Татарский переводчик Узбекские песни

Песня «Dalğalar» исполнителя Zülfiyyə Xanbabayeva. Скачать или слушать онлайн

Текст песни:

Siz qaynar həyatsınız,
Nəğməyə qanadsınız,
Sahili şən dalğalar, a
Ay öpüşən dalğalar.
Sevgilim dənizdədir,
Ağ yelkəni üzdədir,
Yatın barı, dalğalar,
Ay mirvari dalğalar.
Qoy, bilsin o aybəniz,
Sinəmdədir göy dəniz,
Sahili şən dalğalar,
Ay öpüşən dalğalar.
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Uzaqlar üfüqləri izləmək Gecə gözləmək, darıxıb özləmək Bürünüb oda bu boş ürək Ona yox kömək, yanır səhərədək Hava limanı, ağ duman, tənhalıq Hava limanı, ağ duman, tənhalıq Hava limanı… Hava limanı, ağ duman… Tənhalıq… Acı həqiqəti gizləmək Ya da düz demək, fərq eləmir mənə Dərk elə ki, ömür çox gödək Daha nəyə gərək qayıtmaq dünənə? Olmur, çalışsam da, qəlbim dolmur Çünki o çoxdan solmuş Bu sonuncu uçuş Hava limanı, ağ duman, tənhalıq Hava limanı, ağ duman, tənhalıq Hava limanı… Hava limanı, ağ duman… Tənhalıq… Tənhalıq…
  • Bir gün, payızın son günü Bir tənha küçədə görüşdük səninlə Susdu danışan dodaqlar Qayıtdı o anlar çəkildi uzağa ayrılıq Keçdi getdi sənli günlər Sevgi bitdi, yox ümidlər Bircə səni sevdi bu qəlbim Keçdi getdi sənli günlər Doldu gözlər, itdi sözlər Ayrılığa heç öyrəşmədim İndi qarşında durmuşam, baxıram üzünə Söz tapa bilmirəm… Sənsiz günləri unutmaq, sanma ki, çox asan Ağlımda qalmısan o gündən Keçdi getdi sənli günlər Sevgi bitdi, yox ümidlər Bircə səni sevdi bu qəlbim Keçdi getdi sənli günlər Doldu gözlər, itdi sözlər Ayrılığa heç öyrəşmədim Keçdi getdi sənli günlər Sevgi bitdi, yox ümidlər Bircə səni sevdi bu qəlbim Keçdi getdi sənli günlər Doldu gözlər, itdi sözlər Ayrılığa heç öyrəşmədim
  • Səhərə qədər gözümü yumub Tək səni arzuladım Yuxular haram ruhumu sıxar Sənsizlik, tək tənhayam Ümüdlərim puç olub illərdir Gümanım heç yox geri dönmənə Apardın özünlə nağıl dünyamı Rəsmin tək təsəllisi oldu mənə Gəl yenə gəl Toxun mənə saf hisslərinlə Yenə gəl geri gəl Məni inandır gözlərindəki sevginə Bilmirəm necə Gündüzüm gecə olubdur Sən yox ikən Sevgi qapımı döyən olmadı Ey zalım dön geriyə Ümüdlərim puç olub illərdir Gümanım heç yox geri dönmənə Apardın sən özünlə nağıl dünyamı Rəsmin tək təsəllisi oldu mənə Gəl yenə gəl Toxun mənə saf hisslərinlə Mənə gəl, geri gəl Məni inandır gözlərindəki sevginə Gəl yenə gəl Toxun mənə saf hisslərinlə Yenə gəl geri gəl Məni inandır gözlərindəki sevginə
  • Görüşdük nə xoş oldu Aşiqin sərxoş oldu Baxışdıq, baxışımız Canımıza nuş oldu Baxışdıq, baxışımız Canımıza nuş oldu Kölgələr düşdü, gəl-gəl Hamı görüşdü, gəl-gəl Həsrətindən aşiqin Alışdı, yandı, gəl-gəl Gəl-gəl Kölgələr düşdü, gəl-gəl Hamı görüşdü, gəl-gəl Həsrətindən aşiqin Alışdı, yandı, gəl-gəl Gəl-gəl Günəş kimi üzün var Ah, nə ceyran gözün var Əzabından bezmərəm Məndə səbr, dözüm var Əzabından bezmərəm Məndə səbr, dözüm var Kölgələr düşdü, gəl-gəl Hamı görüşdü, gəl-gəl Həsrətindən aşiqin Alışdı, yandı, gəl-gəl Gəl-gəl Kölgələr düşdü, gəl-gəl Hamı görüşdü, gəl-gəl Həsrətindən aşiqin Alışdı, yandı, gəl-gəl Gəl-gəl Kölgələr düşdü Hamı görüşdü Həsrətindən aşiqin Alışdı, yandı, gəl-gəl Gəl-gəl Kölgələr düşdü, gəl-gəl Hamı görüşdü, gəl-gəl Həsrətindən aşiqin Alışdı, yandı, gəl-gəl Gəl-gəl Alışdı, yandı, gəl-gəl Gəl-gəl Alışdı, yandı, gəl-gəl Gəl-gəl

Похожие исполнители