Татарский переводчик Узбекские песни

Песня «Həyat Sevgisi»
исполнителя Ramil Qasımov.
Скачать или слушать онлайн

Текст песни:

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində
Könül, günəş kimi parla yerində
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?

Qarşımda dalğalı dərin bir ümman
Ümmanı sarsıdır bir acı tufan
Bəyaz köpükləri bir çiçək yapan
Şairdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çıraqbanıdır
Bulud xəyalımın karıvanıdır
Səma ki, hissimin aşiyanıdır
Böylə bir səmadan necə əl çəkim?

Другие песни исполнителя:

  • 〈Bənd〉 Gülüş doğru deyir, məhv oldun, Balaş Hamı atdı səni, yıxıldın, Balaş Uydum o dilbərə, uydum afətə Saldım öz ömrümü bu fəlakətə Ah, nələr çəkmədi bəlalı başım İndi sellər kimi axır göz yaşım Axır göz yaşım... Bu açan güllər, ötən bülbüllər Yar olmaz könlümə Batmışam min qəmə Bu aləm gülür mənə Bu açan güllər, ötən bülbüllər Yar olmaz könlümə Batmışam min qəmə Bu aləm gülür mənə Lənət o bağçalara, bu bahara Bunlara hara, mən hara? Artıq məhv oldu həyatım mənim Söndü taleyim, bəxtim mənim Sənsən son ümidim, inan, Sevil Söylə, hardasan, hardasan, Sevil? Hardasan, Sevil? Hardasan, Sevil? Gəl, gəl, gəl, Sevil Sevil...
  • 〈Bənd〉 Ey bülbülü-busitani bidad Bidad... Hali, dilini mənə bəyan et Əsranini, hanini əyan et Kim aldı əlindən ixtiyarın? Kim eylədi tirə ruzigarın? Nə seyridəsən Sənə tələb nə? Bu naleyi-zarinə səbəb nə? Dəryada isə sənə dürikam Sən söylə, mən eyləyim sərəncam Ah... Sərəncam Sərəncam... Sərəncam... Sərən... Sərəncam!
  • 〈Bənd〉 Hüsnün gözəl ayətlərin, ey sevgili canan Olmuş bütün aləm də sənin şəninə sayan Gəl eylə nəvaziş, gəl eylə nəvaziş Mənə ver busə ləbindən Çünki gözəlin busəsidir aşiqə ehsan Çünki gözəlin busəsidir aşiqə ehsan Sordum ki, "könül hardadır?" aldım bu cavabı "Heç sorma, tapılmaz, onu axtarsa da insan" “Rəhm eylə” dedim gəl “Rəhm eylə” dedim, sel kimi göz yaşımı tökdüm Gəl qanım ilə oynama, ey afəti-dövran İnsafın əgər var İnsafın əgər var isə, söylə, bu Nizami Sənlə necə rəftar eyləsin, ey mahi-taban? Sənlə necə rəftar eyləsin, ey mahi-taban? Sevgili canan
  • Ey əziz anam, Azərbaycan Sənə bağlıyam, Azərbaycan Ömrümün mənasısan, Azərbaycan Qardaşlıq dünyasısan, Azərbaycan Anamın anasısan, Azərbaycan Ömrümün mənasısan, Azərbaycan Qardaşlıq dünyasısan, Azərbaycan Anamın anasısan, Azərbaycan Baharlı yurdum, Azərbaycan Çinarlı yurdum, Azərbaycan Sənsən eşqim, zəfərim, Azərbaycan Çağlayan Kür, Xəzərim, Azərbaycan Günəşli al səhərim, Azərbaycan Sənsən eşqim, zəfərim, Azərbaycan Çağlayan Kür, Xəzərim, Azərbaycan Günəşli al səhərim, Azərbaycan Ey əziz anam, Azərbaycan Sənə bağlıyam, Azərbaycan Ömrümün mənasısan, Azərbaycan Qardaşlıq dünyasısan, Azərbaycan Anamın anasısan, Azərbaycan Ömrümün mənasısan, Azərbaycan Qardaşlıq dünyasısan, Azərbaycan Anamın anasısan, Azərbaycan Ey əziz anam, Azərbaycan!