Татарский переводчик Узбекские песни

Песня «Balaş»
исполнителя Ramil Qasımov.
Скачать или слушать онлайн

Текст песни:

〈Bənd〉
Gülüş doğru deyir, məhv oldun, Balaş
Hamı atdı səni, yıxıldın, Balaş
Uydum o dilbərə, uydum afətə
Saldım öz ömrümü bu fəlakətə

Ah, nələr çəkmədi bəlalı başım
İndi sellər kimi axır göz yaşım
Axır göz yaşım...

Bu açan güllər, ötən bülbüllər
Yar olmaz könlümə
Batmışam min qəmə
Bu aləm gülür mənə

Bu açan güllər, ötən bülbüllər
Yar olmaz könlümə
Batmışam min qəmə
Bu aləm gülür mənə

Lənət o bağçalara, bu bahara
Bunlara hara, mən hara?

Artıq məhv oldu həyatım mənim
Söndü taleyim, bəxtim mənim
Sənsən son ümidim, inan, Sevil
Söylə, hardasan, hardasan, Sevil?
Hardasan, Sevil?
Hardasan, Sevil?
Gəl, gəl, gəl, Sevil
Sevil...

Другие песни исполнителя:

  • 〈Bənd 1〉 Biz bu ellərin dağdan mətin, mərd oğluyuq Hər igidimiz Babək, Nəbi, Koroğludur Bu yollarımız – sevinc dolu həyat yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat 〈Bənd 2〉 Hər məqsədimiz yer üzünün səadəti Qoy birlik olsun, bu ellərin ilk qisməti Bu yollarımız – zəfər dolu mərdlik yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! 〈Bənd 3〉 Ey əziz ana, sən qalma məndən nigaran Bu şanlı gediş nə ayrılıqdır, nə hicran Bu yollarımız – zəfər dolu mərdlik yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! Salamat... Salamat... Salamat...
  • 〈Bənd 1〉 Uyu, uyuduğun torpaq sənindir Uyu, vətən adlı çıraq sənindir Ucalan üçrəngli bayraq sənindir Vətən üçün candan keçən şəhidim Uyu, uyuduğun torpaq sənindir Uyu, vətən adlı çıraq sənindir Ucalan üçrəngli bayraq sənindir Vətən üçün candan keçən şəhidim 〈Nəqərat〉 Sən gələn nəslimin ölməz örnəyi Azəri ananın qanlı örpəyi Müstəqil yurdumun sütun dirəyi Vətən üçün candan keçən şəhidim 〈Nəqərat〉 Ey şəhidim, ey igidim, ey nərim Ey sinəsi polad kimi səngərim Axır sözüm, inam yerim, and yerim Vətən üçün candan keçən şəhidim 〈Keçid〉 Azadlıq deyərək sən azad oldun Azadlıq uğrunda sən şəhid oldun Baş əyir ruhuna xalqın, millətin Vətən üçün Vətən üçün candan keçən şəhidim 〈Nəqərat〉 Ey şəhidim, ey igidim, ey nərim Ey sinəsi polad kimi səngərim Axır sözüm, inam yerim, and yerim Vətən üçün candan keçən şəhidim 〈Çıxış〉 Uyu... Uyuduğun torpaq sənindir Uyu... Vətən adlı çıraq sənindir Ucalan üçrəngli bayraq sənindir Vətən üçün Vətən üçün candan keçən şəhidim