamat qal, ana, salamat!
Salamat...
Salamat...
Salamat...

Другие песни исполнителя:

  • 〈Bənd〉 Gülüş doğru deyir, məhv oldun, Balaş Hamı atdı səni, yıxıldın, Balaş Uydum o dilbərə, uydum afətə Saldım öz ömrümü bu fəlakətə Ah, nələr çəkmədi bəlalı başım İndi sellər kimi axır göz yaşım Axır göz yaşım... Bu açan güllər, ötən bülbüllər Yar olmaz könlümə Batmışam min qəmə Bu aləm gülür mənə Bu açan güllər, ötən bülbüllər Yar olmaz könlümə Batmışam min qəmə Bu aləm gülür mənə Lənət o bağçalara, bu bahara Bunlara hara, mən hara? Artıq məhv oldu həyatım mənim Söndü taleyim, bəxtim mənim Sənsən son ümidim, inan, Sevil Söylə, hardasan, hardasan, Sevil? Hardasan, Sevil? Hardasan, Sevil? Gəl, gəl, gəl, Sevil Sevil...
  • 〈Bənd〉 Gör nə günlərə qaldın Öz cəzandır, çək, Balaş Hamının üzü döndü Axır qaldın tək, Balaş İndi neyləyim mən? Ah, Sevil görən hardadır? O bu evdən gedər Görən nə haldadır? Gör nə günlərə qaldın Öz cəzandır, çək, Balaş Hamının üzü döndü Axır qaldın tək, Balaş Vermərəm könlümü bir dilbərə bundan sonra Olmaram mail o siminbərə bundan sonra Bax, dilbər, bərbad etdin Həyatımı, həyatımı Neçin uydun? Düçar oldun bu afətə? Özüm öz könlümü saldım zillətə Saldım öz ömrümü bu fəlakətə Aldandım dilbərə, uydum dilbərə Saldım öz ömrümü bu fəlakətə Bu fəlakətə... Neçin gəldin? Düçar oldun bu afətə? Neçin gəldin? Düçar oldun bu afətə?
  • 〈Bənd〉 Ey bülbülü-busitani bidad Bidad... Hali, dilini mənə bəyan et Əsranini, hanini əyan et Kim aldı əlindən ixtiyarın? Kim eylədi tirə ruzigarın? Nə seyridəsən Sənə tələb nə? Bu naleyi-zarinə səbəb nə? Dəryada isə sənə dürikam Sən söylə, mən eyləyim sərəncam Ah... Sərəncam Sərəncam... Sərəncam... Sərən... Sərəncam!