Татарский переводчик Узбекские песни

Песня «Mavi Qızılgüllər»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Bu gülü bağışladım ki, sən dərk edəsən
Bu gülü bağışladım ki, sən tərk edəsən
Bu günü yaşadım ki, anlayasan bəlkə də sən
Bu ömrü yaşamadım ki, sən məhv edəsən
Zamanı verməyiblər ki, biz onu qaytaraq
Qədrini bilmədikcə ancaq xəyallarda
Həyatı verməyiblər ki, biz onu aldadaq
Xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda
Sevgini vərməyiblər təkcə ondan mahnı yazaq
Bilirəm sətirlərimdə sevgi müqəddəsdi
Torpağı verməyiblər təkcə orda qəbir qazaq
İstərəm torpaqda bitsin mavi qızılgüllər
Bahar vaxtı açıq qalan pəncərələrdən
Baxıb güc alanda küçədə sevgililərdən
Gizlədəndə gözlərimdə sevgimi hərdən
Bu həyatı istəmədiyimi anlamışdım lap öncələrdən
Qələmi verməyiblər mənə, mən tək səndən yazım
Səhərlər ayırır məni sevdiyim gecələrdən
Ürəyi verməyiblər mənə orda tək səni daşıyım
Bu qəlbi qırıq-qırıq toplamışam bir neçə yerdən mən
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla
Uşaq vaxtı axtarırdım möcüzələri mən
Tapmadıqca tez-tez deyirdim ki, düzələr mən
Maraqsızlaşırdı həyat böyüdükcə mən
Gətirmir böyük arzuya böyük büdcələr
Sən də bir möcüzə deyildin, nə qədər oxşasan da
Sən də yaşada bilmədin, qanıma qarışsan da
Sən də qalmayacaqsan yadımda uzun illər
İstərəm torpaqda bitsin mavi qızılgüllər
İnsanlar əl uzadır hərdən yerdən qaldırmaqçün
Bu əllər heç vaxt qaldırmayacaq qanadlartək
İnsanlar əl uzadır çox vaxt aşağıya dartmaqçün
Qanadlarsa heç vaxt incitməyəcək əllərtək
Mən artıq istəmirəm adi insan, adi həyat tərzi
Artıq istəmirəm əvvəlcədən bilim gələn fəsli
İstəyirəm ki, mənim üzümə gülsün göylər
İstərəm torpaqda bitsin mavi qızılgüllər
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla
De ki, gözləməmisən sən də möcüzələr
De ki, görməmisən yuxuda heç vaxt uçduğunu
De ki, saymırsan özünü hamıdan fərqli
De ki, istəmirsən bir gün qızıl balıq tutmaq
Qorxma, uşaqlıq deyil bunları xəyal etmək
Məncə, mümkünsüz deyil hər şeyi real etmək
Mən dəli olmamışam, göz yaşını sil artıq
Mən istəyirəm ki, insani dərdlər bitsin artıq
Mənə göydən gəldi bu toxumlar hədiyyə
Bu deyil bir işarə, bənzəmir dini vəhiyyə
Dedilər bunu əksən torpaqda bitsə əgər
Mavi qızılgüllər sən də olacan bizdən biri
Mən özümlə aparmaq istədim səni uzaqlara
Sənsə inanmırsan, dözürsən bu yalanlara
Mən sonsuz yaşayacam de bütün insanlara
Artıq tab gətirmədim dünyada üsyanlara
Bu günlər bizim ömrümüzdən keçər
Mənim son ümidim açılan səhər
Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə
Biz dünyamızı döndərəcəyik yenə
Vurulaq yenə, sarılaq yenə
Son dəfə rəqs etmədik yağışda, məni bağışla, məni bağışla

Другие песни исполнителя:

  • Xəyanət sabahı verilən gül dəstəsi kimi Səmimiyyətdən uzaq Danışmaq çətindirsə? Gəl yazaq Sehirli baxışın kimi əllərin də varsa Al bu qış fəslin, əbədi döndər yaza Unutmaq, xəyal qurduğun gələcək səni etmədən məhv Son mənzil eynidirsə, niyə bu qədər pillə edim dəf? Ayağım səhv, hər addım atdıqca, növbəti hərf Dəyişir alın yazımda, susur göylər çünki edir sərf Yuduqca sən hər sahili? Dəniz oldu sənət sahibi Gözü kor şairlər belə hiss edib sevər zahiri Bitəcək qanlı döyüşlər qəlbdə hissələr daxili Dövranı yenə də sevməz? Əgər diriltsələr Sabiri Bu sevgi sağ idi? Onu yaşatmaqçün sən yarandın İllərdir kimlərsə sevir, illərdir kimlərsə dözür Görəsən işlədərmi sevgililər "həyatım" sözün Sevgilidən qabaq xəyanət etsə həyatın özü?! Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz Yenə sən getdin, yenə tək qaldım Tanış notların içində birdən yarandı səs Nə yaxşı dünən keçmişdə, bu günsə yanımda sən Həyatın dəyəri qalmayıb, bil artıq qanımda sən Həqiqəti tap misralarda, mən əgər yalan desəm Qırılmış qəlb əlimdə göylərlə danışanda Dedi xəstəlikdir təklik, al bu mələyi dərmandır sev Edəndə hər anda bəhs, içilən hər and əbəs Gedərdi sayılsa birgə yaşadığımız hər an bir səhv Məni pis tanıyan bir kəs, nə bilsin dərin nəfəs Çatmasa diriltməyə məni bəsdir "oyan canım" - desən Bu qəlbi yaxşı tik sevginlə, qorxma yaram dözər Uçmağa həsrət sevgimizi qanadların bəzər Və hətta pıçıldasa qulağıma ayı yarım kəsən Yenə də sevərəm olmaq sənlə mənə haram desə Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Pıçıltı danışmaq üçün bəs etmirsə Qələmim artıq kağızları isitmirsə Mən gedərəm bilsəm ki, vərəq boş qalmaz Yumşaq sətirlərsiz qəlblərə daş dolmaz Hərdən səni incidəndə sevilmək Pərdəni salıb arxamı çevirmək Tərk etsəm də bəlkə boşluq yaranmaz Get, narahat olma, bu yollar bağlanmaz Həyatdan ötən illər hədər olmaz Könüldə bitən güllər bir də solmaz Sabahlar arzularıma gedən bir yol Bu yollar bağlanmaz
  • Var track başlayır hansı ki, nəqarətsiz Var söz biraz düz, amma cəsarətsiz Var xalqa müraciət sanki ədəbiyyatdır Var xalq hansı ki, dinlədikcə əbədi yatdı Var ölkə hansı ki, tikilir sökülür turistlərcün Var sevgi hansı ki, küçədə yemdi polislərçün Var qələm, var vərəq və var tükənməz hisslər Var dinləyici hansı ki, sevdiyindən ölməyini istər Var səma, var günəş hansı ki, qovur ulduzları Var vəhşi ata-ana hansı ki, doğur quduzları Var şəhər, bir-iki damla bal və qalanı zəhər Var cəmiyyət hansı, qəhrəmandan çox yalanı sevər Var bezmək, var dözmək, çoxluqda itib getmək Var tərk edib getmək, var tüpürüb getmək Var intihar etmək sevgi cavabsız qalanda Var cəhənnəmdə yanmaq günahsız olanda Var pul, var şöhrət, var əmr və qul Varsa sədaqətin evin yananda yerində dur Var insan səhv etdikcə sevir səhv edənləri Var Allah dərd verir və sevir səbr edənləri Var dəniz və dibinə getdikcə anlayırsan Ki var qaranlıqda parıldayan möcüzələr Var hekayə hansının ki, sonunda ağlayırsan Və var yeni səhifə açıb köhnə kitabı bağlayırsan Var keçmişdən bizə gələnlər Var gələcəyi görürəm deyənlər Yoxsa uzun-uzun söhbət edənlər Tap tanışını "nə var, nə yox" denən Söhbətim şəhərimlə bu gün Zəhərim var bu gün Track'im də var Tökəcəm nə qədər ki, gec deyil AiD) Var brend alanlar, var brend olanlar Var düz yol gedənlərə bənd olanlar Var böyük qüvvə yaratmaq fərqlilərdən Var məndə olanlar, var səndə olanlar Var sistem hansı ki, min illər boyu dəyişmir Yuxarıdakılar qol çəkir aşağıdakılar öldükcə Mən düz söz desəm, sən onu dərk etsən Bir olub dəf etmək olar hər sədd hörüldükcə Var hamı gözün bağlayanda gizlincə göz vurmaq Qaranlıq hamını ağladanda işıq salıb iz qoymaq Yem bol, geniş qarınlar və doymayan gözlər Siz partlamaq istiyirsiz, amma biz doymaq Nə var nə yox deyib keçirik, amma dəyişmir heç nə Dərdi özü istəyənlərin dərdi artıq deyil vecimə Hünərin yoxsa, xəyallar sərhədin keçmə Həyat sənin seçimindir axı, istəmirsən seçmə Var keçmişdən bizə gələnlər Var gələcəyi görürəm deyənlər Yoxsa uzun-uzun söhbət edənlər Tap tanışını "nə var, nə yox" denən Söhbətim şəhərimlə bu gün Zəhərim var bu gün Track'im də var Tökəcəm nə qədər ki, gec deyil AiD) Cəmiyyət məhv olur, yazmamaq olmur, susmaq olmur Azadlıq olub şou-biznes ancaq əyləncə üçün Bakının havası – nə udmaq, nə də ki, qusmaq olmur Açılmış pərdələr bağlanır bir gün evlənmək üçün Hər dəfə qoyuram qələmi tənqidə başlamadan Onsuzda dəyişmir heç nə, əsəblər boşuna məhv olur Bu xalqın tələbi belədir, səbəbi bilmir daşlamadan Onsuzda sabah düz olacaq şəxs, bu gün səhv olur Söhbətim şəhərimlə bu gün Zəhərim var bu gün Track'im də var Tökəcəm nə qədər ki, gec deyil
  • Bizə olmaz, ver əlini sus Fərq eləmir nədir yolumuz Soyuq olsa, olaram buz Sən axı günəşsən, budur sonumuz Ötən aylara bax, illərə bax Heç nə danışma, dinlə və bax Mənim üçün sən, ən uca dağ Qucağın ətək, zirvə dodaq Səni tapdım bir küçədə Alıb itdın məni çərçivədən Sevgiyə uduzar mərci bədən Sevginin zəhəri təhlükəli civədən Səni tapdım, məni sevəsən Sevib unudasan ki, məntiqi sonuma çatım Ümid vermə, yox, o yaşım deyil Gəl, olan - qalan ümidi al, amma qoyma batım Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz Səni tapdım, yanımda qal Ya da çıx get, yanımda olma İstəyirsən dərd ol, istəyirsən ağrı Amma nə olar yalandan olma Səni tapdım, məni incit Məni qoy get, yağışla bax Sonra geri dön, "bağışla" de Səni yox, sevirəm səni bağışlamağı Axı səni tapdım, necə itirim indi? Qalxan ocaq idim, fitilim endi Dəyişib, gülmək, sevmək rəngin Sən dəyişmisən, Orxan həmindir Səni tapdım, boş okeanda Məni də apar, gülüşün son gəmimdir Ağladın, Bakı yandı Göz yaşın məni dibə aparan su pərimdir Sənə çatdım, amma gec idi Bu üzüntü yox, tərcih idi Qəlizəm axı tez çözdün məni, sevgilim Dəniz suyu bilib üzdün məni, sevgilim Son qara ton Gecə çox monoton, öp günaha batım Həyəcan vermə, o yaşım deyil Gəl, olan - qalan canı al, amma qoyma batım Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz Briz, atıb sahilə məni sənsiz Ver əlini üz Enək dərinə Olaq sonsuz dəniz
  • Gəl gedək, ulduzlar rəqs edər bizim üçün orda Gəl gedək, ayaqyalın mavi dəniz sahilində Gəl gedək, orda insanlar yoxdur, deməli yoxdur dərd Gəl gedək, əlimdən bərk yapış, gəl gedək Gəl gedək, orda çiçəklər və göyərçinlər Gəl gedək, sərin sulu bulaq, yaşıl çəmənliklər Gəl gedək, at bu qaranlıq şəhəri birdəfəlik Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək Gəl gedək, əbədi yaz küləklər ilə bizə qonaq gələr Günəş saçar saçaqlarıyla saçlarını darar, hörər Bəyaz atlar isti qumlarda gəzdilər bizi Sonsuz meşə, öz içində azdırar bizi Gözləyər bizi sərin kölgəsilə uca çinar Gəl gedək, meyvə bağlarında ağaclarda bar Gəl gedək, orda qayaqlarda ceyranlar qaçır Hava təmiz, hər tərəf işıq, səma açıq Gəl gedək, orda yoxdur yorulmaq və ağrımaq İstəsən də bacarmazsan orda ağlamaq Gəl gedək, buludlar töksün hərdən şirin yağış Sanki rəssam əlilə çəkilib orda hər qarış Saatlarda dinləyək dalğaların səsini Sahildə bizdən başqa ayaq izi yox heç kəsin Yuxu kimi hər bağça doldu əlvan ətirlərlə Gəl gedək, gəzdirim səni sehirli nağıllarda Apar məni Sıxır bu qara şəhər məni Sahilə çırpınır dalğalar Bezmişəm canım, apar buralardan məni uzaqlara Qar məni yandırır, titrədir ocaqlar Qapısı bağlı boş otaqda Qalmışam, canım, apar buralardan məni uzaqlara Qaranlığıma xoş gəldin, şəhərə qış gəldi Vəhşilər yarımadası büründü əbədi zülmətə Hər küçənin öz ağrısı var, gözünə yaş gəldi Daş binalar heç oxşamır rəngarəng cənnətə Burda sevgi imkansız Azadlıq zindansız mümkün olmur burda Çünki insanlar çox vicdansız Hər baxış da sərt baxışdır Hamının içini qurd yeyir Çürümüş ürəklər şəhəri düzələ bilməz üsyansız Gəl gedək, yaxşılar ölkəsində, orda yoxdur dərd Gəl gedək, varlı, kasıb eyni, heç kəs olmur pərt Gəl gedək, buludların içində tapaq o ölkəni Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək Gəl gedək, orda insanlar yalan danışmır Hər kəs öz işində, heç kəs heç kəsin işinə qarışmır Yoxdur padşahlar, yoxdur nökərlər, yoxdur cinayət Gəl gedək, orda yox rüşvət və xəyanət Danışır eyni dildə hamı, yoxdur millətlər Hər kəs eyni, yoxdur fərqli dinlər Heç kəs orda tutmaz səndə eybi Yoxdur paxıllıq və oğurluq, yoxdur içkilər Yox qumar, yox söyüş, zəhərli bitkilər Gəl gedək, qaranlıq şəhərin tüstülərində Boğulmaqdansa yataq Cənnət istilərində Körpə uşaqlar kimi, zərif, incə sətirlərdə Gəl gedək, gəzdirim səni sehirli nağıllarda Apar məni Sıxır bu qara şəhər məni Sahilə çırpınır dalğalar Bezmişəm canım, apar buralardan məni uzaqlara Qar məni yandırır, titrədir ocaqlar Qapısı bağlı boş otaqda Qalmışam, canım, apar buralardan məni uzaqlara Apar məni Sıxır bu qara şəhər məni Sahilə çırpınır dalğalar Bezmişəm canım, apar buralardan məni uzaqlara Qar məni yandırır, titrədir ocaqlar Qapısı bağlı boş otaqda Qalmışam, canım, apar buralardan məni uzaqlara Apar məni Sıxır bu qara şəhər məni Sahilə çırpınır dalğalar Bezmişəm canım, apar buralardan məni uzaqlara Qar məni yandırır, titrədir ocaqlar Qapısı bağlı boş otaqda Qalmışam, canım, apar buralardan məni uzaqlara