Татарский переводчик Узбекские песни

Песня «Ayrı Sahillərin Eyni Dalğası»
исполнителя Abbas Bağırov.
Скачать или слушать онлайн

Текст песни:

Ömrün hər ilinə bir ümman dedim
Niyə uzaq saldı bu illər bizi?
Bir az sən geciksən, mən tələsəydim
Bəlkə ayırmazdı bu illər bizi
Yaxın bir sevginin uzaq nidası
Ürəyi şimşəktək odlayıb keçir
Ayrı sahillərin eyni dalğası
Doğma qəlbimizdən adlayıb keçir
Gecə şirin-şirin mürgüləyəndə
Seyr edər ay səni, kəhkəşan səni
Mən səhər küləyə "əsmə" deyəndə
Kim isə oyadar yuxudan səni
Keçirsən, quş olub qanadlanıram
Amma ucalmağa üfüq çatmayır
Səni mələklərə mələk sanıram
O isə qanuni bir arvad sayır

Qoşa keçərsiniz, yaxın gəlmərəm
Mən yoxam yanında, nə zaman o var
Gözümü qaldırıb baxa bilmərəm
O isə istəsə, əl də qaldırar
Baxar, qibtə eyləmir sizi hər görən
Ya dinər yer ilə səma da birgə
Birgə döyünməyən ürəklər görən
Necə addımlayır dünyada birgə?

Gecikmiş arzular aşıb-daşanda
Baxaram, könlümdən al qanlar axar
Qanunsuz bir nigah qanunlaşanda
Qanuni məhəbbət kənardan baxar

Другие песни исполнителя:

  • Bu gecə gəlmişdim yanına qonaq Bu gecə çıxmışdım seyrinə sənin Elə şirin yatmışdın, doğma şəhərim Yatmışdı evlərin, pəncərələrin Damlarla bacalar uyub yatmışdı Səhərdən yatmayan bir qəmli çinar Lirik küləklərlə vals yaratmışdı Lirik küləklərlə vals yaratmışdı Həzin bir meh əsdi, yarpaq qırıldı Gecənin rəngləri açıb duruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu Asta-asta yeridim, ayılmayasan Xəzərdən istədim, qorusun səni Günəşlə danışdım səhər çıxanda Oyatsın o yatmış kölgələrini İndi isə yat, Bakı, gecən xeyrə Qoy yatsın parkların, Bulvarın yatsın Yatsın ki, sübhdən oyanan zaman Özüylə bir yeni səhər oyatsın Həzin bir meh əsdi, yarpaq qırıldı Gecənin rəngləri açıb duruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu Həzin bir meh əsdi, yarpaq qırıldı Gecənin rəngləri açıb duruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu
  • Sevgilim, sevirəm səni Yaralama sən bu ürəyimi Söylə mənə sən iki kəlməni "Sevirəm səni" Aşkım, sevirəm səni mən Yaralama sən bu ürəyimi Söylə mənə sən iki kəlməni "Sevirəm səni" Gecələr yuxularımda Səhərlər xəyallarımda Ümidim, diləyim Sənsən, yar Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi İncitmə gəl qəlbimi Sevirəm səni Yaralama sən bu ürəyimi Söylə mənə sən iki kəlməni "Sevirəm səni" Aşkım, sevirəm səni mən Yaralama sən bu ürəyimi Söylə mənə sən iki kəlməni "Sevirəm səni" Gecələr yuxularımda Səhərlər xəyallarımda Ümidim, diləyim Sənsən, yar Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi İncitmə gəl qəlbimi Gecələr (yuxularımda) Səhərlər (xəyallarımda) Ümidim, diləyim Sənsən, yar Gəl, gülüm Gəl, incitmə Bu ürəyim Gəl, gülüm Gəl, incitmə Bu ürəyim Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi İncitmə gəl qəlbimi
  • Keçsəydi qəm-kədər, bitsə acılar Axsaydı gözümdən sevinc göz yaşı Açılsa bir səhər bağlı qapılar Silinsə qəlbimin kinli yaddaşı Nifrəti unudub, mənə qayıt sən Əzablı günləri unuda bilsən Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Keçsəydi qəm-kədər, bitsə acılar Axsaydı gözümdən sevinc göz yaşı Açılsa bir səhər bağlı qapılar Silinsə bu qəlbimin kinli yaddaşı Nifrəti unudub, mənə qayıt sən Əzablı günləri unuda bilsən Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm... Gəl mənə, gəl, gülüm Sev yenə, sevgilim Gör neçə vaxtdır sənsizəm...
  • Vur, komandir, vur, komandir Vur, vur Qarabağ bizimdir Yolumuz budur Vur! Vur! Vur! Açılsın səmalar, durulsun sular Təki yerdə qalmasın tökülən qanlar İnləyən torpaqlar xilas olmalı Bizim doğma vətənə can borcumuz var Düşməndən almağa qanımız qalıb Doğma torpaqlarda canımız qalıb Üç rəngli bayrağa bürünsün hər kəs Şəhidlər ölməzdir, vətən bölünməz! Vur, komandir, vur qisas almağa Əmr et Şuşada bayraq sancmağa Vur, bizi gözləyir doğma Qarabağ İrəli, əsgər! Zəfər çalmağa! Vur, komandir, vur qisas almağa Əmr et Şuşada bayraq sancmağa Vur, bizi gözləyir doğma Qarabağ İrəli, əsgər! Zəfər çalmağa! Müzəffər ordumuz sərhəd boyunca Qanadlı şahinlər onlardan uca Kükrəyib hər biri yerindən durar Bizə göz dikənin gözündən vurar Düşməndən almağa qanımız qalıb Doğma torpaqlarda canımız qalıb Üç rəngli bayrağa bürünsün hər kəs Şəhidlər ölməzdir, vətən bölünməz! Vur, komandir, vur qisas almağa Əmr et Şuşada bayraq sancmağa Vur, bizi gözləyir doğma Qarabağ İrəli, əsgər! Zəfər çalmağa! Vur, komandir, vur qisas almağa Əmr et Şuşada bayraq sancmağa Vur, bizi gözləyir doğma Qarabağ İrəli, əsgər! Zəfər çalmağa! (Vur!) (Vur!) (Vur!) (Vur!) Düşməndən almağa qanımız qalıb Doğma torpaqlarda canımız qalıb Yayılsın ətrafa cəngi səsləri Şuşada yüksəlsin üç rəngli bayraq Vur, komandir, vur qisas almağa Əmr et Şuşada bayraq sancmağa Vur, bizi gözləyir doğma Qarabağ İrəli, əsgər! Zəfər çalmağa! Vur, komandir, vur qisas almağa Əmr et Şuşada bayraq sancmağa Vur, bizi gözləyir doğma Qarabağ İrəli, əsgər! Zəfər çalmağa!
  • Türk sağ ikən yurduna əl vurulmaz Ölsə də zəncir daşımaz, qul olmaz Alarım mızrağı, bir türk kimi qalxan çəkərim Tutduğum haqq yoludur, can verərim, qan tökərim Atılın, bombalarım Qandır, oddur təməlim Böyük Turan – Vətənim! Türk sağ ikən yurduna əl toxunmaz Ölsə də zəncir daşımaz, qul olmaz Türk sağ ikən yurduna əl toxunmaz Ölsə də zəncir daşımaz, qul olmaz Alarım mızrağı, bir türk kimi qalxan çəkərim mən Tutduğum haqq yoludur, qan tökərim, can verərim mən Atılın, bombalarım Qandır, oddur təməlim Böyük Turan – Vətənim! Atılın, bombalarım Qandır, oddur təməlim Böyük Turan – Vətənim! Ölkə mənim, vətən mənim, yurd mənim Arş irəli, arş irəli, əsgərim Ölkə mənim, vətən mənim, yurd mənim Arş irəli, arş irəli, əsgərim Gedərim, əsgər olub yurduma xidmət edərim mən Tutduğum haqq yoludur, qan tökərim, can verərim mən Atılın, bombalarım Qandır, oddur təməlim Böyük Turan – Vətənim! Atılın, bombalarım Qandır, oddur təməlim Böyük Turan – Vətənim! Azad təbiətə zəncir yaraşmaz Azad günəş, azad yağış, azad yer Yer üzündə daşdan çəpər gərəkməz Azad dünya, azad sevgi, azad eşq Alarım mızrağı, bir türk kimi qalxan çəkərim mən Tutduğum haqq yoludur, qan tökərim, can verərim mən Atılın, bombalarım Qandır, oddur təməlim Böyük Turan – Vətənim! Atılın, bombalarım Qandır, oddur təməlim Böyük Turan – Vətənim! Qurban ollam vətənə, onu candan sevənə Azərbaycan vətənim Böyük Turan – Vətənim!