Татарский переводчик Узбекские песни

Песня «Əvəzolunmaz» исполнителя Abbas Bağırov. Скачать или слушать онлайн

Текст песни:

Sözlər yetməz ki anlatsam bu sevgini
Gözlər görməz ki heç vaxt başqa birini
Mənim həyatım dəyişdi sən gələndən
Yaşamırdım mən sanki daha öncədən
Sənə olan o hisslərimdən söz açsam
Eşqdən yazılanlar duyğularıma susar

Mənim dünyamın gözəlliyi, bil, sənsən
Baxışlarınla ruhumu bəzəyirsən
Sən olmasaydın, nə edərdim? Bilmirəm
Kaş tanıyaydım səni daha öncədən
Əvəzolunmaz, qəlbimin tək sahibi
Şükürlər olsun, yanımdasan, sevgilim
Bunca zamanı yaşamışam boş yerə
Yaxşı ki gəldin, gəldin ömrümə

Sözlər yetməz ki anlatsam bu sevgini
Gözlər görməz ki heç vaxt başqa birini
Mənim həyatım dəyişdi sən gələndən
Yaşamırdım mən sanki daha öncədən
Sənə olan o hisslərimdən söz açsam
Eşqdən yazılanlar duyğularıma susar

Mənim dünyamın gözəlliyi, bil, sənsən
Baxışlarınla ruhumu bəzəyirsən
Sən olmasaydın, nə edərdim? Bilmirəm
Kaş tanıyaydım səni daha öncədən
Əvəzolunmaz, qəlbimin tək sahibi
Şükürlər olsun, yanımdasan, sevgilim
Bunca zamanı yaşamışam boş yerə
Yaxşı ki gəldin, gəldin ömrümə

Mənim dünyamın gözəlliyi, bil, sənsən
Baxışlarınla ruhumu bəzəyirsən
Sən olmasaydın, nə edərdim? Bilmirəm
Kaş tanıyaydım səni daha öncədən

Əvəzolunmaz, qəlbimin tək sahibi
Şükürlər olsun, yanımdasan, sevgilim
Bunca zamanı yaşamışam boş yerə
Yaxşı ki gəldin, gəldin ömrümə

Yaxşı ki gəldin, gəldin ömrümə mənim
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Sən ümid çırağı olmuşdun mənə Ayrıldıq, bu gündən söndü çırağım Qayıtmaq eşqinə düşmüsən yenə Daha xəzan olub məhəbbət bağı İtib aramızda, inam, etibar Qayıdıb gəlməyin nə mənası var? Özün də çox gözəl bilirsən bunu Yalançı aşiqin bərk cəzası var Qəfil gedişinlə yazı qış etdin Yağdırdın başıma yağış, qar, dolu Nə fəryad, nə haray, nə ah eşitdin Bağladı qarşımı həsrətin yolu Qəfil gedişinlə yazı qış etdin Yağdırdın başıma yağış, qar, dolu Nə fəryad, nə haray, nə ah eşitdin Bağladı qarşımı həsrətin yolu Qul oldum eşqinə, budurmu qismət? Budurmu gözündə yaş olan istək? Sənə yar deməyə dilim dönməyir Qayıtma, get, düşün, öz cəzanı çək Həsrətin çəkməyə alışdı gözüm Nə səndə insaf var, nə məndə dözüm Artıq qayıtsan da gecdir, əzizim Qəlbimin yarasın bağlaram özüm Qəfil gedişinlə yazı qış etdin Yağdırdın başıma yağış, qar, dolu Nə fəryad, nə haray, nə ah eşitdin Bağladı qarşımı həsrətin yolu Qəfil gedişinlə yazı qış etdin Yağdırdın başıma yağış, qar, dolu Nə fəryad, nə haray, nə ah eşitdin Bağladı qarşımı həsrətin yolu Nə fəryad, nə haray, nə ah eşitdin Bağladı qarşımı həsrətin yolu
  • Heç yadımdan çıxmadı Səni gördüyüm o gün Həyatıma yazıldı Səninlə olan bir gün Heç yadımdan çıxmadı Səni gördüyüm o gün Həyatıma yazıldı Səninlə olan bir gün Xəyal olursan gecə Gördüyüm yuxularda Gizli sevgim olursan Söylə... Mən səni tapım harda? Mən səni tapım harda? Söylə, söylə... Ah... Mənə yad olan tanış Gözümü yolda qoydun Mənə yad olan tanış Məni həsrətə atdın Məni dəyişib getdin Məni dəyişib getdin Mənə yad olan tanış Mənə yad olan tanış Gözümü yolda qoydun Mənə yad olan tanış Məni həsrətə atdın Məni dəyişib getdin Məni dəyişib getdin Mənə yad olan tanış Amma bilirsən bu şəhəri gəzəndə Hər zaman gözüm səni axtarır Adını eşidəndə ürəyim qidalanır Bu şəhəri gəzəndə Gözüm səni axtarır Adını eşidəndə Ürəyim qidalanır Xəyal olursan gecə Gördüyüm yuxularda Gizli sevgim olursan Söylə... Mən səni tapım harda? Mən səni tapım harda? Söylə, söylə... Söylə... Mənə yad olan tanış Gözümü yolda qoydun Mənə yad olan tanış Məni həsrətə atdın Məni dəyişib getdin Məni dəyişib getdin Mənə yad olan tanış Mənə yad olan tanış Gözümü yolda qoydun Mənə yad olan tanış Məni həsrətə atdın Məni dəyişib getdin Məni dəyişib getdin Mənə yad olan tanış Ay, mənə yad olan tanış Gözümü yolda qoydun Mənə yad olan tanış Məni həsrətə atdın Məni dəyişib getdin Məni dəyişib getdin Mənə yad olan tanış
  • Qapıda son dəfə ilk dəfə kimi Boynunu bükərək durmusan yazıq Məndən uzaqlaşdın cavanlıq kimi Ömrümə qayıtmaz olmusan artıq Əllərin əlimi bir daha sıxmaz İsti nəfəsini son dəfə duydum Gözlərin gözümə baxaraq dolmaz Soyuq baxışını görərək susdum Soyuq baxışını görərək susdum Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Aparırdı sirrini rəhmsiz zaman Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Aparırdı sirrini rəhmsiz zaman Xəyalın qəlbimi hər an yaracaq Beləcə qapıda düşərsən yada Dünyaya sığılmaz kədərə qalacaq Nə asan dəyişdin doğmanı yada Ömrümün ən gözəl çağını aldın Demədin nə üçün məni atırsan Min dəfə "bağışla" deyərək qaldın Atılmış qalmaqdan yoxsa qorxursan? Atılmış qalmaqdan yoxsa qorxursan? Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Apardı sirrini rəhmsiz zaman Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Apardı sirrini rəhmsiz zaman Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Apardı sirrini rəhmsiz zaman Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Apardı sirrini rəhmsiz zaman

Похожие исполнители