Татарский переводчик Узбекские песни

Песня «Amur Və Psixeya»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Ömür heçə gedir, ayılıram
İndi heyif olub illər
Yenə ən başa qayıdıram
(Ən başa qayıdaram)
Sevib onu bir də
Vecimə də deyil
Onu görüb ən sonuncu dəfə deyim ona bir də
Onun mənə min sevgi borcu var
Amma ki mənim ona bir qəm
Bir dərdim sənsən, min bəndim tək sən
Necə olur itirirəm özümü və silirsən bir səhvimlə sən?
Hiss nədir? - bilməzsən, istərdim gəl sən
Birdən istəsən, bir mən bir də sən
Yeri dolmaz, bil
"Heç unudulmaz" deyib
Keçmişə dön
Sev, sev, sev, sev, sev, sev
Yeri dolmaz, bil
"Heç unudulmaz" deyib
Keçmişə dön
Sev, sev, sev, sev, sev, sev, sev

Ey! Söz tapmırsan
Ey! Tapanda düz tapmırsan
Ey! Tapanca üzdən vursa da
Üzdən nur sanki İstanbulsan
Yazım adama təsir, adamın yazığı
Yazığın adamı gəlsin
Azğın adama tərsəm
Sənə kəm baxsa, yazaram adamın dərisini
Sol çirkindir, sağ eybəcər
Ölü sussa da, yenə sağ deyinəcək
Okaberin qara geyinməyinə baxma
Sonda o da hamı kimi ağ geyinəcək
Uzundur həsrətin, hər sətrim
Mən Nəsrəddin Tusi
Səni ulduzlara qədər həsr etdim
Səni vəsf etdim, bitmir həsrətin
Sənə hər sətrim
Səni səndən almağım sənə görədir
Məni məndən almısan, nəyə görə?
Məni məndən almısan, nəyə görə?
De, bəlkə səni sənə geri verməyə görə?
Səni səndən almağım sənə görədir
Məni məndən almısan, nəyə görə?
Məni məndən almısan, nəyə görə?
De, bəlkə səni sənə geri verməyə görə?

Другие песни исполнителя:

  • Mən meloman Ölüm havalar altında fərqli dünyam Bağışla atam, anam, məni dəyişdirdi zaman Mən meloman Mən meloman Ölüm havalar altında fərqli dünyam Bağışla atam, anam, məni dəyişdirdi zaman Mən meloman Boş flakonları yığırdı sandığa Necə sevdiyi əşyaları insan yığar, bax belə Essensiyadan hazırlanmış preparatlar Səhifələri itmiş "Decameron" Xatirələr və həmin pavilyon Və həmin "Amur və Psixeya" Bu sanki serial və yenə həmin seriya Bax belə Ölümü arzulayan insanlar az olmur "Mən melomanam" deyəndə razı olmurdu Bilirsən, musiqi hər şey, həm də heç nədir Səndə əsəb problemi, məndə içkidir Məndə də belə idi ilk addımları Söyürdüm düyünlərə üfürən qadınları Mən də insanam axı, sevirdim ürəkdən İndi isə həyatım yalnız tünd şərab Məhəbbət məktublarını yazan mürəkkəb Quruyub, rəngi illərlə bozarıb Ver o futlyarın üstünü toz alıb Onsuz qladioluslarda əzab Söndürdüm melodiyaları, söndürdüm (Söndürdüm, söndürdüm, söndürdüm, söndürdüm) Tək yaradan götürər məni aradan Mən qalaram Mən qalaram insanlar adlanan sıradan Mən meloman Tək yaradan götürər məni aradan Mən qalaram Mən qalaram insanlar adlanan sıradan Mən meloman Bax belə Mən meloman Bax belə
  • Buranın havası mənfilərdə, barmaq tətikdədir Düşməni gəbərtdikcə, çürümüş ət iyi gəlir Nə ümidlərim vardı, hədəfə qoyub güllələyirəm Boğazına bıçaq dirəyirəm, söyürəm, şillələyirəm Sanki nədən yorğunluq, bəlkə bədən yorğun Əsl hakimin gələcəyi məhkəmədən qorxun Aciz olan insanlar, bir də cümlələrdir Ətraf mafiya, çirkab, çirkin zümrələrdir Məclisdə "Xaç Atası", hər kəs ayağa qalxsın! Eşidirsiz?! Deyirəm ki, mərkəz ayağa qalxsın! Yerinə oturub danışma heçnə bacarmadan Azadlıqdan, həbsdən və bir də kazarmadan Səsiniz gəlir Biz haqqın yolçuları Biz susmayan Karabin! Tülkü, çaqqal ovçuları Kimin ki, borcu qalıb torpağımızı qorumağa Biz əlindən tutarıq, qoymarıq yorulmağa Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz sətirlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu kinonun İzlədiyin ucuz filmlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz mahnı deyil! Nə bilim ala!?
  • Tozlanmış gitara, bir qutu maxorka, skripka, pionina Qarışır xatirələr, rəsmlər, fornarina Barışır bəxtsiz ömrü ilə İzolda Bu son qəmgin not, ritm, qəmli saksofon Nostalji günlərimdə don epizod kimi Bacarırsansa yandır nifrətimi yandır od kimi Mən yandırdım, sındırdım səndən qalanları Sevdiyin yalanları, unutdum olanları Səslər məni melodiyalar, uzanmış çox qısa yolla Sən akvarellərin yaratdığı cazibədar İzabella Zərif okapella, amma daxilən iblissən Məni həyatından tulla, çünki daxilən iblissən Həyatıma iz sən buraxdın, mən axtardım, darıxdım Yıxılmış ümidlərimi qurdum, yenidən yıxdım Çıxdım vəziyyətdən, amma halım özümdə deyil Həyatım zibil, sevdiyim xəyalım özümdə deyil Bu sənin rekviemin, fərqi yox, ya da mənim Qazandığım tək sənsizlik bu dünyada mənim Kürəyimə vurduğun xain zərbələr Ürəyimə qurduğun mərtəbələr yıxıldı Yox oldu
  • Günahkar gözlərin var, səsin gəlir çox həzin Bu melodiyalarda zərif düşüncə gəzir, məni işgəncə əzir Ümidlər sona çatmaqdan, arzular gözləməkdən Məncə, bezir Nə sənin kaprizin, nə intihar cəhdlərin Heç nə qalmadı, yenə mənim indi var səhvlərim Zaman pozar vədləri, qalar məzar yerləri Yazar bəndləri Yenə qəlbim səni soruşar yağışa Xəstə ruhum danışa-danışa səni soruşar Bir az gülər, ağlayar, yenə barışar Ürəyim yanar, alışar Günahkar gözlərin var, bu məndəki paranoya Mənə lazım deyildi şan-şöhrət, eyforiya Həzin "Ave Maria" Mən dəlixana divarlarından bağırardım Səni çağırardım, sən isə ağlayardın bərkdən Lap ürəkdən gələn sözlər kimi Qəlbimdə yaşatdı, əlimdən qopardı səni Ən bədbəxt günlər tapardı səni, atardı səni Gözlərin sən yalan danışanda satardı səni Günahkar gözlərin var, məni yaşadan gözlərin Mənim kobudluğum və sənin yaşaran gözlərin Yadımda yenə soyuq noyabr, yağışlar Bağışla, əzizim, nifrətimə görə bağışla Bizi ayırır sətirlər, qatarlar ayırır Dəli olmuş şairlərin dövrü bitmiş sayılır Axtarma, bizə rekviyem həsr olundu Onun yazdığı dramalarda bizdən bəhs olundu Sevgi məhz onundur, onun adı ayrılıq Biz isə hər zaman xatirələrə qayıdırıq Və hər şərait yaradırıq ki, sadəcə unudaq Və sonunda Unuduruq... (Unuduruq...)
  • Nə qədər olacaq müharibə şəraiti? Bu dəfə qayıdacaq, amma yenə qərar itir Bu dəfə alınacaq, bu dəfə son dəfə Şablon səhifə əzbər milyon dəfə Nə qədər televiziya, nə qədər informasiya? İmmiqrasiyadan Rusiyada deformasiya Amerika, Avrasiya, hər yerdə mafiya Hər yerdə siyasət, təşkilatlar, partiya Qara qüvvələrlə qələbəm əzbər Mənim rütbəm əsgər, mənə düşmən göstər Mən ölümlə üzbəüz, taleyim xoş gün yazarmı? Mənim yeməyim "перлова", mənim evim kazarma Mənim geyimim səhra geyimi mövsümə uyğun Təslim olmayan ruhum, sifətim solğun, yorğun Mən əsgərəm, mən vətən qoruyuram Postda tam döyüş dəsti belə adətən qoruyuram Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir "Progress" var Məndə əsəb gərginliyi, stress var Bir az səs var, amma hələ ki boğulmamışam Bu yaşıma qədər siyasətə soxulmamışam Paxıllıqdan partlayır mütləq xəsislər Səni araşdırır hər yerdə mütəxəssislər Sənin arxanda dura bilən bir nəfərin yox Getdikcə batırsan dərinə, xəbərin yox Xəbərin yox, qardaşım, xəbərin yox Hər cürə insan olub yoldaşım, xəbərin yox Mənim ürəyim indi olub xəstə, xəbərin yox İntizam cəzalarından, həbsdən xəbərin yox Kim kimi harada və necə satıb, xəbərin yox Kimisə hətta sevgilisi atıb, xəbərin yox Buradakı ərzaq, geyim və sudan xəbərin yox Ümumiyyətlə, sənin ordudan xəbərin yox Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Müharibə davam edir