Татарский переводчик Узбекские песни

Песня «M.İ.T»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Mən insanları tanıyıram qəribə tərzlərindən
Görünüşlərindən
Tanıyıram sağlam olanlarından
Xəstə və ölmüşlərindən
Mən insanları tanıyıram yalanlarından
Yaxud düzlərindən
Yaşıl, qara, qonur, ala, göy, mavi gözlərindən
Mən insanları tanıyıram müqavilələrdən
Müharibələrdən
Müdafiələrdən, mühakimələrdən
Mühafizələrdən, mübarizələrdən
Mən insanları tanıyıram
Uzun əlin əl atmaq vərdişi olsun gərək
Bilirsən, kişinin düşməni də
Elə özü kimi kişi olsun gərək!
Mən insanları tanıyıram
Bilinmir dünyanın sonudur, ya əvvəlidir
Çörək və qırıntı qara bazar
Qidamız "Mendeleyev" cədvəlidir
Mən insanları tanıyıram
Haqsız olurlar hərdən, tanıyıram
Ölən əsgərlərdən, yanan binalardan
Partlayan mədənlərdən
Mən insanları tanıyıram
Çoxları kimi qazanmır Okaber TAOW
TAOW MGT, Legion13 sektor11, WolvesBaku
Mən insanları tanıyıram
Sevgi nədir, özün təxmin et hərdən
Ayırır dəli kimi sevən
Zaurları xəyanətkar Təhminələrdən
Mən insanları tanıyıram
Çəkilib yollarımıza qan çəpəri
13-cü imam deyiləm, lakin səsimi eşidən arxamca gəlir
Mən insanları tanıyıram
Çoxunuz yaşamadan həyatdan vaxt alırsınız
Soyuq mərmərli parklarda isti münasibətlər axtarırsınız
Mən insanları tanıyıram
Görmüşəm hər bir tipin içini, çölünü
Mən görmüşəm xarabadan qeydləri
Qan çanağındakı qan gölünü
Mən insanları tanıyıram
"Düşmənin başını bir dəfəlik əz!" demişik!
Biz demişik!
"Bir kərə yüksələn bayraq bir daha enməz!" demişik!
Mən insanları tanıyıram
Bu ölkənin ən kəsici ülgücüyəm
Sənə nə var faşistəm, millətçi, bozqurd
Turançı ya da ülkücüyəm!?
Mən insanları tanıyıram
Cismini öldürmüşəm, bu dəfə ruhun gəlsin!
Bütün qitələri batırmağa gəlmişəm
Çünki məndədir Nuhun gəmisi!
Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim
Qələmim qana batıb mənim

Другие песни исполнителя:

  • Belə də, davam edirəm, davam edirsən, ey həyat Günlərimin yarısı bitkisəl, yarısı heyvanat Yenədə eyni dalanlar, nə olar eyni əs külək Yenədə eyni mənzil, eyni tüstülər, eyni öskürək Bədənim burdadı, ruhum başqa diyarlarda Bizə azadlıq verən yatır Fəxri Xiyabanda Ona görə axtarma azadlığı, ölüm gəlirsə Sən elə bil qəhər kimisiən boğaza düyünlənirsən Əridib məsafələri, varmaq istəmirsən Dərimin məsamələri, barmaq izlərimsəm Əllərini buraxmaqmı cinayətdi hələ görən?! Dünyanın nüfuzu bizdən ibarətdi mənə görə Saatın əqrəblərini zamandan ayırarsan Get... Dəli olanda qayıdarsan! Getmişdin, aparardın əzablarımı da Aparardın tütünlərimi, şərablarımı Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Məni də çağır gəlim Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Məni də çağır gəlim Gəlim, söylə yanına gəlim arzularla (Məni də çağır gəlim) Mən ağıllı deyiləm, mən ən dəli! Hörəcəm qəlb evinə daş hasarlar Sən sadəcə mənimsən Darasın külək saçlarını Ətir qoxar bu şəhər sənin kimi (Sənin kimi) Tək təsəllim olar bəlkə mənim (Məni də çağır gəlim) Söylə yanına gəlim arzularla Mən ağıllı deyiləm, mən ən dəli! Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Darasın külək saçlarını Ətir qorxar bu şəhər sənin kimi (Çağır gəlim) Tək təsəllim olar bəlkə mənim Məni də çağır gəlim Məni də çağır gəlim Gəlim
  • Bu drama qanla qumdu "Spaethe" sonuncu sonata, son məktubumdu Tərk edilmək, atılmış evlərdə qalmaq Sanki danmaq, sənsizlik od zəbundu Ən ağır mənzərədi Ölən müridlər partlayan mədrəsədi Zəkat, xüms oğurlanan sədəqədi Sənsizlik pərt olmaq və məsxərədi Ölmə deyən olmur, qapını döy gələndə Günəş Ay kimi görünür yerə göy gələndə Ağrı göynədəndə ürəyin istifadə tarixi bitir Sənsizlik yıxılmaqdı göydələndən Səbəbsiz təbəssümlə səni elə təsvir edim ki, ağlın çaşsın tərənnümdən Pozdum sən gedən gündən gəlişini Yazırdım, sən gələn gündən bu günə kimi idi axı sənsizlik İnsan olmaqdı günahda boğulmaq üçün Mələk olmaqdı sirləri gizlətmək üçün Şeytan olmaqdı cənnətdən qovulmaq üçün Şair olmaqdı dünyanı sənə bənzətmək üçün Doğrularla, yanlışlarla məni bağışlama Mən bağışlamadım özümü, sən də bağışlama Göz yaşın yağışlardı Göz yaşı tanışdı mənə ən yaxın tanışlardan Məni bağışlama Mən bağışlamadım özümü, sən də bağışlama Göz yaşın yağışlardı Göz yaşı tanışdı mənə ən yaxın tanışlardan
  • (R, O, C, R, Rap out Clan, O, C, Okaber, R, O, C) (Qarnizon) Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Kömək etməz sənə şeytana prototip ikonalar Və nə qədər cibdə pul olar və portatifdə pornolar Kamuflyaj ekipirovkada, bu tipdə formalar Kömək etməz ideyalogiya, prinsip və normalar Yorulmadan yazıram, qanadım yox uçmağa Nifrətim yetəri qədərdi bu mövzunu açmağa Çoxdu "Rusiyət"ə qaçmağa, paqona dolan millətim qədər Bilirsən, çoxdur mənim paqona olan nifrətim qədər Nə qədər çağırdılar, mən səs vermədim səsinə Özünə inanmır, lazım day-day, qohum, beləsinə Soxum beləsinə, sözlərimi bəlkə başa düşsün Yıxılsın, dursun, ilişsin, bəlkə boşa düşsün Bizimki şərəfimiz, dırnaqarası yolumuz var Zəifləri vurmağa qüvvətimiz, qolumuz var Ramil Səfərov üçün verilişlərdə pul dilənirdik Halbuki Macarıstanı alacaq qədər pulumuz var Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu İntizam taborunda yarım sutka haupt vaxtda Fərqi yox ki, torpaqda fərqi yox tabut taxta Çürüdüm, sübut laxta qanı tutaraq kobud saxta an Ümidimi vurdu şaxta, yan keçmədi O təkcə qan içmədi Burdan insan keçmədi, buralar qarnizondu Nə qədər istəyirsən qışqır, sonsuz diapazondu Onsuz da itirmisən, ağlama ötən üçün Nə gözəldir ölmək bizə sevgili vətən üçün Bu mənim kəşfiyyatım, məni insanlar qınayır Körpələr Həzi Aslanovu stansiya kimi tanıyır Qurun konslagerlər, qaytarın repressiyanı Göndərin nə qədər, öldürün, söndürün aqressiyanı Nə qədər gec deyil, yazılarımı tapın, yandırın Qarnizondan şəhərə dolan qurdlarımı qırdırın Bizi tanıyan tanıyır, müharibə davam edir Davam edir müharibə! Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu (Ələ keçirmə yarımqrupundayam) (Şok atəşindən sonra ölüm bölgəsinə girərək) (Əsir, sənət, silah nümunələri götürüb geri çəkilirəm)