Татарский переводчик Узбекские песни

Песня «Salamat Qal, Ana»
исполнителя Ramil Qasımov.
Скачать или слушать онлайн

Текст песни:

〈Bənd 1〉
Biz bu ellərin dağdan mətin, mərd oğluyuq
Hər igidimiz Babək, Nəbi, Koroğludur
Bu yollarımız – sevinc dolu həyat yolu
Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana

〈Nəqərat〉
Biz gedirik bu vətəni qoruyaq
Bizimkidir doğma, əziz Qarabağ
Arzumuz bu, məqsədimiz xoş həyat
Salamat qal, ana, salamat

〈Bənd 2〉
Hər məqsədimiz yer üzünün səadəti
Qoy birlik olsun, bu ellərin ilk qisməti
Bu yollarımız – zəfər dolu mərdlik yolu
Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana

〈Nəqərat〉
Biz gedirik bu vətəni qoruyaq
Bizimkidir doğma, əziz Qarabağ
Arzumuz bu, məqsədimiz xoş həyat
Salamat qal, ana, salamat!

〈Bənd 3〉
Ey əziz ana, sən qalma məndən nigaran
Bu şanlı gediş nə ayrılıqdır, nə hicran
Bu yollarımız – zəfər dolu mərdlik yolu
Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana

〈Nəqərat〉
Biz gedirik bu vətəni qoruyaq
Bizimkidir doğma, əziz Qarabağ
Arzumuz bu, məqsədimiz xoş həyat
Salamat qal, ana, salamat!

Biz gedirik bu vətəni qoruyaq
Bizimkidir doğma, əziz Qarabağ
Arzumuz bu, məqsədimiz xoş həyat
Salamat qal, ana, salamat!
Salamat...
Salamat...
Salamat...

Другие песни исполнителя:

  • 〈Bənd〉 Hər çiçəyin öz ətri, hər gülün öz rəngi var Hər qəlbin öz istəyi, öz sözü, ahəngi var Hər insan öz ömrünə dost seçir, həmdəm seçir Mənimsə ürəyimdən qəmli bir nisgil keçir Yadıma sən düşürsən... Göydə bulud dolaşır, axşam düşür, yel əsir Heç bilmirəm nə üçün könlüm tələsir Qulaqlarım səsdədir, gözüm yenə yoldadır Gələn hər addım səsi məni aldadır Qəlbimdəki intizar, qəlbimdəki intizar Nədir, düşünürəm mən, nədir, düşünürəm mən Yadıma sən düşürsən... Təklik üz verir mənə, çıxıram otağımdan Sevgililər küçədə deyib-gülür mehriban Onları belə xoşbəxt, belə məsud görəndə Duyğular ürəyimdə, çırpınır bu sinəmdə Yadıma sən düşürsən... Yadıma sən düşürsən...
  • 〈Giriş〉 Yaşa, yaşa, Azərbaycan! Ana yurdum – Azərbaycan 〈Bənd 1〉 Xəzər dalğa-dalğa könlümü çalan Külək qucaqlayar çiyinlərimi Təbəssüm saçılan hər üzdə nur var Təbəssüm saçılan hər üzdə nur var Quşların səsiylə açar dan yeri 〈Nəqərat〉 Yaşa, Azərbaycan! Yaşa, Azərbaycan! Sənə baş əyirəm Yaşa, Azərbaycan Gözəl Azərbaycan Gözəl Azərbaycan Yaşa, daim yaşa Yaşa, Azərbaycan! 〈Bənd 2〉 Bir ocaq başında qızınır hamı Bu, sevgi, məhəbbət, sülh diyarıdır Haqqı, mərhəməti, dini, inamı Haqqı, mərhəməti, dini, inamı Üzümüz, qolumuz sənə sarıdır 〈Nəqərat〉 Yaşa, Azərbaycan! Yaşa, Azərbaycan! Sənə baş əyirəm Yaşa, Azərbaycan Gözəl Azərbaycan Gözəl Azərbaycan Yaşa, daim yaşa Yaşa, Azərbaycan!
  • 〈Bənd〉 Çünki oldun dəyirmançı Çağır gəlsin dən, Koroğlu Balam, ey... Səni gördüm, aşiq oldum Dərdə saldın canımı Ala gözlər dadlı sözlər Qara qaşlar, işvə, nazlar Can alan yar, tökdün nahət qanımı Gözəlim, gəl halımı sor, rəhm eylə Nazlı yarım, gülzarım, iftixarım, gəl Nədir əmrin, tacıdarım, sərvərim? Gecə-gündüz ayrılıqdan yandım hicran oduna Səni görcək, nazlı yarım, gedər əldən ixtiyarım Səni görcək, nazlı yarım, gülzarım, nazlı dilbərim, hey Gərək aşiq yar yolunda qalmasın can dərdinə Ala gözlər dadlı sözlər Qara qaşlar, işvə, nazlar Can alan yar, tökdün nahət qanımı Gözəlim, gəl halımı sor, rəhm eylə Nazlı yarım, gülzarım, iftixarım, gəl Nədir əmrin, tacıdarım, sərvərim? Gecə-gündüz, hey... Gecə-gündüz ayrılıqdan yandım hicran oduna Gecə-gündüz ayrılıqdan yandım hicran oduna Səni görcək, nazlı yarım, gedər əldən ixtiyarım Səni görcək, nazlı yarım, gülzarım, nazlı dilbərim, gəl, hey... Gərək aşiq yar yolunda qalmasın can dərdinə Ala gözlər dadlı sözlər sözlər Qara qaşlar, işvə, nazlar Can alan yar, tökdün nahət qanımı Nədir əmrin tacı darım dilbərim Nazlı yarım, gülzarım, iftixarım, gəl Nədir əmrin, tacıdarım, dilbərim?