Татарский переводчик Узбекские песни

Песня «Öz Aramızdır»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Clavis on the track!
Dünən iş zəif idi, bu gün bir az düzəldi
Doğmaların yanındadırsa, həyat gözəldir
Nə demək istədiyini bir baxışdan anlayıram
Sən o adamsan ki 90'lardan tanıyıram
Zaman dəyişib, həyat artıq acı deyil
Sənin bu hissiyyatın, inan, aldadıcı deyil
Kaş ki ağıllı olub 10 il qabaq bura gələrdim
Sən buranı görsən, bəlkə indi belə deyərdin
Bakı, New York, sabah haradır, bilinmir
Gözəlliyi elə ondadır, həyat əvvəlcədən bildirmir
Xoş günlər, boz, bir az-bir az hərəsindən
Yadına sal necə qaçırdıq şəhərin istisindən
Nabrana, Nabrana, Nabrana
Sevgi nədir öyrəndik aldana-aldana
O qızlar da böyüyüb, görəsən, neyləyir indi?
Bakıda gecə ikidir, yatarlar, yəqin
Yumru pəncərədən görünür yerin üzü
Mən fırladıram beynimdə bizim görüşümüzü
Düzü, bütün pullar qalsın itə-qurda
Sən görmək istədiyim tək adamsan burada
Bütün günü rep party
Hamı bizi tanıyır
Oldschool tam deyil biz qala-qala, yo
Cash pul sevgisi viran edir
Cream get the money
Dollar dollar bill, yo
Bütün günü rep party
Hamı bizi tanıyır
Oldschool tam deyil biz qala-qala, yo
Cash pul sevgisi viran edir
Cream get the money
Dollar dollar bill, yo
Bir neçə ildir qurulur planlar çətin
Yaş olub 33, dedilər bu uşaq soyuqluğunu atadan çəkib
Almamışam güc nə alkoqol, nə narkotikdən
İradların varsa da, mənə maraqlı deyil
Rəsmimi yaradan çəkib
Bir neçə aydır Bakıda başıma qoyulur tac nahaq
Mən əbədi eşq sirlərilə dolu bir ev - Tac Mahal
Geridə qaldı dayanacaqda arxa qapıdan qaçmalar
Prospekt uşağı parıldayır, bir də çətin ac qalar
Bir neçə həftə keçər
Star boy gündəm banknot money back
Bir neçə gün küçə boyu gəzirəm
Çanta əvəzi bodybag
Bir nеçə saata hit yazıb tarixə düşsəm
Mənə bəsdir götür həyatı
Məndən daha sən yaxşı sür
Bir neçə dəqiqəlik rep səmimiyyət və eşqsə
Bir nеçə saniyədir sübut edirəm, bu işdə mənəm ən yaxşısı
Take it easy boy, I'm just flexing in building
Bütün dərdlərə doydum, hamısında təqsirimi bildim
Həssas sətirlərimin içində boğulan mənəm
Oldschol'un son zəng party'sində rep deyən oğlan mənəm
Bütün günü rep party
Hamı bizi tanıyır
Oldschool tam deyil biz qala-qala, yo
Cash pul sevgisi viran edir
Cream get the money
Dollar dollar bill, yo
Bütün günü rep party
Hamı bizi tanıyır
Oldschool tam deyil biz qala-qala, yo
Cash pul sevgisi viran edir
Cream get the money
Dollar dollar bill, yo

Другие песни исполнителя:

  • Mən söz vermişdim bir gün böyüyəcəm Hamı kimi olub hamıdan da seçiləcəm İki uşaq atası, sevimli ər olacam Evdə axşam, işdə hər səhər olacam Məktəbimi bitirəcəm hamısı "beş"lə İnstituta gedəcəm altımda "X5"lə Tələbə həyatı, dost tanış hər dəfə Həftədə bir dəfə gələcəm gec evə Beləcə həyatım keçəcəy plana uyğun Dərdsiz, problemsiz, ama durğun Yaxşı iş, əsl kişilərə uyğun Anam deyirdi vaxt gələr ki, eşidərəm uğurun Buna doğru gedirdi hər şey, dörd sinif əlaçı Yolu açıq bu uşağın həmişə Cəmiyyətə qoşulub gedim normal həyat yolunu Və məni incitməz heç vaxt həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı İllər keçdi, zərbələr gəldi dalbadal Yollarımı dəyişdim hədəfimə çatmadan Bir insan kimi, yaşamağ istədim Amma həyat itələdi həqiqətə varmadan Yüksək balla qəbul oldum, amma nə fayda Müəllimlər rüşvət istəyirsə əgər hər ayda Kimsə gəlir dərsə şoferiylə, mən metroyla Ədalət oyuncaq imiş, əlivə götür oyna Dərsdən çıxıb işə gedirdim, işdən isə studya Tanışım yoxsa deməli yaxşı peşə bir illüziya Sevgili tapmaqla problem tapmaq eynidi Smslər bahalı hədiyyənin yerini vermirdi Xoşbəxtlik sevmirdi varlı olmayanları Həyat sevirdi ancaq bu həyatdan doymayanları Cəmiyyət tapdaladı normal həyat yolunu Və məni sildi hesabdan bu həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Yaxşı ki, normal həyatdan uzaqda doğulmuşam Qaydalarımı başqası yox, mən qoymuşam Cəmiyyətdən bir addım qıraq, ya arxa, ya qabaq Keçdi vaxt, indi bax, Orxan yox Aid olmuşam Yaxşı ki, doğulmamışam milyoner ailəsində Alın təriylə nəyisə qazanmaq nədir bilməzdim Yaxşı ki, böyüməmişəm ciddilərin çevrəsində Gecə maraqçün qəbirstanlığa gedə bilməzdim Universitetə əgər getsəydim şoferimlə Metronun qabağında o qızı o gün görməyəcəydim Ərköyün böyüyüb, yıxılmaq nədi bilməsəydim Qalmağın çətin, amma zövqlü olduğunu bilməyəcəydim Qalstuk taxıb əgər ciddi işdə işləsəydim Kapüşon taxıb konsert vermək nədi bilməyəcəkdim Cəmiyyətə qoşulub getsəydim normal həyat yolunu Mənim xeyrimə bitməzdi onda həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı
  • H.O.S.T, H.O.S.T Bir daş altda, bir daş üstdə Qabağa getmək üçün denən "Baş üstə!" Fərq eləməz günahlı, günahsız Quru altda yanacaq bu ocaqda yaş üstdə Elə hey deyilir "Biz belə görmüşük" Amma kimdən? Bilinmir Küçələrə dağılan zir-zibilin, küləyin də Səbəbkarı mənim dilimdir Nə qədər dərddən, sərdən yazacaq bu qələm?! Yazılanlar da silinmir Gecə səhərəcən yuxusuz qal, otur Yaz, sonra təzədən yaz Çox dərindir, çox dərin getmə, gələr vadalaz Biz saf, təmiz, ləkə yaramaz Nə günah var balansımızda Nə də ki, düzgün ibadət və namaz Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Sənətdən pul çıxsın deyə, gərək ki, dal yelləsin Ya da ki, neqr tərzi iynə beyinə mal göndərsin Sevimli iş hobbi, vəzifə zəhlə tökən Bu gündən mən də adminəm, ləqəbim isə Əttökən Tısbağa pul qazandı, birdən oldu bərkgedən Kimlərdir başını yellədən? Kimdir dərk edən? Beyinə həkk edən, sovet düşüncələrinə Addımlarına əminlik qat, əl çək bu bəlkədən! Çıx bu kölgədən, qır divarları! Tapdaq altda qaldı beyin barları! Yatdı qaldı, qalxdı guya faydadır And-aman, çoxunun beyni tumandadır Haraya addım atasan ki, qaldıranda iy götürməsin?! Bu küçələr izini bizə ötürməsin! Fəth et, get Himalay dağların Bizi hirsləndirməkdən daha asan Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Yenə də duy məni, repeat-ə qoy məni Takta düş, repi tut sonra duy məni! Stereo səs, bass! Tape-də qur məni! Şprisə doldurub, damara vur məni! Hətta iliyimin içində nifrətim Kəllə sümüyünü sözümlə tərpədim Kütlə küt yoxsa ağıllı, var fərqi?! Beynivi qafiyələrlə kirlədim Şəhərdə onundan beşi - Kurtlar Vadisi tipi Vidi, görünüşü, kostyumu xarici Duruş, baxış sanki dünyanın sahibi Biz kölə, amma yazırıq tarixi Düz yol itir, döngələr qalır Yenə kölgədə bölgələr qalır Hər yer tüstü, bütün şəhər yanır Bütün qızlar, oğlanlar yanır Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart!
  • Ailədə üç uşaq idik, üçümüz də tez böyüdük Ya illər tələsdi, ya da qocalmağı böyümək zənn etmək Zamanın təkid etdiyi bir həvəsdir İnanıb yaşlanıram, bir az olar gəldim işdən evə Bağışla, söhbətə heç vaxt salam-dan başlamıram Piyada gəldim, istədim bir az yağışda qalım Sən Allah, bağışla, halım pisdir bir az Kefim də yoxdur sən deyən, hardasa artıq 18 ildir Sağ qonşum bərbər, bax bu böyürdəkisə gizirdir Hərbi hissə var burda bayaq topayla əsgərlər gəzirdi Gəl, çay süzüm, bağışla ev də tör-töküntüdür Tək qalıram, səliqə tək qalan kişini hörküdür Damım damır, evdə darıxmıram yağışçün Yoxdur deyə qapım açıq deyil dost-tanışçün 96-cı ildən çəkirəm bu zibili Cəhənnəm xatırladar mənə Bakını Necə Hüseyn Cavidə Sibiri Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni Gözlərindən susaraq danışım həyatım eşidir məni Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə İlk səsi eşidən kimi qaçmışdım çölə, uşaqlar həyətdə idi Gözümə qürubun elçisi olan qırmızı şəfəqlər dəydi Əzrail üfüqdəydi, gülləylə bir qanad çalıb Canın alıb, doğmalarımın ölümü önümdəydi Güllələrtək yetişən ailə 4 gülləylə yarım qaldı Qızımla qaçdım meşəyə, o biri dünyada yarım qaldı Budaqlardan çiynimə tökülən qar əriyir qanla Alışmış evlərdəki nalələrdən əriyir damlar Mərd insanlar döyüşdə ölümə qərq insanlar İllərin ağrıların mücrülərtək qəlbim saxlar Əllərimi açıb yalvardım - Ay Allah, dəyiş alın yazımı Əllərimin içində vurdular ayaqyalın qızımı Qalıb döyüşdüm iki il, qaçmadım Azərbaycandan Heyif qaytarmadı itirdiyim canları aldığım canlar Soyadımı daşımağa biri qalmayıb həyatda bu da bir dərd (Heç kim qalmayıb) Adımısa bəlkə öləndən sonra daşıyar küçə, ya məktəb Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni Gözlərindən susaraq danışım həyatım eşidir məni Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə Pəncərəmdən görünən yaraşıqlı şəhər üşüdür məni Gözlərindən susaraq danışım həyatım eşidir məni Tək qalanda bir otaqlı dünyamda, dörd divar içində
  • Bizi öyrədiblər - oyanmaq lazımdır səhər tezdən (Qalx!) Təhsil, karyera, uğur... həyatda bitmir pillələr (Heç vaxt!) Bizi öyrədiblər ki, dürüstlük əsas dəyərdir Valideynlər, doğmalar, qonşular və müəllimlər Bizi öyrədiblər ki, siqaret, həm də içki ziyandır (Yox!) Siqaret çəkən qardaşlar, içki içən atalar Bizi öyrədiblər ki, tələsməlisən, həyat dayanmır Sən geciksən də, olmur gecikən qatarlar Gün çıxanda gizlən, yağışda çətir gəzdir Dözməyi bacaraq, ancaq axı zəiflər çətin dözür (Ancaq) Çəkin müdirindən, (Çəkin!) işini itirməkdən daim qorx Susmağı bacar, lazım deyilsə demə sözün düzün Göstərmə əsl üzün, səmimilik pis cəhətdir İnsanlar yalançı olur, bizi öyrədiblər həmişə Ürəyin ağrımasın, kimisə görüncə dərdli Bizi öyrədiblər həmişə, bizi öyrədirlər həmişə Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Bizi öyrətməyiblər - ölüm bir gün döyəcək qapını Həyat məktəb deyil ki, mümkün olsun son partada gizlənmək Bizi öyrətməyiblər - ailə qurmaq oyuncaq deyil Əsas sevgidir, nəinki kağızda qol çəkmək! Bizi öyrətməyiblər, həyat bəzən olur alçaq Sən əzab çəkən şəhərdə kef edir hansısa alçaq Sən demə, qayğını verirmiş dövlət borca Sən böyüdükcə səndən də tez böyüyür borclar Bizi öyrətməyiblər - xoşbəxtliyimizə gedən yol Sən demə keçir qəlblərdən yox, hava limanından Bir günə dönər inamından, səmadan hay-küy çıxsa Bizi öyrətməyiblər - nə edək dost nankor çıxsa? Öyrədə bilməz həyatı nə kitablar, nə valideynlər Əsas atdığın addımlar və sabah atacağın Həyat kosmosdur, qərarlarımız teleskop Gələcək təyin edir hansı tərəfə baxacağını Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq? Çevrilir hədəflər arzulara Olanda tək ümid mahnılara Hardadır düz, harda yalanlar? Bəs indi kimə inanaq? (De) Nəyə inanaq?
  • Bu gülü bağışladım ki, sən dərk edəsən Bu gülü bağışladım ki, sən tərk edəsən Bu günü yaşadım ki, anlayasan bəlkə də sən Bu ömrü yaşamadım ki, sən məhv edəsən Zamanı verməyiblər ki, biz onu qaytaraq Qədrini bilmədikcə ancaq xəyallarda Həyatı verməyiblər ki, biz onu aldadaq Xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda Sevgini vərməyiblər təkcə ondan mahnı yazaq Bilirəm sətirlərimdə sevgi müqəddəsdi Torpağı verməyiblər təkcə orda qəbir qazaq İstərəm torpaqda bitsin mavi qızılgüllər Bahar vaxtı açıq qalan pəncərələrdən Baxıb güc alanda küçədə sevgililərdən Gizlədəndə gözlərimdə sevgimi hərdən Bu həyatı istəmədiyimi anlamışdım lap öncələrdən Qələmi verməyiblər mənə, mən tək səndən yazım Səhərlər ayırır məni sevdiyim gecələrdən Ürəyi verməyiblər mənə orda tək səni daşıyım Bu qəlbi qırıq-qırıq toplamışam bir neçə yerdən mən Bu günlər bizim ömrümüzdən keçər Mənim son ümidim açılan səhər Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə Biz dünyamızı döndərəcəyik yenə Vurulaq yenə, sarılaq yenə Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla Uşaq vaxtı axtarırdım möcüzələri mən Tapmadıqca tez-tez deyirdim ki, düzələr mən Maraqsızlaşırdı həyat böyüdükcə mən Gətirmir böyük arzuya böyük büdcələr Sən də bir möcüzə deyildin, nə qədər oxşasan da Sən də yaşada bilmədin, qanıma qarışsan da Sən də qalmayacaqsan yadımda uzun illər İstərəm torpaqda bitsin mavi qızılgüllər İnsanlar əl uzadır hərdən yerdən qaldırmaqçün Bu əllər heç vaxt qaldırmayacaq qanadlartək İnsanlar əl uzadır çox vaxt aşağıya dartmaqçün Qanadlarsa heç vaxt incitməyəcək əllərtək Mən artıq istəmirəm adi insan, adi həyat tərzi Artıq istəmirəm əvvəlcədən bilim gələn fəsli İstəyirəm ki, mənim üzümə gülsün göylər İstərəm torpaqda bitsin mavi qızılgüllər Bu günlər bizim ömrümüzdən keçər Mənim son ümidim açılan səhər Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə Biz dünyamızı döndərəcəyik yenə Vurulaq yenə, sarılaq yenə Son dəfə rəqs etmədik yağışda, mənə mavi qızılgülü bağışla De ki, gözləməmisən sən də möcüzələr De ki, görməmisən yuxuda heç vaxt uçduğunu De ki, saymırsan özünü hamıdan fərqli De ki, istəmirsən bir gün qızıl balıq tutmaq Qorxma, uşaqlıq deyil bunları xəyal etmək Məncə, mümkünsüz deyil hər şeyi real etmək Mən dəli olmamışam, göz yaşını sil artıq Mən istəyirəm ki, insani dərdlər bitsin artıq Mənə göydən gəldi bu toxumlar hədiyyə Bu deyil bir işarə, bənzəmir dini vəhiyyə Dedilər bunu əksən torpaqda bitsə əgər Mavi qızılgüllər sən də olacan bizdən biri Mən özümlə aparmaq istədim səni uzaqlara Sənsə inanmırsan, dözürsən bu yalanlara Mən sonsuz yaşayacam de bütün insanlara Artıq tab gətirmədim dünyada üsyanlara Bu günlər bizim ömrümüzdən keçər Mənim son ümidim açılan səhər Sənin əllərin mənim əlimdən ayrılaraq qovuşar əbədi göylərə Biz dünyamızı döndərəcəyik yenə Vurulaq yenə, sarılaq yenə Son dəfə rəqs etmədik yağışda, məni bağışla, məni bağışla