Татарский переводчик Узбекские песни

Песня «Cəsarət»
исполнителя Hiss.
Скачать или слушать онлайн

Текст песни:

O qədər dərtlə, sərlə yüklənmişəm ki, gələn hər qram da dözülməz, ağır
Həyat qəmli notlarda, hətta yağan hər yağış da hüzünlə yağır
"Tək qalsan, üzülmə, çağır" deyənlərdi əsas üzənlər axı
Bu qaçıb yorulan ürəyimin təridi göz yaşlarımla gözümdən axır

Məni boğan hər şey sənin əllərinlə yapışır sanki bərk yaxamdan
Mənim olan hər şey sənin əlində, oluram sənsiz tərki-cahandan
Donan arzular, bəlkə yağan qar

Bahar gələcəkmi? hələki zaman var
Ölsəm də, bil ki, sənli yaramdan
Yaşıyacaq sevgim hər iki zamanda

Demə ki, "bura qədər", yetər axı, bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et
Ya da mənim üzərimə vurub odu yandır, onda bəlkə bitər bu bitməyən əsarət

Bu sevgidə qalıbmı cəsarət?
Bizi bitmiş hesab et
Necə geri dönək?
İzah et, izah et

Demə ki, "bura qədər", yetər axı, bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et
Ya da mənim üzərimə vurub odu yandır, onda bəlkə bitər bu bitməyən əsarət

Bu sevgidə qalıbmı cəsarət?
Bizi bitmiş hesab et
Necə geri dönək?
İzah et, izah et

Var hər gedişin dönüşü
Bu səfər niyə dərt-sərə dönüşür eşq?
Ya gəl danışaq görüşüb
Ya da kəsib ataq hər şeyi bölüşüb

Dərdi mənə ver mənə, mənə
Nədən ayrılıq, qaranlıq elə mənə?
Necə əl çəkim? izah elə
Çevirim üzümü gedim, yaraşmaz axı mənə

Buxarlı pəncərənin kölgəsi, üstünə yazılıb adlarımız
Bizi gözləyir bu qapıda, ikimiz, qurduğumuz o xəyallarımız
Axı unuda bilmərəm onu ölsəm, onun nur üzünü bircə dəfə görsəm
Necə yaralayıb ürəyi gedirsən, necə ağrı verir axı bir bilsən?.

Demə ki, "bura qədər", yetər axı, bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et
Ya da mənim üzərimə vurub odu yandır, onda bəlkə bitər bu bitməyən əsarət

Bu sevgidə qalıbmı cəsarət?
Bizi bitmiş hesab et
Necə geri dönək?
İzah et, izah et

Demə ki, "bura qədər", yetər axı, bu bədəni yaralayıb apardığın ürəyimi geri gətir, azad et
Ya da mənim üzərimə vurub odu yandır, onda bəlkə bitər bu bitməyən əsarət

Bu sevgidə qalıbmı cəsarət?
Bizi bitmiş hesab et
Necə geri dönək?
İzah et, izah et

Другие песни исполнителя:

  • Unuduram səni mən Səsini, gülüşünü, üzünü, baxışını Daha unuduram məni mən (məni mən) Geri dönüşü yox, bizimlə bir işi yox Sevgi gediş ilə ölməz Nədir səbəbi? De Mənə bu yaraları yana-yana Verib daha sönməz İçimdə yanır alov, keçir hər yanım alov Yavaş-yavaş unuduram səni mən Bu səfər unuduram Və daha yorulmuram Gülərək unuduram səni mən İnan, vecimə deyil Demirəm, inan, heyif Oluram eşidəndə dəli mən Adının hecasını Ürəyə necə sığır Bu qədər yalan axı nədir bəs? Mənə de, bunlar axı nədir bəs? Nəfəsini tut gözünü yumub Həyatımın üzərinə bulud olan bu zülmün Əvəzimi bu? Sözünü unut Bir adamın gedişinə səbəb olan bu sevginin tələsimi bu? Əvəzimi bu? Ürəyimə ağır olur, çəkir Amma ağır olur, tərəzimi bu? Bir uşağın keçib gedən həvəsimi bu? Əvəzimi bu? Nəfəsini tut gözünü yumub Həyatımın üzərinə bulud olan bu zülmün Əvəzimi bu? Sözünü unut Bir adamın gedişinə səbəb olan bu sevginin tələsimi bu? Əvəzimi bu? Ürəyimə ağır olur, çəkir Amma ağır olur, tərəzimi bu? Bir uşağın keçib gedən həvəsimi bu? Əvəzimi bu? Nəfəsini tut Nəfəsini tut gözünü yumub Həyatımın üzərinə bulud olan bu zülmün Əvəzimi bu? Sözünü unut Bir adamın gedişinə səbəb olan bu sevginin tələsimi bu? Əvəzimi bu? Ürəyimə ağır olur, çəkir Amma ağır olur, tərəzimi bu? Bir uşağın keçib gedən həvəsimi Əvəzimi bu? Nəfəsini tut
  • Aldığın qəlbimi, gəl, geri ver mənə Səni xatırladır nədənsə hər tərəf Soyuq və üşüyürəm, halım sərsəfil Gözünü gözlərim axtarır hər zaman Başlarda inanmamışdım, amma yalnız qaldım Hissimə qarşı gərək duyğumu yanıltsaydım Qaranlıq düşüncələri gecə qucaqlasam Sevgimi qəlbimə qazıdım Üstümə gələni itələdim digər tərəf Hər kəsin tək düşündüyü olmuş mənfəət Ruhum oldu buz Tapmadım hüzur daha Heç danışma, sus Bizi sovurur vaxt Eyni qalmalıydıq Bizi bizə düşürən karmamıydı? Sözlərimizə sadiq olmalıydıq Bir yerdə bizi tamamlayardıq Sənə səbrim çox mələk Bu gün tutdum bir dilək Bəlkə qalsaq, anlarıq biz-bizə Bizə lazım fasilə Sənə inandım mən mələk Bu gün tutdum bir dilək Bəlkə qalsaq, anlarıq biz-bizə Bizə lazım fasilə Sənə səbrim çox mələk Bu gün tutdum bir dilək Bəlkə qalsaq, anlarıq biz-bizə Bizə lazım fasilə Sənə inandım mən mələk Bu gün tutdum bir dilək Bəlkə qalsaq, anlarıq biz-bizə Bizə lazım fasilə Sənə səbrim çox mələk Bu gün tutdum bir dilək Sənə inandım mən mələk Bizə lazım fasilə Bizə lazım fasilə Sənin sualına cavab verim indi Nə qədər irəliləsəm, yolum yenə bitmir Taleyin oyunları açılmayan sirdir, bunu bildim Tək savaşıram indi Çəkir sağa-sola həyat, məni yorur Yaxın olan uzaq, qərib olur Yolum bir üçbucaq, tələ dolu Mənim yoxdur iki üzüm, nədir, odur (Sənə səbrim çox mələk) (Sənə səbrim çox mələk) (Bizə lazım fasilə) (Bizə lazım fasilə)
  • Qorxuram hamıdan Hamının nəzəri Adətin əzəli Var adımın bəzəyi. Qorxuram adımdan Adıma söz var Baxan çox göz var, Bacarsan döz qal. Qorxuram yanında, Qorxduqca dinmədim, Olduqca şiddətin, Denən nədir niyyətin? Qorxuram alınmaz, Dinməyim yaramır, Sənin hər yalanın bax səbəbidir yaramın. Aldatdın bəsdi! Ağlatdın bəsdi! Durduqca səssiz mən denən nədir qəsdin?! Aldatdın bəsdi! Ağlatdın bəsdi! Durduqca səssiz mən denən nədir qəsdin?! Sus! Danışsın gözlərin. Sən sus ki, mən danışıram dözməyi. Gözlərində Düzü görməyincə bil Dəyişəcək bu dünyanı hər dəfə ölməyim. Ağladır O vaxt güldürən, Var üzümdə təbəssüm içimdə gülmürəm. Güclü idim ki, Sən güclü idin. Sənin arxanda var idim qalxanda hündürə. Bu sevgi xəstəlikdir Mən oluram yoluxan. İstəmirəm silahımı yenə sənə doğruldam. Vurduğun zərbələr Hisslərimə toxunar İstəmirəm susum ama danışdıqca qorxuram. Qorxuram hamıdan, Hamının nəzəri, Adətin əzəli, Var adımın bəzəyi. Qorxuram adımdan, Adıma söz var, Baxan çox göz var, Bacarsan döz qal. Qorxuram yanında, Qorxduqca dinmədim, Olduqca şiddətin, Denən nədir niyyətin? Qorxuram alınmaz, Dinməyim yaramır Sənin hər yalanın bax səbəbidir yaramın. Aldatdın bəsdi! Ağlatdın bəsdi! Durduqca səssiz mən denən nədir qəsdin?! Könlümü sən qırdıqca bu qəlbim nəbz vurmur. Hər dəfə sən üzdükcə məni göz yaşlarım durmur. Güclüyəm yenədə Güclüyəm yenədə Güclüyəm yenədə Mən güclüyəm hələdə Qorxmuram daha mən. Güclüyəm yenədə Qorxmuram daha mən Güclüyəm hələdə.
  • Mənim sevgim NASA Danışarıq, yazsan Əldə eləmək asan De, çünki mənə yadsan Mənim sevgim NASA-A-A-A Danışarıq, yazsan Əldə eləmək asan De, çünki mənə yadsan Saçlarıma tumar çək Mənim oyunum qumar, cek Atıram ünvan, gəl Gözlərimdə Gün var, ey Dastan bu anlar Masada şampan Pıçıldayır asta Qapıları açsa, qucaqla Uzaq adalar üzərsək Yollara gülləri düzərsən Ya qal, ya get, ya sən, ya heç Aldığım nəfəssən Uzaq adalar üzərsək Yollara gülləri düzərsən Ya qal, ya get, ya sən, ya heç Aldığım nəfəssən Mənim sevgim NASA Danışarıq yazsan Əldə eləmək asan De, çünki mənə yadsan Mənim sevgim NASA-A-A-A Danışarıq yazsan Əldə eləmək asan De, çünki mənə yadsan Ulduz parla, saç nur Yuxarıda U-u-u-ulduz parla, saç nur Yuxarıda Gecələr yenə gəl, hələ də ətrin evimdə Yenidən su olub əriyir buz Ulduz Danışır hisslərim, dəlilik elədiyi Toxunur bədənim səmalara Hələlik sus Ulduz Parla Mənim sevgim NASA Danışarıq yazsan Əldə eləmək asan De, çünki mənə yadsan Mənim sevgim NASA-A-A-A Danışarıq yazsan Əldə eləmək asan De, çünki mənə yadsan
  • İndi dönüb baxsanda o xoş bir duyğulardan qəlbində nə qalıb?! Ömür ötüb gedincə həsrət qaldım sevincə, Bildim xoşbəxt günlərim səninlə yaşanır. Sən heç də gəl düşünmə sevdiyim o günlərdən ayrı düşmüş xəyal. Sənin gözəl baxışların, sənin şirin arzuların, Deyir yalnız mənimlə qal. Sənin gözəl baxışların, sənin şirin arzuların, Deyir yalnız mənimlə qal. Sən hər sözümdən inciyib küsən ayrı düşən gözəl gəl üzmə qəlbimi. Sənin eşqinlə yaşadım inan, unutmadım bir an sənsiz ömrüm yalan. İndi dönüb baxsamda yenidən heç duymadım sənin sevgindəki səsi. Sən mənim arzularımdan keçən bir ömrün nəğməsi. Ayrı düşsəmdə bil ki, mənsiz qalsanda bir gün o sevgin yaşamaz. Səninlə yaşadığım həsrətli bir sevgi var. Bitmiş həyat sevinci səninlə qayıdar. Sən heç də gəl düşünmə sevdiyim o günlərdən ayrı düşmüş xəyal. Sənin gözəl baxışların, sənin şirin arzuların, Deyir yalnız mənimlə qal. Sənin gözəl baxışların, sənin şirin arzuların, Deyir yalnız mənimlə qal. Sən hər sözümdən inciyib küsən ayrı düşən gözəl gəl üzmə qəlbimi. Sənin eşqinlə yaşadım inan unutmadım bir an sənsiz ömrüm yalan. İndi dönüb baxsamda yenidən heç duymadım sənin sevgindəki səsi. Sən mənim arzularımdan keçən Bir ömrün nəğməsi...