Татарский переводчик Узбекские песни

Песня «Pəncərə» исполнителя Faiq Ağayev. Скачать или слушать онлайн

Текст песни:

Ay məni məndən
Alıb, gedən
Dərdləri dərdə
Salıb, gedən
Ləzzəti - çörəyimdə
Ağrısı - kürəyimdə
Həsrəti ürəyimdə
Qalıb, gedən
Ləzzəti - çörəyimdə
Ağrısı - kürəyimdə
Həsrəti ürəyimdə
Qalıb, gedən
Gecə çatdı səhərə
Lay-lay dedim şəhərə
Açılmadı bir kərə
Pəncərə, pəncərə
Pəncərə, pəncərə
Pəncərə, pəncərə
Bir daha gəldim
O yerlərə
Tanış küçə
Tanış pəncərə
Bir ömür yaşayardıq
Bir günlük qovuşardıq
Bir anlıq qayıdardıq
O illərə
Bir ömür yaşayardıq
Bir günlük qovuşardıq
Bir anlıq qayıdardıq
O illərə
Gecə çatdı səhərə
Lay-lay dedim şəhərə
Açılmadı bir kərə
Pəncərə, pəncərə
Pəncərə, pəncərə
Pəncərə
Gecə çatdı səhərə
Lay-lay dedim
Şəhərə
Açılmadı bir kərə
Pəncərə, pəncərə
Pəncərə, pəncərə
Pəncərə, pəncərə
Pəncərə, pəncərə
Pəncərə, pəncərə
Pəncərə, pəncərə
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Aldandımsa sənə, məni avam bilmə İnandımsa, bil ki, inanmaram yenə Acizliyimə kənardan baxıb gülmə Get, dönmə geri! Necə sevmişəm, öylə də unudaram Xəyanətin içimdəki könül yaram Qorxuram, səni yenə də bağışlaram Odur ki, get Dönmə geri, dönmə geri! Ümidli anlarımın qənimi Saflığına inandırma məni Get, dönmə geri, dönmə geri! Apar özünlə qəmi, kədəri Unut məni, unut o günləri Sevgi dolu bir dünyamı alt-üst etdin Ümid verib, sonra geri alıb itdin Olmağın olmamağından daha çətin Get, dönmə geri! Necə sevmişəm, öylə də unudaram Xəyanətin içimdəki könül yaram Qorxuram, səni yenə də bağışlaram! Odur ki, get Dönmə geri, dönmə geri! Ümidli anlarımın qənimi Saflığına inandırma məni Get, dönmə geri, dönmə geri! Apar özünlə qəmi, kədəri Unut məni, unut o günləri Odur ki, get Dönmə geri, dönmə geri! Ümidli anlarımın qənimi Saflığına inandırma məni Get, dönmə geri, dönmə geri! Apar özünlə qəmi, kədəri Unut məni, unut o günləri Get… Dönmə geri, dönmə geri Get!
  • Yenə vuruldum Divanə oldum Atılıb oda Yanıb qovruldum Sevirəm, sevirəm, sevirəm Yenə mən Tövbələr yalan Sövdələr talan Nakam qəlbimi Yar edib viran Sevirəm, sevirəm, sevirəm Yenə mən Nə ağa, nə qulam Sevgimə məhkumam Aşiqi olmuşam Aşiqəm yenə, mən yenə Bağlayıb ümidi sabaha Sevirəm bir daha Gümanım, pənahım Allaha Sevirəm bir daha Bağlayıb ümidi sabaha Sevirəm bir daha Gümanım, pənahım Allaha Ya Allah, bir daha Sevgi bir həyat Aşiqə büsat Sevdaya düşdüm Əlini uzat Sevirəm, sevirəm, sevirəm Yenə mən Tövbələr yalan Sövdələr talan Nakam qəlbimi Etmisən viran Sevirəm, sevirəm ah Yenə mən Nə ağa, nə qulam Sevgimə məhkumam Əsiri (dustağı) olmuşam Aşiqəm yenə, aşiqəm Bağlayıb ümidi sabaha Sevirəm bir daha Gümanım, pənahım Allaha Sevirəm bir daha Bağlayıb ümidi sabaha Sevirəm bir daha Gümanım, pənahım Allaha Sevirəm bir daha Bağlayıb ümidi sabaha Sevirəm bir daha Gümanım, pənahım Allaha Ya Allah, bir daha Bağlayıb ümidi sabaha Sevirəm bir daha Gümanım, pənahım Allaha Ya Allah, bir daha Bağlayıb ümidi sabaha Sevirəm bir daha Gümanım, pənahım Allaha Sevirəm bir daha Gümanım, pənahım Allaha Sevirəm bir daha Bir daha
  • Kimlər dünyandan keçdi Özünü tanımaqçün Sənsə dünyadan köçdün Ürəkdə yaşamaqçün! Sən dünyanı dəyişib Qəlbdə abidə qurdun Cismin burada uyuyur Əbədiyyətdir yurdun! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Dahi! Dahi! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Gələn bir gün gedəcək O, taleyin işidir Gözəl ömür yaşamaq Allahın bəxşişidir! O dünyada da belə Ruhun dayaqdır bizə Sən əbədi qovuşdun Müqəddəs sevgimizə! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Özü tarix yaradan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Dahi! Dahi! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Ölümün özü belə Varlığına baş əydi! Sən əlçatmaz zirvəsən Sənə çatmaq gərəkdir! Tarixlərə yazılan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Özü tarix yaradan Şəxsiyyət var, ilahi! Adını xalqın verdi – Dahi! Sən dünyanı dəyişib Qəlbdə abidə qurdun Cismin burada uyuyur Əbədiyyətdir yurdun! Dahi! Dahi!
  • Titrəyir sənin səsin İstəyir nəsə desin Tellərin səpilib üstümə yağış kimi... Təki səhər gəlməsin Titrəyir sənin səsin İstəyir nəsə desin Tellərin səpilib üstümə yağış kimi... Təki səhər gəlməsin Nəfəsimi hiss et Mənim hisslərimi hiss et Hiss et ürəyimin gizli səsini Bu gecəni hiss et Qəlbimdən keçəni hiss et Hiss et duyğuların incə rəqsini... Gecə həyəcanlıdır Gözlərim dumanlıdır... Dodağımda sənin dodağının kölgəsi Dilimdə sənin adın Gecə həyəcanlıdır Gözlərim dumanlıdır... Dodağımda sənin dodağının kölgəsi Dilimdə sənin adın Nəfəsimi hiss et Mənim hisslərimi hiss et Hiss et ürəyimin gizli səsini Bu gecəni hiss et Qəlbimdən keçəni hiss et Hiss et duyğuların incə rəqsini... (Nəfəsimi hiss et) (Nəfəsimi hiss et) Nəfəsimi hiss et Mənim hisslərimi hiss et Hiss et ürəyimin gizli səsini Bu gecəni hiss et Qəlbimdən keçəni hiss et Hiss et duyğuların incə rəqsini... Nəfəsimi hiss et Mənim hisslərimi hiss et Hiss et ürəyimin gizli səsini Bu gecəni hiss et Qəlbimdən keçəni hiss et Hiss et duyğuların incə rəqsini... Hiss et!
  • Gecə vaxtı şeytana uydum Düşdüm dilə, vallahi Axı artıq etməyəcəkdim Etdim belə billahi! Yenə hisslər coşur içimdə Yenə sevgi uçur içimdə Niyə məndə bir az ağıl yox? Yandım yenə, vallahi! Yenə hisslər coşur içimdə Yenə sevgi uçur içimdə Niyə məndə bir az ağıl yox? Oldum dəli, billahi! Nə olursa – olacaq Onu Allah biləcək Onsuz da ürəyim Mənə hökm edəcək! Yenə başıma dərdləri açdım Məndədir bu günah, vallahi! Yenə izinə düşmüşəm eşqin Mən adam olmam, billahi! Yenə başıma dərdləri açdım Məndədir bu günah, vallahi! Yenə izinə düşmüşəm eşqin Mən adam omam, billahi! Gecə vaxtı şeytana uydum Düşdüm dilə, vallahi Söz vermişdim etməyəcəkdim Etdim belə billahi! Yenə hisslər coşur içimdə Yenə sevgi uçur içimdə Niyə məndə bir az ağıl yox? Yandım yenə, billahi! Nə olursa – olacaq Onu Allah biləcək Onsuz da ürəyim Mənə hökm edəcək! Yenə başıma dərdləri açdım Məndədir bu günah, vallahi! Yenə izinə düşmüşəm eşqin Mən adam olmam, billahi! (Ay) Yenə başıma dərdləri açdım Məndədir bu günah, vallahi! Yenə izinə düşmüşəm eşqin Mən adam olmam, billahi! Yenə başıma dərdləri açdım Məndədir bu günah, vallahi! Yenə izinə düşmüşəm eşqin Mən adam olmam, billahi! Yenə başıma dərdləri açdım Məndədir bu günah, vallahi! Yenə izinə düşmüşəm eşqin Ay adam olmam, billahi! Adam olmam, billahi! Vallahi!

Похожие исполнители