Татарский переводчик Узбекские песни

Песня «Zəhər»
исполнителя Faiq Ağayev.
Скачать или слушать онлайн

Текст песни:

Gecələr gözümə yuxu gəlmir
Sənin xəyalını mən izləyirəm
Ürək sənsizliyə tab gətirmir
Tanrıdan sevgini mən diləyirəm...
Gecələr gözümə yuxu gəlmir
Sənin xəyalını mən izləyirəm
Ürək sənsizliyə tab gətirmir
Tanrıdan sevgini mən diləyirəm...
Məhəbbət həyatı edərmi hədər?
De, nə üçün mənə işgəncə verirsən
Gülüm, bu qədər?
Yatağımda səni əvəz edər
Kədərə son qoyacaq
Bir damcı zəhər...
Məhəbbət həyatı edərmi hədər?
Bəs nə üçün mənə işgəncə verirsən
Gülüm, bu qədər?
Yatağımda səni əvəz edər
Kədərə son qoyacaq
Bir damcı zəhər...
Gecələr gözümə yuxu gəlmir
Sənin xəyalını mən izləyirəm
Ürək sənsizliyə tab gətirmir
Tanrıdan sevgini mən diləyirəm...
Məhəbbət həyatı edərmi hədər?
Nə üçün mənə işgəncə verirsən
Gülüm, bu qədər?
Yatağımda səni əvəz edər
Kədərə son qoyacaq
Bir damcı zəhər...
Məhəbbət həyatı edərmi hədər?
Bəs nə üçün mənə işgəncə verirsən
Gülüm, bu qədər?
Yatağımda səni əvəz edər
Kədərə son qoyacaq
Zəhər...
Məhəbbət həyatı edərmi hədər?
Bəs nə üçün mənə işgəncə verirsən
Gülüm, bu qədər?
Yatağımda səni əvəz edər
Kədərə son qoyacaq
Bir damcı zəhər...

Другие песни исполнителя:

  • Qaragözlüm, həmdəmini gəl, dinlə Həyat – gözəl, sevilməli zamandır Könül qərar tutar yalnız səninlə Dünya sənə, nə də mənə qalandır Sənsiz bu can evi viran-talandır Tənhalığım görənlərə dərd olub Əhd edənlər peymanında mərd olub Desələr - Yar başqasına bənd olub İnanmaram, deyərəm ki, yalandır Sənsiz bu can evi viran-talandır Gəl, səninlə bu elləri bir gəzək Çəmənlərdən təzə çiçək-gül üzək Bir gəzək Çəmənlərdən təzə çiçək-gül üzək Bir-birinin saçlarına gül düzək Dünya sənə, nə də mənə qalandır Sənsiz bu can evi viran-talandır
  • Bu millət cəsurların hünərindən ruhlanır Qalibiyyət qazanıb zirvələrə yollanır Qarabağ zəfəriylə şanlı bir tarix yazır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Sən qalibsən, bütün dünya Qələbəndən danışır! Odlar Yurdum, Ana Vətən Zəfər sənə yaraşır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Yurdumuz öz xilaskar Oğluna arxalandı Bayrağımız hər qarış torpaqda dalğalandı Bu xalqın qəlbi, ruhu, canı Azərbarcandır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Sən qalibsən, bütün dünya Qələbəndən danışır! Odlar Yurdum, Ana Vətən Zəfər sənə yaraşır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Şəhidlərin ruhunun şad olan məqamıdır Hər damla qanı belə torpağa salamıdır Yurdumuz qəhrəmanlar, igidlər məkanıdır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Sən qalibsən, bütün dünya Qələbəndən danışır! Odlar Yurdum, Ana Vətən Zəfər sənə yaraşır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan! Var olsun mərd millətim! Yaşasın Azərbaycan!
  • Niyə sənə aşiq oldum? Sən xəyalsan, yoxsa gerçək? Eşq odunda yanan mənəm Dərdin məni öldürəcək... Niyə sənə aşiq oldum? Sən xəyalsan, yoxsa gerçək? Eşq odunda yanan mənəm Dərdin məni öldürəcək... Sərxoş oldum, bihuş oldum Öz-özümdən gizlənirəm Sərxoş oldum, bihuş oldum Ayılmaq da istəmirəm Sərxoş olsum, bihuş oldum Öz-özümdən gizlənirəm Sərxoş oldum, bihuş oldum Ayılmaq da istəmirəm İçdim yenə sağlığına Içdim eşqin varlığına İçdim tənhalığıma... İçirəm mən dönə-dönə Içirəm, unudum yenə İçirəm... Şərəfinə! Sərxoş oldum, bihuş oldum Öz-özümdən gizlənirəm Sərxoş oldum, bihuş oldum Ayılmaq da istəmirəm Sərxoş oldum, bihuş oldum Öz-özümdən gizlənirəm Sərxoş oldum, bihuş oldum Ayılmaq da istəmirəm Ürəyimdən keçən sənsən Unutmağa çarə gəzdim Nə çəkirəm – mən bilirəm Dözmək olmur, inan bezdim! Ürəyimdən keçən sənsən Unutmağa çarə gəzdim Nə çəkirəm – mən bilirəm Dözmək olmur, inan bezdim! Sərxoş oldum, bihuş oldum Öz-özümdən gizlənirəm Sərxoş oldum, bihuş oldum Ayılmaq da istəmirəm Sərxoş oldum, bihuş oldum Öz-özümdən gizlənirəm Sərxoş oldum, bihuş oldum Ayılmaq da istəmirəm İçdim yenə sağlığına Içdim eşqin varlığına İçdim tənhalığıma... İçirəm mən dönə-dönə Içirəm, unudum yenə İçirəm... Şərəfinə! Sərxoş oldum, bihuş oldum Öz-özümdən gizlənirəm Sərxoş oldum, bihuş oldum Ayılmaq da istəmirəm Sərxoş oldum, bihuş oldum Öz-özümdən gizlənirəm Sərxoş oldum, bihuş oldum Ayılmaq da istəmirəm Sərxoş oldum, bihuş oldum Öz-özümdən gizlənirəm Sərxoş oldum, bihuş oldum Ayılmaq da istəmirəm Sərxoş oldum, bihuş oldum Öz-özümdən gizlənirəm Sərxoş oldum, bihuş oldum Ayılmaq da istəmirəm
  • Titrəyir sənin səsin İstəyir nəsə desin Tellərin səpilib üstümə yağış kimi... Təki səhər gəlməsin Titrəyir sənin səsin İstəyir nəsə desin Tellərin səpilib üstümə yağış kimi... Təki səhər gəlməsin Nəfəsimi hiss et Mənim hisslərimi hiss et Hiss et ürəyimin gizli səsini Bu gecəni hiss et Qəlbimdən keçəni hiss et Hiss et duyğuların incə rəqsini... Gecə həyəcanlıdır Gözlərim dumanlıdır... Dodağımda sənin dodağının kölgəsi Dilimdə sənin adın Gecə həyəcanlıdır Gözlərim dumanlıdır... Dodağımda sənin dodağının kölgəsi Dilimdə sənin adın Nəfəsimi hiss et Mənim hisslərimi hiss et Hiss et ürəyimin gizli səsini Bu gecəni hiss et Qəlbimdən keçəni hiss et Hiss et duyğuların incə rəqsini... (Nəfəsimi hiss et) (Nəfəsimi hiss et) Nəfəsimi hiss et Mənim hisslərimi hiss et Hiss et ürəyimin gizli səsini Bu gecəni hiss et Qəlbimdən keçəni hiss et Hiss et duyğuların incə rəqsini... Nəfəsimi hiss et Mənim hisslərimi hiss et Hiss et ürəyimin gizli səsini Bu gecəni hiss et Qəlbimdən keçəni hiss et Hiss et duyğuların incə rəqsini... Hiss et!
  • Əzəl gündən bu dünyada Sevinc, kədər qoşa olar Zaman atlı, biz - piyada Çətin çatıb, ötən olar Dünyanın gül bağçasında Köksü al-qan laləsi var Bahar ömrün xəzanında Ərşə qalxan naləsi var! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqi danan, yalan dünya! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqi danan dünya! Dinib bəmdə, gah da zildə Quzutək mələdən sənsən Sultan olsaq əgər göydə Hökmünlə endirən sənsən Kimə cənnət, kimə dövran Kimiuə qəfəssən dünya Huri mələyi, dişi aslan Çarşablı iblissən, dünya! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqi danan, yalan dünya! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqıi danan dünya! Ey, dünyadan beş əlli yapışan nadan Bu şah qamətini zaman əyəcək Dünya sənə də qalmaz Eləmə güman, büdrəyib yıxılsan Hamı güləcək, hamı güləcək! Görən kimlər keçdi səndən Canlar yola salan dünya? Fanidən də sən fanisən Həqqi danan, yalan dünya! Görən kimlər keçdi səndən Canlar yola salan dünya! Fanidən də sən fanisən Həqqi danan dünya!