Татарский переводчик Узбекские песни

Песня «Liman»
исполнителя Roya.
Скачать или слушать онлайн

Текст песни:

Su altında tamaşa
Dalğa qayaları çağırıb yarışa
Mənim dənizlə yoxdur sərhədim birbaşa
Ürəyim yaşa, dönmə daşa
Gözəl üzən bədənlə yuxusuz düzü
Sözlər gözümü aldadır, şərabı süzür
Gecə bizi püskürdür, səhər bizi küsdürür
Günahlarım yuyulur, günahlarım quruyur
Yenə də mən, yenə də sən
Yenə də kölgəm
Yenə də xərc, yenə də ac
Çatdırmır öfkəm
Bu dünya bizə veribdir məkan
Hətta heykəlləri də olmur görmək
Gecə kaş bitməzdi, damarım sıxılmazdı
Bu qanlı gövdə, kədərim qalmazdı
Yolun azmazdı, yolumuz duman
Bitməyən zaman, geri qaytarmayan liman
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri qaytarmayan liman bizi gözləməyir niyə?
(Niyə, niyə, niyə, niyə)
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri qaytarmayan qanad bizi yönəldir görə
(Göyə, göyə, söylə, söylə)

(Lay-lay, fələk, lay-lay, mələk)

(Lay-lay, fələk, lay-lay, mələk)
(Sərt olmayaq gərək)

Bu gecə sadəcə bitməz adicə
Tədricən rüzgar əsdi, yağış işgəncə
Gözlükdən mənə baxır qarğış fəlsəfəsi
Buludlar qəhvəsi, qeyb təcrübəsi
Pəncərə nəğməsi, uçuş səhnəsi
Axırıncı nəfəs, efirdə yalnız duman
Məni kor eyləyən simasız zaman
İtir iman, o asiman
Mən ya köçkünəm, ya da qonaq
Bu ya ölümdür, ya da ki, sınaq
Bu ya haramdır, ya da ki, qədər
Bu ya savabdır, ya da ki, kədər
Gecə kaş bitməzdi, damarım sıxılmazdı
Bu qanlı gövdə, kədərim qalmazdı
Yolun azmazdı, yolumuz duman
Bitməyən zaman, geri qaytarmayan liman
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri qaytarmayan liman bizi gözləməyir niyə?
(Niyə, niyə, niyə, niyə)
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri qaytarmayan qanad bizi yönəldir görə
(Göyə, göyə, söylə, söylə)
(Lay-lay, fələk, lay-lay, mələk)
(Talelər bölgəsi)
(Təyyarə kölgəsi)
(Lay-lay, fələk, lay-lay, mələk)
(Sərt olmayaq gərək)

Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Gözü götürməyən zaman əriyir gündən-günə
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri görünməyən üsyan dəyir yerə, kölgəyə
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Gözü götürməyən zaman əriyir gündən-günə
Yolumun güzgüsü, siqaret tüstüsü
Talelər bölgəsi, təyyarə kölgəsi
Geri görünməyən üsyan dəyir yerə, kölgəyə

(Yolumun güzgüsü)

Другие песни исполнителя:

  • Bir gün məhəbbət haqqında danışdım sənə, Sən məni başa düşmədin,duymadın yenə, Dedin yox... Mən dedim günəş sarıdır,sən dedin qara, Mən dedim qışda gəzərkən iz düşür qara, Dedin yox... Dedim mən səni tək qalmağa qoymayacağam. Səni tərk edib başqasıyla olmayacağam. Dedin yox Dedin yox Dedin yox... Dedin yox Dedin yox Dedin yox... Mən dedim fəsil dəyişir keçəndə aylar, Dedim bir il içində on iki ay var, Dedin yox... Mən dedim yumsan gözünü düşər qaranlıq, Yum gözünü məni düşün,düşün bir anlıq, Dedin yox... Niyə bəs açıq söyləmədin istəyini sən. Sevsəm də səni indi məcburam gedəcəyəm. Dedin yox Dedin yox Dedin yox... Dedin yox Dedin yox Dedin yox... Mən dedim bu davranışdır könlümü üzən. Gəlmişəm daha qərara getməliyəm mən. Dedin yox... Mən dedim quşlar uçarkən qanad açarlar. Mən dedim ulduzlar göydə işıq saçırlar. Dedin yox... Dedim mən səni tək qalmağa qoymayacağam. Səni tərk edib başqasıyla olmayacağam. Dedin yox Dedin yox Dedin yox... Dedin yox Dedin yox Dedin yox... Bilirəm səni sevəcəklər məndən sonra. Amma bilirsən,sıradan biriləri kimi sevəcəklər. Görüşmək,şam yeməyi,bir dəstə gül və.s Amma mənim kimi paltarını necə geyinməyini, Ayaqqabılarını təmizləməyini, şalvarının ütülənməyinə həssas yanaşmağını Eyvanda oturub siqaret çəkə-çəkə gözlərinin Yol çəkməyini,səni yalandan qısqanmıram deməyini, Saçlarını daramağını,qalstkunu boynuna sıxmağını, Hətta əsəbləşib qapını çırpıb Getməyinə kimi mənim tək səni sevən olmayacaq. Bax buna əminəm. Odur ki çox rahatam. Deyirəm yox!