Татарский переводчик Узбекские песни

Песня «Şəhidim»
исполнителя Ramil Qasımov.
Скачать или слушать онлайн

Текст песни:

〈Bənd 1〉
Uyu, uyuduğun torpaq sənindir
Uyu, vətən adlı çıraq sənindir
Ucalan üçrəngli bayraq sənindir
Vətən üçün candan keçən şəhidim

Uyu, uyuduğun torpaq sənindir
Uyu, vətən adlı çıraq sənindir
Ucalan üçrəngli bayraq sənindir
Vətən üçün candan keçən şəhidim

〈Nəqərat〉
Sən gələn nəslimin ölməz örnəyi
Azəri ananın qanlı örpəyi
Müstəqil yurdumun sütun dirəyi
Vətən üçün candan keçən şəhidim

〈Nəqərat〉
Ey şəhidim, ey igidim, ey nərim
Ey sinəsi polad kimi səngərim
Axır sözüm, inam yerim, and yerim
Vətən üçün candan keçən şəhidim

〈Keçid〉
Azadlıq deyərək sən azad oldun
Azadlıq uğrunda sən şəhid oldun
Baş əyir ruhuna xalqın, millətin
Vətən üçün
Vətən üçün candan keçən şəhidim

〈Nəqərat〉
Ey şəhidim, ey igidim, ey nərim
Ey sinəsi polad kimi səngərim
Axır sözüm, inam yerim, and yerim
Vətən üçün candan keçən şəhidim

〈Çıxış〉
Uyu...
Uyuduğun torpaq sənindir
Uyu...
Vətən adlı çıraq sənindir
Ucalan üçrəngli bayraq sənindir
Vətən üçün
Vətən üçün candan keçən şəhidim

Другие песни исполнителя:

  • 〈Bənd〉 Hüsnün gözəl ayətlərin, ey sevgili canan Olmuş bütün aləm də sənin şəninə sayan Gəl eylə nəvaziş, gəl eylə nəvaziş Mənə ver busə ləbindən Çünki gözəlin busəsidir aşiqə ehsan Çünki gözəlin busəsidir aşiqə ehsan Sordum ki, "könül hardadır?" aldım bu cavabı "Heç sorma, tapılmaz, onu axtarsa da insan" “Rəhm eylə” dedim gəl “Rəhm eylə” dedim, sel kimi göz yaşımı tökdüm Gəl qanım ilə oynama, ey afəti-dövran İnsafın əgər var İnsafın əgər var isə, söylə, bu Nizami Sənlə necə rəftar eyləsin, ey mahi-taban? Sənlə necə rəftar eyləsin, ey mahi-taban? Sevgili canan
  • 〈Bənd〉 Çünki oldun dəyirmançı Çağır gəlsin dən, Koroğlu Balam, ey... Səni gördüm, aşiq oldum Dərdə saldın canımı Ala gözlər dadlı sözlər Qara qaşlar, işvə, nazlar Can alan yar, tökdün nahət qanımı Gözəlim, gəl halımı sor, rəhm eylə Nazlı yarım, gülzarım, iftixarım, gəl Nədir əmrin, tacıdarım, sərvərim? Gecə-gündüz ayrılıqdan yandım hicran oduna Səni görcək, nazlı yarım, gedər əldən ixtiyarım Səni görcək, nazlı yarım, gülzarım, nazlı dilbərim, hey Gərək aşiq yar yolunda qalmasın can dərdinə Ala gözlər dadlı sözlər Qara qaşlar, işvə, nazlar Can alan yar, tökdün nahət qanımı Gözəlim, gəl halımı sor, rəhm eylə Nazlı yarım, gülzarım, iftixarım, gəl Nədir əmrin, tacıdarım, sərvərim? Gecə-gündüz, hey... Gecə-gündüz ayrılıqdan yandım hicran oduna Gecə-gündüz ayrılıqdan yandım hicran oduna Səni görcək, nazlı yarım, gedər əldən ixtiyarım Səni görcək, nazlı yarım, gülzarım, nazlı dilbərim, gəl, hey... Gərək aşiq yar yolunda qalmasın can dərdinə Ala gözlər dadlı sözlər sözlər Qara qaşlar, işvə, nazlar Can alan yar, tökdün nahət qanımı Nədir əmrin tacı darım dilbərim Nazlı yarım, gülzarım, iftixarım, gəl Nədir əmrin, tacıdarım, dilbərim?