Татарский переводчик Узбекские песни

Песня «Azərbaycan»
исполнителя Eldar Mansurov.
Скачать или слушать онлайн

Текст песни:

Qoca şərqin qapısı, odlar diyarı
Mərd igidlər qalası, zəfər meydanı
Canlı tarix yaşadı neçə şəhərin
Hər gün xeyrə açılır sənin səhərin
Gözü qalıb yadların əsrlər boyu
Qalib gəlib düşmənə Babək, Koroğlu
Adın düşüb tarixə, igid vətənim
Məğrur oldun hər zaman, sən əyilmədin
Odun var canında, qurbanın olum
Sənin övladınam, odlar diyarım
Qüdrətin var, azad vətənim
Xoş, firavan yaşar millətin
Haqq yolunu seçib öndərim
Var duası uca göylərin
Hər qarışın mənə əzizdir
Sən ürəyim, Azərbaycanım
Tək səninlə həyat gözəldir
Sən mənimsən, Azərbaycanım
Mavi gözlü Xəzərin sular sonası
Heyran edir Göygölün yaşıl aynası
Başı qarlı dağların varmı heç tayı?
Bol bəhrəli bağların dadlı meyvəsi
Tanrı verib sərvəti, qara qızılı
Ağ günlərə yol açdı, özü ruzili
Neçə dahi dünyaya burda göz açdı
Nələr verdi cahana, nələr yaratdı
Odun var canında, qurbanın olum
Sənin övladınam, odlar diyarım
Qüdrətin var, azad vətənim
Xoş, firavan yaşar millətin
Haqq yolunu seçib öndərim
Var duası uca göylərin
Hər qarışın mənə əzizdir
Sən ürəyim, Azərbaycanım
Tək səninlə həyat gözəldir
Sən mənimsən, Azərbaycanım
Hər qarışın mənə əzizdir
Sən ürəyim, Azərbaycanım
Tək səninlə həyat gözəldir
Sən mənimsən, Azərbaycanım

Другие песни исполнителя:

  • [Bənd 1] Sən qismətin əlindən qaçanım Sən quş olub uzağa uçanım Sənsiz mən neylərəm bu geniş cahanı, ay, ay, ay? Bu əzabı, yar, niyə verdilər? [Nəqərat] Mən daha dözmürəm Tək-tənha dözmürəm Mən sənsiz ölürəm, yar, yar, yar, yar Mən sənsiz neylərəm? Kölgənsiz solaram Mən sənsiz qalmaram, yar [Bənd 2] İlk baharım çəkilib gedirsən Bir xəzəltək tökülüb gedirsən Məni, yar, odlara sən atıb gedirsən, ay, ay, ay Bir ürəyi, gör, necə qırdılar! [Nəqərat] Mən daha dözmürəm Tək-tənha dözmürəm Mən sənsiz ölürəm, yar, yar, yar, yar Mən sənsiz neylərəm? Kölgənsiz solaram Mən sənsiz qalmaram, yar Mən daha dözmürəm Tək-tənha dözmürəm Mən sənsiz ölürəm, yar, yar, yar, yar Mən sənsiz neylərəm? Kölgənsiz solaram Mən sənsiz qalmaram, yar Mən daha dözmürəm Tək-tənha dözmürəm Mən sənsiz ölürəm, yar, yar, yar, yar Mən sənsiz neylərəm? Kölgənsiz solaram Mən sənsiz qalmaram, yar
  • [Bənd 1] Səvgimiz elə pərişan Bilmirəm, nəyləyim? Bir acı həsrət kimiyəm Nəyləyim, nəyləyim? Dərdimə dərman gəzirəm Ey təbib, neyləyim? Yalqızam, pünhan gəzirəm Nəyləyim, nəyləyim, nəyləyim? Nəyləyim, nəyləyim, nəyləyim? [Nəqərat] Ürəyim sevir, “dərdə döz” deyir Darıxır könlüm, neyləyim? Sitəmdir sevmək, yox ümid, kömək Düşürsən yada, neyləyim? Ürəyim sevir, “dərdə döz” deyir Darıxır könlüm, neyləyim? Sitəmdir sevmək, yox ümid, kömək Düşürsən yada, neyləyim? [Bənd 2] Dünyada qala bilmirəm Çətindir sevməyim Qismətim belə yazılıb Neyləyim, neyləyim? You might also like Azerbaijan 101 Azerbaijan All Stars The Twelve Days of Christmas Christmas Songs Jingle Bells Christmas Songs Bəxtimə düşən yazıdır Qəribdir gülməyim Dərdlərim məndən razıdır Bəs axı neyləyim? Nəyləyim, nəyləyim, nəyləyim? [Nəqərat] Ürəyim sevir, “dərdə döz” deyir Darıxır könlüm, neyləyim? Sitəmdir sevmək, yox ümid, kömək Düşürsən yada, neyləyim? Ürəyim sevir, “dərdə döz” deyir Darıxır könlüm, neyləyim? Sitəmdir sevmək, yox ümid, kömək Düşürsən yada, neyləyim? Düşürsən yada, neyləyim? Neyləyim? Ürəyim sevir, “dərdə döz” deyir Darıxır könlüm, neyləyim? Sitəmdir sevmək, yox ümid, kömək Düşürsən yada, neyləyim? Ürəyim sevir, “dərdə döz” deyir Darıxır könlüm, neyləyim? Sitəmdir sevmək, yox ümid, kömək Düşürsən yada, neyləyim? Düşürsən yada, neyləyim?
  • Ürəyimdə ayaz var Nə qış gedib, nə yaz var Oyatma bənövşəni Kol dibində ayaz var Kədərli axmayaydı Göz yaşım axmayaydı Yad baxmağı bir yana Yar yada baxmayaydı Ürəyimdə ayaz var Nə qış gedib, nə yaz var Oyatma bənövşəni Kol dibində ayaz var Bu dünya çətin qala Yolları çətin qala Yaxşı yarı yazda gəz Payıza çətin qala Qalanın daşı oldum Gözümün yaşı oldum Dünyada gün görmədim Sevəndə naşı oldum Bu dünya çətin qala Yolları çətin qala Yaxşı yarı yazda gəz Payıza çətin qala Yenə də axşam oldu Gün keçdi axşam oldu Gecələr mən alışdım Əriyən şam oldum Yanımda qal birazda Gözyaşı var arazda Yar yuxusun danışıb Şəkli qalib arazda Yenə də axşam oldu Gün geçti axşam oldu Gecələr mən alışdım Əriyən şam oldum
  • Mən bir günəş, sönməz atəş, odlu ürək Günəşəm, mən sizin Aygünəm Məhəbbəti, sadaqəti, gözəlliyi sevirəm Çünki mən Aygünəm, sizin Aygünəm Mənə elə baxma (ah) Mənə belə baxma (ah) Elə-belə baxma, məndən yoxdur heç yerdə Mənə elə baxma (ah) Ürəyimi sıxma (ah) Dağa-daşa çıxma, məndən yoxdud heç yerdə Mənim olsun incə qəlblər, zərif güllər Səmanı, dənizi sevirəm mən "Ay" var, "Gün" var, sevgi dolu bir Aygün var Hər kəs məni çox sevir, çünki mən sizin Aygünəm Mənə elə baxma (mənə elə baxma) Mənə belə baxma (mənə belə baxma) Elə-belə baxma, məndən yoxdur heç yerdə Mənə elə baxma (mənə elə baxma) Ürəyimi sıxma (ürəyimi sıxma) Dağa-daşa çıxma, məndən yoxdud heç yerdə Günəşin odunu alan mənəm, mən Bütün qəlblərdə qalan mənəm, mən Dənizin dalğası mənim gözümdür Tanrının duası mənim sözümdür Sevirəm cahanı, dünyanı mən də Hər kəs tapacaq dünyanı məndə Dostluğa sadiq Aygün kimiyəm Xəyanət edənə küskün kimiyəm Xalqın sevgisi yaşadır məni Yaşayıb gedirəm bəxtə düşəni Ay kimi Gün kimi gözəl Aygünəm Oxuyum sizin üçün, sizin Aygünəm Mənə elə baxma (ah) Mənə belə baxma (ah) Elə-belə baxma, məndən yoxdur heç yerdə Mənə elə baxma (ah) Ürəyimi sıxma (ah) Dağa-daşa çıxma, məndən yoxdud heç yerdə Mənə elə baxma (mənə elə baxma) Mənə belə baxma (mənə belə baxma) Elə-belə baxma, məndən yoxdur heç yerdə Mənə elə baxma (mənə elə baxma) Ürəyimi sıxma (ürəyimi sıxma) Dağa-daşa çıxma, məndən yoxdud heç yerdə Mənə elə baxma (ah) Mənə belə baxma (ah) Elə-belə baxma, məndən yoxdur heç yerdə Mənə elə baxma (ah) Ürəyimi sıxma (ah) Dağa-daşa çıxma, məndən yoxdud heç yerdə Mənə elə baxma.