Татарский переводчик Узбекские песни

Песня «Yad Eylərəm» исполнителя Ramil Qasımov. Скачать или слушать онлайн

Текст песни:

[Bənd]
Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm
Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm

Ruzi-hicrandır sevin, ey mürği-rühim ki, bu gün
Ruzi-hicrandır sevin, ey mürği-rühim ki, bu gün
Bu qəfəsdən mən səni əlbəttə azad eylərəm
Bu qəfəsdən mən səni əlbəttə azad eylərəm

Qan yaşım qılmaz vəfa, giryan gözlü israfına
Qan yaşım qılmaz vəfa, giryan gözlü israfına
Bunca kim, hərdəm ciyər qanında imdad eylərəm

Bilmişəm bulman visalın, leyk bir ümid ilə
Gah-gah öz xatiri-nəşadımı şad eylərəm

Lövhi-aləmdən yolum əşk ilə Məcnun adını
Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində Könül, günəş kimi parla yerində Göylərin lacivərd ətəklərində Gedən bu qovğadan necə əl çəkim? Qarşımda dalğalı dərin bir ümman Ümmanı sarsıdır bir acı tufan Bəyaz köpükləri bir çiçək yapan Şairdən, xülyadan necə əl çəkim? Ulduzlar fikrimin çıraqbanıdır Bulud xəyalımın karıvanıdır Səma ki, hissimin aşiyanıdır Böylə bir səmadan necə əl çəkim?
  • [Bənd 1] Şuşa dağlarından çəkildi duman Bayrağa bürünüb hər tərəf, hər yan Zəfərlə çıxdın sən haqq savaşından Qalib sərkərdəsi Azərbaycanın! Odlar diyarının məğrur oğlusan Vətənə bağlısan, elə bağlısan Gəncə, Naxçıvanlı, Qarabağlısan Qalib sərkərdəsi Azərbaycanın! Düşməni sındırdın cəsarətinlə Əsgərə sevginlə, məhəbbətinlə Yeni tarix yazdın məharətinlə Qalib sərkərdəsi Azərbaycanın! [Bənd 2] Son qoydun illərin həsrətinə sən Köçkün el-obanın möhnətinə sən Xalqın xilaskarı, ümidi sənsən Qalib sərkərdəsi Azərbaycanın! Yumruqtək birləşdi, həmrəydir bu xalq Ordum bada getməz, sərkərdə oyaq Heç vaxt enməyəcək ucalan bayraq Qalib sərkərdəsi Azərbaycanın! Sən ulu öndərin yadigarısan Millətin şöhrəti, şərəf-şanısan Vətənimin milli qəhrəmanısan Qalib sərkərdəsi Azərbaycanın! [Bənd 3] Andın qeyrət andı, kişilik andı Polad iradənə dünya heyrandır Əmr elə, vətənə canım qurbandır Qalib sərkərdəsi Azərbaycanın! Şuşa dağlarından çəkildi duman Bayrağa bürünüb hər tərəf, hər yan Zəfərlə çıxdın sən haqq savaşından Qalib sərkərdəsi Azərbaycanın!
  • 〈Bənd〉 Gör nə günlərə qaldın Öz cəzandır, çək, Balaş Hamının üzü döndü Axır qaldın tək, Balaş İndi neyləyim mən? Ah, Sevil görən hardadır? O bu evdən gedər Görən nə haldadır? Gör nə günlərə qaldın Öz cəzandır, çək, Balaş Hamının üzü döndü Axır qaldın tək, Balaş Vermərəm könlümü bir dilbərə bundan sonra Olmaram mail o siminbərə bundan sonra Bax, dilbər, bərbad etdin Həyatımı, həyatımı Neçin uydun? Düçar oldun bu afətə? Özüm öz könlümü saldım zillətə Saldım öz ömrümü bu fəlakətə Aldandım dilbərə, uydum dilbərə Saldım öz ömrümü bu fəlakətə Bu fəlakətə... Neçin gəldin? Düçar oldun bu afətə? Neçin gəldin? Düçar oldun bu afətə?

Похожие исполнители