Татарский переводчик Узбекские песни

Песня «Fərqli Arzular»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Sevirdim sevgini, dəyişdim xəyanətə
Dahi əsərləri sevirdim, dəyişdim cəhalətə
Sevirdim əl uzatmağı, dəyişdim zərbəyə
Sevirdim sülh yaratmağı, dəyişdim müharibəyə
Sevirdim bayramları, dəyişdim faciələrə
Sevirdim şokoladı, dəyişdim fahişələrə
Atdığım addımlar baxmadan ardıma
Sürətimi dəyişdirdim təcili yardıma
Hər sətirdə vergül qoyurdum, dəyişdim nidaya
Sevirdim görüşləri, dəyişdim əlvidaya
Sevirdim arzuları, dəyişdim qəbirlə
Sevirdim danışmağı, dəyişdim sətirlə
Sevirdim dürüstlüyü, dəyişdim bəhanəyə
Sevirdim gülümsəməyi, dəyişdim qəhqəhəyə
Aqressiv satira, tənqid yazılır hər xanaya
Mən sevirdim cəmiyyəti, dəyişdim dəlixanaya
Hərdən
Fərqli arzular, fərqli duyğular
Yoxdur qorxum
Səndən
Üz döndərib həqiqət
Sən sevirdin, dəyişdin
Hərdən
Fərqli arzular, fərqli duyğular
Yoxdur qorxum
Səndən
Üz döndərib həqiqət
Sən sevirdin, dəyişdin
Sevirdin sevgini sən, dəyişdin ehtirasa
Mən gedəndə yazılarım dönəcək mirasa
Qardaşım, çox ayağımın altını qazan var idi
Deyərsən, Azərbaycanda belə yazan var idi
Yox, mən adi bir insan olardım
37-də yaşasaydım, repressiya qurban olardım
Həyatımı xırdalayıb yazdım çox hecalı şeirə
Orxan Mustafazadəni dəyişdim Okaberə
Sevirdim yenilikləri, dəyişdim köhnələrə
Uşaq meydançalarını dəyişdim səhnələrə
Həyatım düz gedirdi, mən dəyişdim tam əksinə
Məktəbdə sevgi məktubunu dinləyici "SMS"inə
Söz tapmayanda yazmamışam "Ляка"dan, "Лика"dan
Nə Premyer Liqa-dan, nə də ki "super Chika"dan
Bir az aqressiya, lirika, bir az satira
Varlığım bənzəyir 25-ci kadra
Hərdən
Fərqli arzular, fərqli duyğular
Yoxdur qorxum
Səndən
Üz döndərib həqiqət
Sən sevirdin, dəyişdin
Hərdən
Fərqli arzular, fərqli duyğular
Yoxdur qorxum
Səndən
Üz döndərib həqiqət
Sən sevirdin, dəyişdin

Sən sevirdin, dəyişdin
Ye-ah, ye-ah, ye-ah
Karabin, 20-ci Kalibr
Florida, "MadHouse Community"

Другие песни исполнителя:

  • Ölümlə həyat arasında bir addım var Cəmi bir addım var Azadlıqla qul olmaq arasında bir addım var Siz yazmadız Azadlıqla qul olmaq arasında bir addım var Azadlıq yaratdılar, sonunda dağıtdılar Nə mənim qanadım var qandalları qırım, uçum Təhlükə anında bir addım geriyə və hücum Bu sətirlər vücudum, həm yol, həm uçurum Bu sətirlər yaşayır bağlansa da əlim, qolum Bu sətirlər qoruyur sevgini, olmasa da sevgi Bu sətirlər fəryad qoparanların həyacan zəngi Başlıqsız sətirlərim, mənim obrazım çətin Yazılarımda tapılır izi qanlı cinayətin Həyatım kinayəsiz, insanlar aləmində Varlıların cənnəti, kasıbların cəhənnəmində Hərənin öz ölümü var, hər ömrün qəbahətləri Elə günahlar var sonsuz, yoxdu nəhayətləri Müxtəlif insanlar, müxtəlif düşüncələrlə Elə dözülməz yaralar var ağır dərəcələrlə Elə günlər yaşadım mən ki nələr görmüşəm mən Elə darvazalar var ki, arxasında çürümüşəm mən Elə dost gördüm ki, dar günümdə kor, qulağı kar Elə həkimlər gördüm, bugün xəstəliyimə səbəbkar Elə sevgilim olub ki, xəyanət ardınca xəyanət İndi məhəbbət də xəyanət nədənsə olub adət Bu hələ başlanğıc, hələ nə qədər fikirlər var Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! Elə rejim gördüm, despotizm, diktatura Elə həyat yaşayırıq, başdan ayağa karikatura Elə rüşvətxor gördüm, onu ancaq torpaq doydurar Çarəsi olsa Azərbaycanın adını korrupsiya qoydurar Elə şərait var, adlanır müharibə şəraiti Amma əsgər hər ay itir və çoxalır fərarili Elə evlər var yetimxana, divarlarında həsrət Elə qızıl imarətlər var, hasarlarında nəhlət Bazarlarında millət, rüşvət qanuna salınıb Elə şirin yuxularımız var, məsələn, Qarabağ alınıb Elə vətənim var, müğənnilər əsgərdən çoxdu Barları və gecə klubları səngərdən çoxdu Elə günlər olub, biraz çörək tapmaq qəliz olub Mülki də olmasa da, hərbidə yüz faiz olub Bu hələ başlanğıc, açılmayan sirlər var Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! Başlıqsız sətirlər yazanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə! (Mən sizdən fərqliyəm, siz ölürsüz, amma əbədi yaşayıram) (Çünki öz əsərlərində yaşayanlar ölmürlər) (Çünki öz əsərlərində yaşayanlar ölmürlər)
  • Heç nə ilə əvəz olunmur əzablar soyuq zirzəmidə Son ümidlərim də batdı azadlığım batan gəmidə Hər gün qətliam, nə isə, mən yenə təxirə salınmışam Səhər-axşam eyni işgəncə, eyni əzab, yox inam Mühakiməsiz ölüm hökmləri, onun qurbanları yazıq Onun qurbanları biz, hər kəs bizdən narazı Qəhrəmanlara dağ çəkildi, damğa vurulub öldürüldü Şəhidlər vətən xaini kimi tanındı, görüldü Bölündü qəlblər, cəsədlərdən divarlar hörüldü Mən sürgündəyəm, dost Mənim üçün də hökm verildi Səbəbini bilirsən, yazdıqlarım və yazmadıqlarım Bu məktubu da yandır, haqqında heç nə yazma bunların Katorqada rejim ağır, dərd üstünə yığır dərd Biz buralara nabələd, şaxta kəsir sərt Hətta yağır dərd yağışlarla Bağışla da, yazdıqlarım yıxır qəlbi, dağıdır Sıxır qəlbi, ağrıdır Repressiya qəribə mühitə bağlıdır, inan ki Burada olmayıb dostluq və sevgi Nə musiqi, nə şeiriyyat Nə də həyat olmayıb sanki (sanki)
  • Tozlanmış gitara, bir qutu maxorka, skripka, pionina Qarışır xatirələr, rəsmlər, fornarina Barışır bəxtsiz ömrü ilə İzolda Bu son qəmgin not, ritm, qəmli saksofon Nostalji günlərimdə don epizod kimi Bacarırsansa yandır nifrətimi yandır od kimi Mən yandırdım, sındırdım səndən qalanları Sevdiyin yalanları, unutdum olanları Səslər məni melodiyalar, uzanmış çox qısa yolla Sən akvarellərin yaratdığı cazibədar İzabella Zərif okapella, amma daxilən iblissən Məni həyatından tulla, çünki daxilən iblissən Həyatıma iz sən buraxdın, mən axtardım, darıxdım Yıxılmış ümidlərimi qurdum, yenidən yıxdım Çıxdım vəziyyətdən, amma halım özümdə deyil Həyatım zibil, sevdiyim xəyalım özümdə deyil Bu sənin rekviemin, fərqi yox, ya da mənim Qazandığım tək sənsizlik bu dünyada mənim Kürəyimə vurduğun xain zərbələr Ürəyimə qurduğun mərtəbələr yıxıldı Yox oldu
  • Mən meloman Ölüm havalar altında fərqli dünyam Bağışla atam, anam, məni dəyişdirdi zaman Mən meloman Mən meloman Ölüm havalar altında fərqli dünyam Bağışla atam, anam, məni dəyişdirdi zaman Mən meloman Boş flakonları yığırdı sandığa Necə sevdiyi əşyaları insan yığar, bax belə Essensiyadan hazırlanmış preparatlar Səhifələri itmiş "Decameron" Xatirələr və həmin pavilyon Və həmin "Amur və Psixeya" Bu sanki serial və yenə həmin seriya Bax belə Ölümü arzulayan insanlar az olmur "Mən melomanam" deyəndə razı olmurdu Bilirsən, musiqi hər şey, həm də heç nədir Səndə əsəb problemi, məndə içkidir Məndə də belə idi ilk addımları Söyürdüm düyünlərə üfürən qadınları Mən də insanam axı, sevirdim ürəkdən İndi isə həyatım yalnız tünd şərab Məhəbbət məktublarını yazan mürəkkəb Quruyub, rəngi illərlə bozarıb Ver o futlyarın üstünü toz alıb Onsuz qladioluslarda əzab Söndürdüm melodiyaları, söndürdüm (Söndürdüm, söndürdüm, söndürdüm, söndürdüm) Tək yaradan götürər məni aradan Mən qalaram Mən qalaram insanlar adlanan sıradan Mən meloman Tək yaradan götürər məni aradan Mən qalaram Mən qalaram insanlar adlanan sıradan Mən meloman Bax belə Mən meloman Bax belə
  • Hərdən külək gətirir ətrini Mənim sətirlərim bol Apar bir iki sətrimi oxusun dəysin xətrinə Mənim xətrim qalmadı Keçmişəm bütün xəttləri Külək gətirir ətrini Mənim sətirlərim bol Apar bir iki sətrimi oxusun dəli olsun Tamamlasın qafiyəni Yazdığımda əli olsun Sümüklərin sınmağı kimidi Axmağ kimi bir bəndənin Allahı danmağı kimidi Hələ bilinmir kim kimi Xəyanət üstünə benzin dağılanın Yanmağı kimidi (ey!) Yolumu özüm seçmişəm Sistemi devirənlərdənəm Repi pula dəyişəm yox Pula çevirənlərdənəm Üzünü və özünü itirməyən Hər kəsə hörmətim var Nolsunki ingilis bayraqlarıda Sevir hərdən məni Mən güllə vurum beynimə Sən zəhər iç Belə təsəvvürüm var idi Hitler öləndə İtlərin bayramı olurmuş Atlar öləndə görəsən kimin bayramı olacaq İtlər öləndə eləbil şaxta boran Eləbil şahdamaram Eləbil şah tapıram şah yaramır şahmatada İgidi öldür haqqını yemə sözünü şaqqalama Birdə çaqqala bax Hərdən külək gətirir ətrini Mənim sətirlərim bol Apar bir iki sətrimi oxusun dəysin xətrinə Mənim xətrim qalmadı Keçmişəm bütün xəttləri Külək gətirir ətrini Mənim sətirlərim bol Apar bir iki sətrimi oxusun dəli olsun Tamamlasın qafiyəni Yazdığımda əli olsun Hərdən insanlar danışır sən danışdığın kimi Küsənlər barışmır sən barışdığın kimi Yada mən alışdığım kimi Yada mən alışmadığım kimi Dalaşmağa gedirəm Qardaşımı yanıma alıb ormanda ulaşmağa gedirəm Səsim qabalaşmağa öyrənib Şərti şumda kəsmədim xırmanda yabalaşmağa gedirəm Biz dərtləşməya Siz dəbləşməyə Dəblə ayaqlaşmağa Dəblə əlləşməyə Həyat gözəlmiş məyər Varam gözəlləşməyə Biz gözəl dəyişməyə Siz gözəl deşməyə Mübarizə! Bunu xalq istər bizdən Xalq bizi çox dinləyir xalq artistlərinizdən Hürən itin ağzın bağla Xaltanı bur! Zəmanəyə bax ki xalq artistini xalq tanımır Hərdən külək gətirir ətrini Mənim sətirlərim bol Apar bir iki sətrimi oxusun dəysin xətrinə Mənim xətrim qalmadı Keçmişəm bütün xəttləri Külək gətirir ətrini Mənim sətirlərim bol Apar bir iki sətrimi oxusun dəli olsun Tamamlasın qafiyəni Yazdığımda əli olsun