Татарский переводчик Узбекские песни

Песня «Ulduz»
исполнителя Ramil Qasımov.
Скачать или слушать онлайн

Текст песни:

〈Bənd 1〉
Gəzsəm çəməni, dolansam bağı
Gülün yanağı andırar səni
Bir axar bulaq görsəm dalaraq
Yadıma dilbər gülüşün gələr
Yadıma dilbər gülüşün gələr

〈Nəqərat〉
Çıxıb seyrana
Bir şux ceyrana
Rast gəlsəm əgər
Ey nazlı dilbər

Səni anaram
Dalğalanaram
Sənsən şux yarım
Səbrim, qərarım

Səni anaram
Dalğalanaram
Sənsən şux yarım
Səbrim, qərarım

〈Bənd 2〉
Sən mənim ancaq
Bir laləyanaq
Körpə quzumsan
Dan ulduzumsan
Körpə quzumsan
Dan ulduzumsan

Другие песни исполнителя:

  • 〈Bənd〉 Gör nə günlərə qaldın Öz cəzandır, çək, Balaş Hamının üzü döndü Axır qaldın tək, Balaş İndi neyləyim mən? Ah, Sevil görən hardadır? O bu evdən gedər Görən nə haldadır? Gör nə günlərə qaldın Öz cəzandır, çək, Balaş Hamının üzü döndü Axır qaldın tək, Balaş Vermərəm könlümü bir dilbərə bundan sonra Olmaram mail o siminbərə bundan sonra Bax, dilbər, bərbad etdin Həyatımı, həyatımı Neçin uydun? Düçar oldun bu afətə? Özüm öz könlümü saldım zillətə Saldım öz ömrümü bu fəlakətə Aldandım dilbərə, uydum dilbərə Saldım öz ömrümü bu fəlakətə Bu fəlakətə... Neçin gəldin? Düçar oldun bu afətə? Neçin gəldin? Düçar oldun bu afətə?
  • 〈Bənd 1〉 Biz bu ellərin dağdan mətin, mərd oğluyuq Hər igidimiz Babək, Nəbi, Koroğludur Bu yollarımız – sevinc dolu həyat yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat 〈Bənd 2〉 Hər məqsədimiz yer üzünün səadəti Qoy birlik olsun, bu ellərin ilk qisməti Bu yollarımız – zəfər dolu mərdlik yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! 〈Bənd 3〉 Ey əziz ana, sən qalma məndən nigaran Bu şanlı gediş nə ayrılıqdır, nə hicran Bu yollarımız – zəfər dolu mərdlik yolu Salamat qal, əziz ana, Aydan, Gündən təmiz ana 〈Nəqərat〉 Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! Biz gedirik bu vətəni qoruyaq Bizimkidir doğma, əziz Qarabağ Arzumuz bu, məqsədimiz xoş həyat Salamat qal, ana, salamat! Salamat... Salamat... Salamat...