Татарский переводчик Узбекские песни

Песня «Sevgili Canan» исполнителя Ramil Qasımov. Скачать или слушать онлайн

Текст песни:

〈Bənd〉
Hüsnün gözəl ayətlərin, ey sevgili canan
Olmuş bütün aləm də sənin şəninə sayan

Gəl eylə nəvaziş, gəl eylə nəvaziş
Mənə ver busə ləbindən
Çünki gözəlin busəsidir aşiqə ehsan
Çünki gözəlin busəsidir aşiqə ehsan

Sordum ki, "könül hardadır?" aldım bu cavabı
"Heç sorma, tapılmaz, onu axtarsa da insan"

“Rəhm eylə” dedim gəl
“Rəhm eylə” dedim, sel kimi göz yaşımı tökdüm
Gəl qanım ilə oynama, ey afəti-dövran

İnsafın əgər var
İnsafın əgər var isə, söylə, bu Nizami
Sənlə necə rəftar eyləsin, ey mahi-taban?
Sənlə necə rəftar eyləsin, ey mahi-taban?
Sevgili canan
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • 〈Bənd〉 Gör nə günlərə qaldın Öz cəzandır, çək, Balaş Hamının üzü döndü Axır qaldın tək, Balaş İndi neyləyim mən? Ah, Sevil görən hardadır? O bu evdən gedər Görən nə haldadır? Gör nə günlərə qaldın Öz cəzandır, çək, Balaş Hamının üzü döndü Axır qaldın tək, Balaş Vermərəm könlümü bir dilbərə bundan sonra Olmaram mail o siminbərə bundan sonra Bax, dilbər, bərbad etdin Həyatımı, həyatımı Neçin uydun? Düçar oldun bu afətə? Özüm öz könlümü saldım zillətə Saldım öz ömrümü bu fəlakətə Aldandım dilbərə, uydum dilbərə Saldım öz ömrümü bu fəlakətə Bu fəlakətə... Neçin gəldin? Düçar oldun bu afətə? Neçin gəldin? Düçar oldun bu afətə?
  • 〈Bənd 1〉 Uyu, uyuduğun torpaq sənindir Uyu, vətən adlı çıraq sənindir Ucalan üçrəngli bayraq sənindir Vətən üçün candan keçən şəhidim Uyu, uyuduğun torpaq sənindir Uyu, vətən adlı çıraq sənindir Ucalan üçrəngli bayraq sənindir Vətən üçün candan keçən şəhidim 〈Nəqərat〉 Sən gələn nəslimin ölməz örnəyi Azəri ananın qanlı örpəyi Müstəqil yurdumun sütun dirəyi Vətən üçün candan keçən şəhidim 〈Nəqərat〉 Ey şəhidim, ey igidim, ey nərim Ey sinəsi polad kimi səngərim Axır sözüm, inam yerim, and yerim Vətən üçün candan keçən şəhidim 〈Keçid〉 Azadlıq deyərək sən azad oldun Azadlıq uğrunda sən şəhid oldun Baş əyir ruhuna xalqın, millətin Vətən üçün Vətən üçün candan keçən şəhidim 〈Nəqərat〉 Ey şəhidim, ey igidim, ey nərim Ey sinəsi polad kimi səngərim Axır sözüm, inam yerim, and yerim Vətən üçün candan keçən şəhidim 〈Çıxış〉 Uyu... Uyuduğun torpaq sənindir Uyu... Vətən adlı çıraq sənindir Ucalan üçrəngli bayraq sənindir Vətən üçün Vətən üçün candan keçən şəhidim

Похожие исполнители