Татарский переводчик Узбекские песни

Песня «Dönmə Geri»
исполнителя Faiq Ağayev.
Скачать или слушать онлайн

Текст песни:

Aldandımsa sənə, məni avam bilmə
İnandımsa, bil ki, inanmaram yenə
Acizliyimə kənardan baxıb gülmə
Get, dönmə geri!
Necə sevmişəm, öylə də unudaram
Xəyanətin içimdəki könül yaram
Qorxuram, səni yenə də bağışlaram
Odur ki, get
Dönmə geri, dönmə geri!
Ümidli anlarımın qənimi
Saflığına inandırma məni
Get, dönmə geri, dönmə geri!
Apar özünlə qəmi, kədəri
Unut məni, unut o günləri
Sevgi dolu bir dünyamı alt-üst etdin
Ümid verib, sonra geri alıb itdin
Olmağın olmamağından daha çətin
Get, dönmə geri!
Necə sevmişəm, öylə də unudaram
Xəyanətin içimdəki könül yaram
Qorxuram, səni yenə də bağışlaram!
Odur ki, get
Dönmə geri, dönmə geri!
Ümidli anlarımın qənimi
Saflığına inandırma məni
Get, dönmə geri, dönmə geri!
Apar özünlə qəmi, kədəri
Unut məni, unut o günləri
Odur ki, get
Dönmə geri, dönmə geri!
Ümidli anlarımın qənimi
Saflığına inandırma məni
Get, dönmə geri, dönmə geri!
Apar özünlə qəmi, kədəri
Unut məni, unut o günləri
Get…
Dönmə geri, dönmə geri
Get!

Другие песни исполнителя:

  • Küsdük-barışdıq, çox şirin sözlər dedik Biz ulduz kimi yanmaq istədik Bir-birimizi eşq oduna atdıq biz Öz arzumuza yoxsa çatdıq biz? Sus, dinmə Sevgi nəfəsdir Bu, bir həvəsdir Oynadıq, gülüm, bəsdir Sevgi qəfəsdi Küsmək əbəsdir Oynadıq, gülüm, bəsdir Bu baxışlarım həsrətlə gözlər səni Bilirəm, səndə sevirsən məni Özün bilmədən qəlbimə hakim oldun De, axı nədən köksümdən vurdun? Gəl, dinlə Sevgi nəfəsdir Bu, bir həvəsdir Oynadıq, gülüm, bəsdir Sevgi qəfəsdi Küsmək əbəsdir Oynadıq, gülüm, bəsdir Sevgi nəfəsdir Bu, bir həvəsdir Oynadıq, gülüm, bəsdir Sevgi qəfəsdi Küsmək əbəsdir Oynadıq, gülüm, bəsdir
  • Sən pərisən, ya mələk Xoş arzusan, xoş dilək Gülüb-danış beləcə Baxıb sənə sevinək Ətir saçan o səsin Aləmə nur çiləsin "Ata, ana" deyəndə Ürək coşsun, titrəsin Xoşdur sözün, gülüşün Xoşdur körpə öpüşün Mehribanım, Mehriban Şirin balasan yaman Qorusun ulu Tanrı Səni hər an, hər zaman Mehribanım, Mehriban Şirin balasan yaman Qorusun ulu Tanrı Səni hər an, hər zaman Anan gələr səsinə Sığal çəkər telinə Atan deyər, can qızım Qurban şirin dilinə Qızıl gülə batasan Boya-başa çatasan Xoşbəxt günün birində Gözəl gəlin olasan Yoxdur xumar gözündən Yoxdur sənin özündən Mehribanım, Mehriban Şirin balasan yaman Qorusun ulu Tanrı Səni hər an, hər zaman Mehribanım, Mehriban Şirin balasan yaman Qorusun ulu Tanrı Səni hər an, hər zaman Mehribanım, Mehriban Şirin balasan yaman Qorusun ulu Tanrı Səni hər an, hər zaman Mehribanım, Mehriban Şirin balasan yaman Qorusun ulu Tanrı Səni hər an, hər zaman Mehribanım, Mehriban Şirin balasan yaman Qorusun ulu Tanrı Səni hər an, hər zaman Mehribanım, Mehriban Şirin balasan yaman Qorusun ulu Tanrı Səni hər an, hər zaman
  • Hələ də mən sənin həsrətindəyəm Yenə arxanca düşüb xəyalım Hələ də mən sənin həsrətindəyəm Yenə arxanca düşüb xəyalım Əl atıb əlindən tuta bilmirəm Əl atıb əlindən tuta bilmirəm Mən sənə inandım, mən sənə inandım Mən sənə inandım, sən kimə, zalım? Mən sənə inandım, mən sənə inandım Mən sənə inandım, sən kimə, zalım? Zalım, zalım, zalım balası Zalım, zalım, kimə inandın? Zalım, zalım, zalım balası Zalım, zalım, kimə inandın? Bəlkə bu ömürlük yolayrıcıdır Gəlinlik duvağın şeytan tacıdır Bəlkə bu ömürlük yolayrıcıdır Gəlinlik duvağın şeytan tacıdır Bəlkə səsim pisdir, dilim acıdır Bəlkə səsim pisdir, dilim acıdır Mən sənə aldandım, mən sənə aldandım Mən sənə aldandım, sən kimə, zalım? Mən sənə aldandım, mən sənə aldandım Mən sənə aldandım, sən kimə, zalım? Zalım, zalım, zalım balası Zalım, zalım, kimə aldandım? Zalım, zalım, zalım balası Zalım, zalım, kimə aldandım? Bir gün dönəcəksən haqqın yoluna Qandallar vuracaq dövran qoluna Bir gün dönəcəksən haqqın yoluna Qandallar vuracaq dövran qoluna Mən sənə inandım, mən sənə bağlandım Mən sənə aldandım, sən kimə, zalım? Zalım, zalım, zalım balası Zalım, zalım, kimə inandın? Zalım, zalım, zalım balası Zalım, zalım, kimə aldandın? Zalım, zalım, ey zalım balası Zalım, zalım, kimə inandın? Kimə aldandın, ey zalım balası?
  • Gecələr gözümə yuxu gəlmir Sənin xəyalını mən izləyirəm Ürək sənsizliyə tab gətirmir Tanrıdan sevgini mən diləyirəm... Gecələr gözümə yuxu gəlmir Sənin xəyalını mən izləyirəm Ürək sənsizliyə tab gətirmir Tanrıdan sevgini mən diləyirəm... Məhəbbət həyatı edərmi hədər? De, nə üçün mənə işgəncə verirsən Gülüm, bu qədər? Yatağımda səni əvəz edər Kədərə son qoyacaq Bir damcı zəhər... Məhəbbət həyatı edərmi hədər? Bəs nə üçün mənə işgəncə verirsən Gülüm, bu qədər? Yatağımda səni əvəz edər Kədərə son qoyacaq Bir damcı zəhər... Gecələr gözümə yuxu gəlmir Sənin xəyalını mən izləyirəm Ürək sənsizliyə tab gətirmir Tanrıdan sevgini mən diləyirəm... Məhəbbət həyatı edərmi hədər? Nə üçün mənə işgəncə verirsən Gülüm, bu qədər? Yatağımda səni əvəz edər Kədərə son qoyacaq Bir damcı zəhər... Məhəbbət həyatı edərmi hədər? Bəs nə üçün mənə işgəncə verirsən Gülüm, bu qədər? Yatağımda səni əvəz edər Kədərə son qoyacaq Zəhər... Məhəbbət həyatı edərmi hədər? Bəs nə üçün mənə işgəncə verirsən Gülüm, bu qədər? Yatağımda səni əvəz edər Kədərə son qoyacaq Bir damcı zəhər...