Татарский переводчик Узбекские песни

Песня «Hava Limanı»
исполнителя Zülfiyyə Xanbabayeva.
Скачать или слушать онлайн

Текст песни:

Uzaqlar üfüqləri izləmək
Gecə gözləmək, darıxıb özləmək
Bürünüb oda bu boş ürək
Ona yox kömək, yanır səhərədək
Hava limanı, duman, tənhalıq
Hava limanı, duman, tənhalıq
Hava limanı…
Hava limanı, duman…
Tənhalıq…
Acı həqiqəti gizləmək
Ya da düz demək, fərq eləmir mənə
Dərk elə ki, ömür çox gödək
Daha nəyə gərək qayıtmaq dünənə?
Olmur, çalışsam da, qəlbim dolmur
Çünki o çoxdan solmuş
Bu sonuncu uçuş
Hava limanı, duman, tənhalıq
Hava limanı, duman, tənhalıq
Hava limanı…
Hava limanı, duman…
Tənhalıq…
Tənhalıq…

Другие песни исполнителя:

  • Yadıma gah yaxın, gah uzaq düşər Xatirə qonağım olar axşamlar Fikirlər ilişib, dolaşıq düşər Ürəyim min sözlə dolar axşamlar Fikirlər ilişib, dolaşıq düşər Ürəyim min sözlə dolar axşamlar Xəyallar axışıb gələr sel kimi Kövrəlib, nazilən incə tel kimi Arzular bir zərif, həssas əl kimi Könlümün tarını çalar axşamlar Arzular bir zərif, həssas əl kimi Könlümün tarını çalar axşamlar Ürəyim min sözlə dolar axşamlar Fikirlər ilişib, dolaşıq düşər Ürəyim min sözlə dolar axşamlar
  • Xəyallarıma qonaq gələrkən yaşanmış anlar İçim yanar, özlərəm səni Yağar ürəyimə gözlərimdən qəmli leysanlar Əvvəlkitək istərəm səni Qəlbim qanadsız bir quşdur Nə zamandır, ömrüm boşdur Uzun illər ötsə də, gözlərəm səni Çarəsiz… Sənlə biz bu sevgisiz, tək, kimsəsiz Üşüdük tənhalıqdan bax hər ikimiz Eyni anda sən mənsiz və mən sənsiz Özümüzdən xəbərsiz biz, çarəsiz Çox aciz, bu sevgisiz, tək, kimsəsiz Üşüdük tənhalıqdan bax hər ikimiz Eyni anda sən mənsiz və mən sənsiz Biz çarəsiz… Yaş ötər, soyuyar, keçər, ağrılar qalar arxada Keçmişimdə gizlərəm səni Bir-birimizin olmasaq da, fani dünyada Göylərdən səslərəm səni Sınmış duyğular daha coşmur Nə zamandır, ömrüm boşdur Uzun illər ötsə də, gözlərəm səni Biz çarəsiz… Çox aciz, bu sevgisiz, tək, kimsəsiz Üşüdük tənhalıqdan bax hər ikimiz Eyni anda sən mənsiz və mən sənsiz Özümüzdən xəbərsiz biz, çarəsiz Çox aciz bu sevgisiz, kimsəsiz Üşüdük tənhalıqdan hər ikimiz Eyni anda sən mənsiz və mən sənsiz Biz çarəsiz…
  • Dodağına gizlicə toxunaydı nəfəsim Səninlədir həyatım yaşamağa həvəsim Dodağına gizlicə toxunaydı nəfəsim Səninlədir həyatım yaşamağa həvəsim İstərəm ki, təkcə mənim olasan (təkcə mənim olasan) Ömür boyu mənlə qoşa qalasan Bu günümüz, bu anımız geri dönməz bir daha (bir daha) Getmə gülüm, mənimlə qal, ümid yoxdur sabaha Dayanaraq üz-üzə saatlarla qalaydıq Yatmayaraq sübhədək xəyallara dalaydıq Dayanaraq üz-üzə saatlarla qalaydıq Yatmayaraq sübhədək xəyallara dalaydıq İstərəm ki, təkcə mənim olasan (təkcə mənim olasan) Ömür boyu mənlə qoşa qalasan Bu günümüz, bu anımız geri dönməz bir daha (bir daha) Getmə gülüm, mənimlə qal, ümid yoxdur sabaha
  • Hava var, hava var Hava var, hava var Hava var, hava var Hava var, hava var O günəşdir səhərimə Açmışam səhəri dəm Gecə onu unudar ay Uzanaram buludlara Sənə yol çəkir gözlərim Amma o çəkir gözlərin Yuxusuzam gecələrlə Gecə hərdən Pəncərədə küləklər Pərdələrinə dəymə Əsir həzin-həzin o Dalğalanır ürəyimə Pəncərədə küləklər Pərdələrinə dəymə Əsir həzin-həzin o Dalğalanır ürəyimə Hava var, hava var Hava var, hava var Hava var, hava var Hava var, hava var Ürəyinə yol tapdım Gedə-gedə çox addım Axtardım o dadı Gözlərim yoldadır Otaqda kölgələr Gözləyir gün gələr Yuxusuzam gecələrlə Gecə hərdən Pəncərədə küləklər Pərdələrinə dəymə Əsir həzin-həzin o Dalğalanır ürəyimə Pəncərədə küləklər Pərdələrinə dəymə Əsir həzin-həzin o Dalğalanır ürəyimə Hava var, hava var Hava var, hava var Hava var, hava var Hava var, hava var