Татарский переводчик Узбекские песни

Песня «Repressiya»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Heç nə ilə əvəz olunmur əzablar soyuq zirzəmidə
Son ümidlərim də batdı azadlığım batan gəmidə
Hər gün qətliam, nə isə, mən yenə təxirə salınmışam
Səhər-axşam eyni işgəncə, eyni əzab, yox inam
Mühakiməsiz ölüm hökmləri, onun qurbanları yazıq
Onun qurbanları biz, hər kəs bizdən narazı
Qəhrəmanlara dağ çəkildi, damğa vurulub öldürüldü
Şəhidlər vətən xaini kimi tanındı, görüldü
Bölündü qəlblər, cəsədlərdən divarlar hörüldü
Mən sürgündəyəm, dost
Mənim üçün də hökm verildi
Səbəbini bilirsən, yazdıqlarım və yazmadıqlarım
Bu məktubu da yandır, haqqında heç nə yazma bunların
Katorqada rejim ağır, dərd üstünə yığır dərd
Biz buralara nabələd, şaxta kəsir sərt
Hətta yağır dərd yağışlarla
Bağışla da, yazdıqlarım yıxır qəlbi, dağıdır
Sıxır qəlbi, ağrıdır
Repressiya qəribə mühitə bağlıdır, inan ki
Burada olmayıb dostluq və sevgi
Nə musiqi, nə şeiriyyat
Nə də həyat olmayıb sanki (sanki)

Другие песни исполнителя:

  • Yoxluğumu tapıb çıxarmağı gəl, əynimdən başla Bütün bədənim ölə bilər mənim tək beynimdən başqa Gəl danışım sənə insultdan, içkilərdən, nevrozumdan Demə ki, əsl şairlər ölüb qaraciyər serrozundan Şeytan çartlayan məqbərələr, dağılan sərdabələrdi Sirli ahid sandığı uğrunda gəbərən sərkərdələrdi Saxta övliyaların hədislərinin xurafatları Cahillik, avamlıq, "Danabaş kəndinin əhvalatları" Ya da ki, körpənin dünyaya necə gəldiyini bilməsidi İfritələrin xəyanəti, fahişə qadının hiyləsidi Süni xrizantem göz yaşı və qucaq göstərər Yumru dünyanı bəşər övladına üçbucaq göstərər Arzuların rekviemi qələm, kağız, təknə, dəniz Bozqurdun yaşamağının Turan olduğu tək nədəni Şirin kaprizləri tuşlanıb qəlbimə silah kimi Dilimdən düşmür möminin dilindən "Bismillah" kimi Mənim sevgim qibləgah, Tac Mahal, Ayasofyadı Mənim sevgim sevgidən də müqəddəsdir, paranoyadır O qədər pak və safdı həsəd aparar iblislər İnsanları reallıqlar yaşadırsa, məni hislər Bəs onda kim gizlər nəmli gözləri pəncələrimdən? Sən danış "bəlkə"lərindən Mən danışım "məncə"lərimdən Həqiqətin bəlasından danış göstər xətasını Şeytan gəldi hər kəs gözləyirdi "Xaç Atası"nı
  • Şeiriyyatla bol qeyd xarabamda Sətirlərim zəhər karandaşım Qara Mamba Bir də qara banda haqqını tapdalasa Susmasan başın evə gedər salafanda! Burda belə yazılıb qanunları cəngəlliyin! Onlar adam ətindən kabab çəkir, xəngəl yeyir Eşidən qulağı kəsir, görən gözü çəngəlləyir Dostları dar ağacından asıb, sevgini əngəlləyir Hər kəsə sən gəl deyib Biz də səngərdəyik Ən dərin xəndəkdə biz İnanmadan inanclara Hədəfə çatmış kim? #OnÜç 5.45, 7.62 Qafiyəmin 15-i Şərqə çatır, 5 Qərbə! Eşitsin ASALA, P.K.K., Peshmerga! Bizdə MGT var! Yeni nəsil Difai! TAOW Qurdun Ordusunda hər kəs fədai Qaldırın temperaturu əlimdə əridim giliz NMD, Brony Bro, Karabin, Mərdümgiriz Sözlərimi itiləmişəm, dibinə qədər yonub salmışam! Mən Turana gedən yollarda donub qalmışam Sən elə bilirsən sən azadsan?! Yox, yox bu heç belə deyil Çünki, sən hər iki seçimə tabesən Birindən əl çəksən belə İkincidə onların seçimidir Onlar çox, çox əvvəl bizim yerimizə artıq seçim ediblər Sizin üçün artıq heç nəyin fərqi yoxdur Həmrəy olanlar gözümə dəyir həmrəng kimi Qollarım Dəmir Qapı Dərbənd kimi! Okaber epidemiya, vərəm, ruhi xəstəlikdi Dağıdır organizmi xərçəng kimi Yalana gerçək kimi görsənən kod vurular Mən isə həqiqəti məşəl edib od vururam! Tərsinə akkord vururam həyatın zərbələrinə Ən dərin yaralarıma yod vururam Ulduzlardan çox tanınan Karabin underground Mən Adolf Hitler, sevgilim Eva Broun Sindrom Down, Soprano, Supereme NTM Miri Yusifin Yarım Dünyası rekviemdi İnsanlıq sizdə qalsın, biz Qurda döndük! Mən üzsüzlüyü, ikiüzlüyü burda gördüm Əslində deyiləsi dastan qədər sözüm var idi Hərənizə 1-2 sətir yazıb, xırda-xırda böldüm Buralar cəngəllikdi elə bil Çunqa-Çanqa Xatirələrlə dolu idi Chilonzor, Ganga Çəkirəm bütün rəsmləri həyasız və çılpaq Boyalarım zəhər karandaşım Qara Mamba Mən sənə heç bir dünyanı vəd etmirəm Çünki bu həqiqətlərin içində çoxları dözə bilməyib Ya dəli adlandırılıb ya da, ya da ki, intihar Bağışla, amma əlimizdə olan budur
  • Sən olsaydın Nə bu yazılar olardı Nə qəmli süjetlərlə bol səhnələr Nə payızlar olardı Nə məni darıxdıran boş məhlələr Nə qızlar olardı Həyatımda səndən başqa Sən olsaydın Sevdiyim azadlıq Nə dəmir barmaqlıq Qollarımda qandal Yalvarırdım, sən qal Getmə, indi günah Açılmazdı sabah Həyatımda səndən başqa Sən olsaydın Hətta ölüm xoş gələrdi mənə Görüş yeri boş qalardı Yenə hədəfi unutsaydım Unudardım varlığımı Təki səni unutsaydım Heç bir kəsi unutmazdım Həyatımda səndən başqa Sən bir xəyal kimi gözümdən itdin Mənsə xəyalınla xəyala daldım Sən bir insan kimi gəldin və getdin Mənsə dünya kimi yerimdə qaldım Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını Eyni lənəti hər gecə pıçıldayaraq əzbər Sən həyatımda təksən, duyğulartək məxmər Sarışın, əsmər, ünvanlar dolu dəftər Həyata vurulan cəftə, buraxılan səhvlər məni uçurdan həblər "Бархат" oyundur həyat Bir gün şah, bir gün mat 4 sutka koma, süni nəfəs, aparat Təyinatım psixopat, mənə müxtəlif preparat Sonra sən gəldin, sonra sən getdin Heç kəsi sevə bilmədim, hamını özümə düşmən etdim Yazardıq melodramalar, yanımda qalsaydın Yazardıq melodramalar, sən olsaydın Sən olsaydın Nə bu yazılar olardı Nə də ki hər gecə gördüyüm ulduzlar olardı Nə kabuslar olardı Həyatım olardı bumbuz Olmazdı kabus həyatımda səndən başqa Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını