Татарский переводчик Узбекские песни

Песня «Paranoia»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Günahkar gözlərin var, səsin gəlir çox həzin
Bu melodiyalarda zərif düşüncə gəzir, məni işgəncə əzir
Ümidlər sona çatmaqdan, arzular gözləməkdən
Məncə, bezir
Nə sənin kaprizin, nə intihar cəhdlərin
Heç nə qalmadı, yenə mənim indi var səhvlərim
Zaman pozar vədləri, qalar məzar yerləri
Yazar bəndləri
Yenə qəlbim səni soruşar yağışa
Xəstə ruhum danışa-danışa səni soruşar
Bir az gülər, ağlayar, yenə barışar
Ürəyim yanar, alışar
Günahkar gözlərin var, bu məndəki paranoya
Mənə lazım deyildi şan-şöhrət, eyforiya
Həzin "Ave Maria"
Mən dəlixana divarlarından bağırardım
Səni çağırardım, sən isə ağlayardın bərkdən
Lap ürəkdən gələn sözlər kimi
Qəlbimdə yaşatdı, əlimdən qopardı səni
Ən bədbəxt günlər tapardı səni, atardı səni
Gözlərin sən yalan danışanda satardı səni
Günahkar gözlərin var, məni yaşadan gözlərin
Mənim kobudluğum və sənin yaşaran gözlərin
Yadımda yenə soyuq noyabr, yağışlar
Bağışla, əzizim, nifrətimə görə bağışla
Bizi ayırır sətirlər, qatarlar ayırır
Dəli olmuş şairlərin dövrü bitmiş sayılır
Axtarma, bizə rekviyem həsr olundu
Onun yazdığı dramalarda bizdən bəhs olundu
Sevgi məhz onundur, onun adı ayrılıq
Biz isə hər zaman xatirələrə qayıdırıq
Və hər şərait yaradırıq ki, sadəcə unudaq
Və sonunda
Unuduruq... (Unuduruq...)

Другие песни исполнителя:

  • Ömür heçə gedir, ayılıram İndi heyif olub illər Yenə ən başa qayıdıram (Ən başa qayıdaram) Sevib onu bir də Vecimə də deyil Onu görüb ən sonuncu dəfə deyim ona bir də Onun mənə min sevgi borcu var Amma ki mənim ona bir qəm Bir dərdim sənsən, min bəndim tək sən Necə olur itirirəm özümü və silirsən bir səhvimlə sən? Hiss nədir? - bilməzsən, istərdim gəl sən Birdən istəsən, bir mən bir də sən Yeri dolmaz, bil "Heç unudulmaz" deyib Keçmişə dön Sev, sev, sev, sev, sev, sev Yeri dolmaz, bil "Heç unudulmaz" deyib Keçmişə dön Sev, sev, sev, sev, sev, sev, sev Ey! Söz tapmırsan Ey! Tapanda düz tapmırsan Ey! Tapanca üzdən vursa da Üzdən nur sanki İstanbulsan Yazım adama təsir, adamın yazığı Yazığın adamı gəlsin Azğın adama tərsəm Sənə kəm baxsa, yazaram adamın dərisini Sol çirkindir, sağ eybəcər Ölü sussa da, yenə sağ deyinəcək Okaberin qara geyinməyinə baxma Sonda o da hamı kimi ağ geyinəcək Uzundur həsrətin, hər sətrim Mən Nəsrəddin Tusi Səni ulduzlara qədər həsr etdim Səni vəsf etdim, bitmir həsrətin Sənə hər sətrim Səni səndən almağım sənə görədir Məni məndən almısan, nəyə görə? Məni məndən almısan, nəyə görə? De, bəlkə səni sənə geri verməyə görə? Səni səndən almağım sənə görədir Məni məndən almısan, nəyə görə? Məni məndən almısan, nəyə görə? De, bəlkə səni sənə geri verməyə görə?
  • Sağ göstərib sol vururam Şərq göstərib qərb aparıram Nə qədər qəlb aparıram Bir o qədər də özümü qəribə aparıram Oxuyur xanəndələr, eşitmirəm Eşidirəm daha mən nələr Dar məngənədə var bəndələr ki Hamısı Çələbi, hamısı Danəndələrdir Necə olur həmrəylik?! Güvəndiyin insanlar sürüyür cəmdəyini Kimdə balta, kimdə mişar, kimdə rəndə idi Və təkcə büdrəməyinin günahı səndə idi Cavab gəlmir axmaqdan (axmaqdan) Kor olmuşuq baxmaqdan (baxmaqdan) Soruşun bədbəxtlərdən Niyə yuyulmurdu qan ləkələri metlaxlardan Hərəkətə qiymət Dərə-təpə qeybət Bərəkətə hiylə Mənə görə, siğə elə zinadır Yenə öz boyunlarına günahı Belə yazmır din axı Belə yazmır din ağır Bədənlərdə məkr Ruhlarda çirkab, gözlərdə intizar tapdım Evini itirən başını vurmağa divar tapmır Hər gün xəbərlərdə hər cürə intihar tapılır Getdim sonsuzluğa, gördüm, görüb gəldim Ölüb dirildim, dirilib ölüb gəldim Sən çevrəndəki insanları görmürsən Mən cəhənnəmin çevrəsini dönüb gəldim Kimin əvvəlidir, kimin axırı Kimin əvvəli, kimin axırı Kimə axırı, kimə əvvəli Kimə əvvəli, kimə axırı Kimin əvvəlidir, kimin axırı Kimin əvvəli, kimin axırı Kimə axırı, kimə əvvəli Kimə əvvəli, kimə axırı
  • əyatı cənnət sayanlara ölüm cəhənnəmdi Ölüm fast-food, xərçəng ya da sətəlcəmdi Ölüm ulduz xəstəliyi və ya plastik əməliyyatdı Həyat '37, renesans ya da klassik ədəbiyyatdı Bura lövbəri salanlar üçün növbədi Mənim üçün kişi kimi söz vermək elə tövbədi Kimsə gedir şəxsiyyət olur, kim isə gəlir olur Dəli-dolu həyatınızın içində dəli dolu Karabin kimi qafiyələr ruha toxuna ya da vura cin kimi Zirzəmidən yol axtarıram qaranlıq otaqlara Nağılları kabus elədim qırmızı papaqlara Saman altından yeriyən həmin suyu kəs Ölüm intihar ola bilər ya da sui-qəsd Deyilərsə içmə, deyil bu badə rəva Geyinərsə nə badə, məbada, məba Mərhaba, ətrafa səs yayıldı Məclisdə xaç atası, sən, bir də Əzrayıldı Daimi əzablar içində vətən xaini Xarabada diz çöküb oxuyar sonuncu ayini Ciyərlərinə tüstü dolar Qadının kişidən yalnız əxlaqı üstün olar Okaberin mətni cinayət, sətri qandı Sarkazm, kinayə və ya qətliyamdı Mənə gələn hər fikir, təbimdən düzülər mətnlərə Qəlbimdən süzülər sətirlərə, gətir mənə! Ən odlu silahı gətir mənə! Cümlələr mərmidi, elə bil ətraf dərmə-deşik Sözlərimə qulaq as, Adəm almanı dərmə eşit! 6 nəfər 70-lərdən şahiddi hərivə 5-i Kəlmə eşir beyinləri, karabin zərbə deşir Laxladı qəlpələrim, rəqiblər nakautda Tanıyan bilir məni MadHouse'dan, RapOut'dan Vuraraq son akkordları ölümün gözünə baxın İnsan ölümə yaxın olanda ruhu önünə axır