Татарский переводчик Узбекские песни

Песня «Koroğlu Aşıq Mahnısı» исполнителя Ramil Qasımov. Скачать или слушать онлайн

Текст песни:

〈Bənd〉
Çünki oldun dəyirmançı
Çağır gəlsin dən, Koroğlu

Balam, ey...
Səni gördüm, aşiq oldum
Dərdə saldın canımı

Ala gözlər dadlı sözlər
Qara qaşlar, işvə, nazlar
Can alan yar, tökdün nahət qanımı

Gözəlim, gəl halımı sor, rəhm eylə
Nazlı yarım, gülzarım, iftixarım, gəl
Nədir əmrin, tacıdarım, sərvərim?

Gecə-gündüz ayrılıqdan yandım hicran oduna
Səni görcək, nazlı yarım, gedər əldən ixtiyarım
Səni görcək, nazlı yarım, gülzarım, nazlı dilbərim, hey
Gərək aşiq yar yolunda qalmasın can dərdinə

Ala gözlər dadlı sözlər
Qara qaşlar, işvə, nazlar
Can alan yar, tökdün nahət qanımı

Gözəlim, gəl halımı sor, rəhm eylə
Nazlı yarım, gülzarım, iftixarım, gəl
Nədir əmrin, tacıdarım, sərvərim?

Gecə-gündüz, hey...
Gecə-gündüz ayrılıqdan yandım hicran oduna
Gecə-gündüz ayrılıqdan yandım hicran oduna
Səni görcək, nazlı yarım, gedər əldən ixtiyarım
Səni görcək, nazlı yarım, gülzarım, nazlı dilbərim, gəl, hey...
Gərək aşiq yar yolunda qalmasın can dərdinə

Ala gözlər dadlı sözlər sözlər
Qara qaşlar, işvə, nazlar
Can alan yar, tökdün nahət qanımı

Nədir əmrin tacı darım dilbərim
Nazlı yarım, gülzarım, iftixarım, gəl
Nədir əmrin, tacıdarım, dilbərim?
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • 〈Bənd 1〉 Biz bu ellərin dağdan mətin, mərd oğluyuq Hər igidimiz Babək, Nəbi, Koroğludur Bu yollarımız – sevinc dolu həyat yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat 〈Bənd 2〉 Hər məqsədimiz yer üzünün səadəti Qoy birlik olsun, bu ellərin ilk qisməti Bu yollarımız – zəfər dolu mərdlik yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! 〈Bənd 3〉 Ey əziz ana, sən qalma məndən nigaran Bu şanlı gediş nə ayrılıqdır, nə hicran Bu yollarımız – zəfər dolu mərdlik yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! Salamat... Salamat... Salamat...
  • 〈Bənd〉 Sən eşqə layiq sevimli yazı Sevginlə ölməyə divanlar yazım Qəlbin lövhəsində Yazmışam Rəna Sənsən şeirimdəki O dərin məna Ey dostluq mülkünün xəzinədarı Səninlə gül açar ömrün baharı Sevgin həyatıma verəcək sinə Onunçün bəslərəm sənə məhəbbət Dərindən bəslərəm Sənə məhəbbət Ay gözəl yar Nazlı dildar Nazənin dilbər Saçları ənbər Çöhrəndən doğulmuş Ulduzlar, aylar Sənindir bəstələr Səni haraylar Əzəl gündən bu aşiqin Camalında gözü vardır Gülüstanlar xəzan olsa Sənin hüsnün bir bahardır Nazlı sənəm, gözəl pəri Gül camalın bir bahardır Səni sevən bəxtiyardır Səni sevən bəxtiyardır Sən gözəllər arasında əfsanəvi Bir mələksən Gözəlliyin bağçasında Tazə açan bir çiçəksən Könüllərdə xoş diləksən Könüllərdə xoş diləksən Könüllərdə Xoş diləksən

Похожие исполнители