Татарский переводчик Узбекские песни

Песня «Sevdim»
исполнителя Roya.
Скачать или слушать онлайн

Текст песни:

Mən səni ən saf və ən təmiz ən pak və ən ülvi hisslərlə sevdim
Mən səni isti davranışdan, adi bir baxışdan, gözlərlə sevdim
Mən səni dünyalar qədər hər kəsdən fərqli sevdikcə sevdim
Mən səni çox incə incə çox illər öncə gizlincə sevdim

Necə sevdimsə mən sevgilim
Qarışıb ağlım, quruyub dilim
Səninlə bir ömrü paylaşıb
Bəxtəvərəm ömrüm

Elə sevdimki mən sevgilim
Sənə tərəf uzanıb açılıb əlim
Mən istərəm sonsuz sevgimi
Tək səninlə bölüm

Mən səni yağışlar payızı, dalğalar dənizi sevən tək sevdim
Mən səni məhz olduğun kimi, olduqca mehriban həm kövrək sevdim
Mən səni dünya yaranandan, aya həsrət qalan gün kimi sevdim
Mən səni əlbət ki sevgidən, dağları bürümüş çən kimi sevdim

Другие песни исполнителя:

  • Gözəl nurdan yaranmısan sən, Gül açarsan nazlı-nazlı. Qanad açıb üzü qismətə, Yol açarsan nazlı-nazlı. Sevincdən axsın göz yaşın, Qəmin olsun dağın,daşın. Pərilərdirmi yoldaşın, Sən tək olmaz pəri,Nazlı. Nazdan yoğrulub bu qız Nazlı. Mələklərdən birisən,Nazlı. Bəxtini Tanrım yazıb,Nazlı. Qəlbimizdə yerin var,Nazlı.
  • [Bənd 1] Özümdən çox sevdiyim Niyə dönük çıxdın sən? De, hansı gözlər ilə Başqa gözə baxdın sən? Özümdən çox sevdiyim Niyə dönük çıxdın sən? De, hansı gözlər ilə Başqa gözə baxdın sən? Həyatımı, ömrümü Arzumu puç eylədin Ürəyindən nə keçdi? Niyə hiylə geyindin? [Nəqərat] Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi Ötən günlərimi? Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi Sənli günlərimi? [Bənd 2] Təmiz, ülvi eşqimi Ucuz tutdun nə qədər Uddu səni hiylələr Yedi məni şübhələr Amma üzə vurmadım Dedim, bəlkə ayıldın Bilmədin ki, günbəgün Mən içimdə oyuldum [Nəqərat] Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi? Ötən günlərimi Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi? Sənli günlərimi Bilərsənmi, bilərsənmi? Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi? Ötən günlərimi Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi? Sənli günlərimi Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi? Ötən günlərimi Bilərsənmi De, qaytara bilərsənmi? Sənli günlərimi
  • Görmədi, duymadı, dinmədi bilə-bilə Göz yumub hisslərimə Niyə yağmadı Niyə qalmadı Niyə sevgim dolmadı qəlbinə Günlərə, aylara, illərə dönə-dönə, gözlədim Amma niyə Yenə yağmadı Yenə dolmadı Söylə, nədən De, niyə Ona çatmaq üçün özümü unudub gedirəm Çatıram yanına, sevirəm deyirəm Amma nə söyləsəm məni dinləmədi Mənim istədiyim məni istəmədi Hisslərimə, bu sözlərimə susacaq nə qədər Görmədi, duymadı, dinmədi bilə-bilə Göz yumub hisslərimə Niyə yağmadı Niyə qalmadı Niyə sevgim dolmadı qəlbinə Günlərə, aylara, illərə dönə-dönə, gözlədim Amma niyə Yenə yağmadı Yenə dolmadı Söylə, nədən De, niyə Ona çatmaq üçün özümü unudub gedirəm Çatıram yanına, sevirəm deyirəm Amma nə söyləsəm məni dinləmədi Mənim istədiyim məni istəmədi Hisslərimə, bu sözlərimə susacaq nə qədər Görmədi, duymadı, dinmədi bilə-bilə Göz yumub hisslərimə Niyə yağmadı Niyə qalmadı Niyə sevgim dolmadı qəlbinə Günlərə, aylara, illərə dönə-dönə, gözlədim Amma niyə Yenə yağmadı Yenə dolmadı Söylə, nədən De, niyə Görmədi, duymadı, dinmədi Günlərə, aylara, illərə Görmədi, duymadı, dinmədi bilə-bilə Göz yumub hisslərimə Niyə yağmadı Niyə qalmadı Niyə sevgim dolmadı qəlbinə Günlərə, aylara, illərə dönə-dönə, gözlədim Amma niyə Yenə yağmadı Yenə dolmadı Söylə, nədən De, niyə
  • Gün yaman, gecə dərman Sən uzaq, sonsuz ümman Yaxın dur ürəyimə Ürəyim yanğın orman Səni səndən çox sevdim Dərbədər sevgim mənim Gəl yandır atəşimi Biraz kül, biraz duman Unutdur mənə məni Olmasın bizi duyan Dəlilər kimiyəm mən Dərbədər oldum bir an