Татарский переводчик Узбекские песни

Песня «Qəfil Gediş» исполнителя Abbas Bağırov. Скачать или слушать онлайн

Текст песни:

Sən ümid çırağı olmuşdun mənə
Ayrıldıq, bu gündən söndü çırağım
Qayıtmaq eşqinə düşmüsən yenə
Daha xəzan olub məhəbbət bağı
İtib aramızda, inam, etibar
Qayıdıb gəlməyin nə mənası var?
Özün də çox gözəl bilirsən bunu
Yalançı aşiqin bərk cəzası var
Qəfil gedişinlə yazı qış etdin
Yağdırdın başıma yağış, qar, dolu
Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu
Qəfil gedişinlə yazı qış etdin
Yağdırdın başıma yağış, qar, dolu
Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu

Qul oldum eşqinə, budurmu qismət?
Budurmu gözündə yaş olan istək?
Sənə yar deməyə dilim dönməyir
Qayıtma, get, düşün, öz cəzanı çək
Həsrətin çəkməyə alışdı gözüm
Nə səndə insaf var, nə məndə dözüm
Artıq qayıtsan da gecdir, əzizim
Qəlbimin yarasın bağlaram özüm
Qəfil gedişinlə yazı qış etdin
Yağdırdın başıma yağış, qar, dolu
Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu
Qəfil gedişinlə yazı qış etdin
Yağdırdın başıma yağış, qar, dolu
Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu

Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Belə qaşqabağın yerlə gedir De, görüm, neyləmişəm? Ürəyim gup-gup edir De, görüm, neyləmişəm? Bir günahım yoxdur, inan Varsa, de, olum qurban Dözmürəm bu hala mən Ölürəm az qala mən Bir mənə bax, naz eyləmə Bir mənə bax, naz eyləmə Naz eyləmə, naz eyləmə Gəl mənə bax, naz eyləmə Bir mənə bax, naz eyləmə Qaşqabaq tökmə belə De, görüm, neyləmişəm? Gəl mənə dağ çəkmə belə De, görüm, neyləmişəm? Qaşqabaq tökmə belə De, görüm, neyləmişəm? Gəl mənə dağ çəkmə belə De, görüm, neyləmişəm? Kim nə deyir, nə söyləyir Səni yoldan eyləyir? Kim sənə nə danışıb Məni xortdan eyləyir? Haradadır o mərdimazar? Onu qoy tutsun azar Kefimə, sən bu canı Doğrama, gəl, soğanı Bir mənə bax, naz eyləmə Bir mənə bax, naz eyləmə Naz eyləmə, naz eyləmə Bir mənə bax, naz eyləmə Bir mənə bax, naz eyləmə Naz eyləmə, naz eyləmə Qaşqabaq tökmə belə De, görüm, neyləmişəm? Gəl mənə dağ çəkmə bеlə De, görüm, neyləmişəm? Qaşqabaq tökmə belə Dе, görüm, neyləmişəm? Gəl mənə dağ çəkmə belə Bir mənə bax, naz eyləmə Gəl, mənə bax, naz eyləmə Qaşqabaq tökmə belə De, görüm, neyləmişəm? Gəl mənə dağ çəkmə belə De, görüm, neyləmişəm? Qaşqabaq tökmə belə De, görüm, neyləmişəm? Gəl mənə dağ çəkmə belə Neyləmişəm? Qaş-qabaq tökmə belə Gəl mənə dağ çəkmə belə Qaşqabaq tökmə belə De, görüm, neyləmişəm? Gəl mənə dağ çəkmə belə De, görüm, neyləmisən? Neyləmişəm? Sən de, görüm, neyləmişəm?
  • Mən həyatımda bu qədər sevmədim Aylırıq sözü ağlımdan keçmədi Demə aldanmışam, eşqə kor baxmışam Dünyanın hər üzü yalanmış Boş xəyal qurmuşam, nağıllar qurmuşam Qismətdə ayrılıq varmış Geri dön, mənə bir gün Yanıma nə olar dön Gör sənsiz necə oluram Zamanı geri qaytar Özümü mənə qaytar Geri dön, dəli oluram Mən həyatımda bu qədər sevmədim Aylırıq sözü ağlımdan keçmədi Demə aldanmışam, eşqə kor baxmışam Dünyanın hər üzü yalanmış Boş xəyal qurmuşam, nağıllar qurmuşam Qismətdə ayrılıq varmış Geri dön, mənə bir gün Yanıma nə olar dön Gör sənsiz necə oluram Zamanı geri qaytar Özümü mənə qaytar Geri dön, dəli oluram Geri dön, mənə bir gün Yanıma nə olar dön Gör sənsiz necə oluram Zamanı geri qaytar Özümü mənə qaytar Geri dön, dəli oluram Geri dön, mənə bir gün Yanıma nə olar dön Gör sənsiz necə oluram Zamanı geri qaytar Özümü mənə qaytar Geri dön, dəli oluram
  • [Keçid] Gülərüzlüm, şirinsözlüm Alagözlüm, dön, bəri bax İnsaf elə, bundan belə Daha məndən düşmə uzaq Gülərüzlüm, şirinsözlüm Alagözlüm, dön, bəri bax İnsaf elə, bundan belə Daha məndən düşmə uzaq [Nəqərat] Qəlbimin parasısan, dərdimin çarasısan Gözümün qarasısan, gəl Arzumsan, diləyimsən, həmişə gərəyimsən<wbr>Döyünən ürəyimsən, gəl Qəlbimin parasısan, dərdimin çarasısan Gözümün qarasısan, gəl Arzumsan, diləyimsən, həmişə gərəyimsən Döyünən ürəyimsən, gəl

Похожие исполнители