Татарский переводчик Узбекские песни

Песня «Detonatorlu Bomba»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Текст песни не найден. Добавить?
Мы платим за добавление текста. Вам нужно авторизоваться, чтобы мы смогли вам заплатить
Отмена

Другие песни исполнителя:

  • Günahkar gözlərin var, səsin gəlir çox həzin Bu melodiyalarda zərif düşüncə gəzir, məni işgəncə əzir Ümidlər sona çatmaqdan, arzular gözləməkdən Məncə, bezir Nə sənin kaprizin, nə intihar cəhdlərin Heç nə qalmadı, yenə mənim indi var səhvlərim Zaman pozar vədləri, qalar məzar yerləri Yazar bəndləri Yenə qəlbim səni soruşar yağışa Xəstə ruhum danışa-danışa səni soruşar Bir az gülər, ağlayar, yenə barışar Ürəyim yanar, alışar Günahkar gözlərin var, bu məndəki paranoya Mənə lazım deyildi şan-şöhrət, eyforiya Həzin "Ave Maria" Mən dəlixana divarlarından bağırardım Səni çağırardım, sən isə ağlayardın bərkdən Lap ürəkdən gələn sözlər kimi Qəlbimdə yaşatdı, əlimdən qopardı səni Ən bədbəxt günlər tapardı səni, atardı səni Gözlərin sən yalan danışanda satardı səni Günahkar gözlərin var, məni yaşadan gözlərin Mənim kobudluğum və sənin yaşaran gözlərin Yadımda yenə soyuq noyabr, yağışlar Bağışla, əzizim, nifrətimə görə bağışla Bizi ayırır sətirlər, qatarlar ayırır Dəli olmuş şairlərin dövrü bitmiş sayılır Axtarma, bizə rekviyem həsr olundu Onun yazdığı dramalarda bizdən bəhs olundu Sevgi məhz onundur, onun adı ayrılıq Biz isə hər zaman xatirələrə qayıdırıq Və hər şərait yaradırıq ki, sadəcə unudaq Və sonunda Unuduruq... (Unuduruq...)
  • Sevirdim sevgini, dəyişdim xəyanətə Dahi əsərləri sevirdim, dəyişdim cəhalətə Sevirdim əl uzatmağı, dəyişdim zərbəyə Sevirdim sülh yaratmağı, dəyişdim müharibəyə Sevirdim bayramları, dəyişdim faciələrə Sevirdim şokoladı, dəyişdim fahişələrə Atdığım addımlar baxmadan ardıma Sürətimi dəyişdirdim təcili yardıma Hər sətirdə vergül qoyurdum, dəyişdim nidaya Sevirdim görüşləri, dəyişdim əlvidaya Sevirdim arzuları, dəyişdim qəbirlə Sevirdim danışmağı, dəyişdim sətirlə Sevirdim dürüstlüyü, dəyişdim bəhanəyə Sevirdim gülümsəməyi, dəyişdim qəhqəhəyə Aqressiv satira, tənqid yazılır hər xanaya Mən sevirdim cəmiyyəti, dəyişdim dəlixanaya Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin Sevirdin sevgini sən, dəyişdin ehtirasa Mən gedəndə yazılarım dönəcək mirasa Qardaşım, çox ayağımın altını qazan var idi Deyərsən, Azərbaycanda belə yazan var idi Yox, mən adi bir insan olardım 37-də yaşasaydım, repressiya qurban olardım Həyatımı xırdalayıb yazdım çox hecalı şeirə Orxan Mustafazadəni dəyişdim Okaberə Sevirdim yenilikləri, dəyişdim köhnələrə Uşaq meydançalarını dəyişdim səhnələrə Həyatım düz gedirdi, mən dəyişdim tam əksinə Məktəbdə sevgi məktubunu dinləyici "SMS"inə Söz tapmayanda yazmamışam "Ляка"dan, "Лика"dan Nə Premyer Liqa-dan, nə də ki "super Chika"dan Bir az aqressiya, lirika, bir az satira Varlığım bənzəyir 25-ci kadra Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin Sən sevirdin, dəyişdin Ye-ah, ye-ah, ye-ah Karabin, 20-ci Kalibr Florida, "MadHouse Community"
  • Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Mikrofonda Xaç Atası! Əzabın dərəcələrindən, yuxusuz gecələrimdən Danışım neçələrindən, biraz tempi artır Təbim Osama bin Laden, səsim terrordu Belə bir ordu qurdu əqidəmiz, Bozqurdu! Əlimdə "Mənim Mübarizəm", beynimdə Hitlerdi Sizlər əylənəndə, TAOW şəhid verdi! Neçələri ağzını, üzünü, gözünü əyib getdi Əlimi sıxanlar çox olub kal, dəyib getdi! Hərdən baxırdım, insanların saxtalarına Kasıb geyimləriylə dolu, uşaq baxçalarına Təsəlli səhər alınmadısa, eybi yox, axşam alınar Dost, dərdim var, torpaqda qəbrimdə şam yanar Mən isə var olanları bəzən yox bilərdim Gülmək yaraşsaydı mənə, yəqin çox gülərdim Bizləri sərhəd, bariyer, körpülər bölməsin Müharibə davam edir, amma körpələr ölməsin Adamın gərək adamı olsun bəzi hallarda Adamın adamı olmasa Adamın adamlığı da olmur bu zəmanədə Deməli bizim adamlığımız yoxdur Nə olsun ki, qarnımız hərdən ac, gözümüz toxdur Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar Pisi görür yaxşılar Nəfs oyunu deyil Könül yarışı bax Zamana buraxma Gömür axışı vaxt Xeyir və şər Veyil bəşər Heyif eyş-işrət Əməl geyin qəşəng Dönər meyid leşə Pislər əyib eşər Tütün xeyir, peşə Hər şeyin bədəli var Atanın səhvi oğuldan çıxar Ya səhvin, ya da oğlun olmasın Gün gələr səni də qorxudan çıxar Qorx ki, qorxmağa qorxun olmasın İnsan oğlunun yaxşısı az İnsaflı ol qarşısın al Çünki Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır Ölür yaxşılar, pislər çoxalır Ömür yaxşıdan, illər çox alır
  • Mən hər gün meditasiyada, sən mənə ateist deyirsən Fikirlərim maraqsız, sən Jan Batist deyilsən Əsərlərimə kağız, qələm, gülüm, bir də öz dünyam lazımdır Karabin obrazına RG, Okaberə Əli Xəyyam lazımdır İnsanlar yazdığım sətirlərdə nədənsə nifrət axtarırdılar Əlamət axtarırdılar, bayquşda lənət axtarırdılar Həyatın rəngini soruşdum, boz, bir də qara dedi "Пропорция"sı təyin olunmamış müharibə davam edir Sənə kim dedi ki, qorxma? Gözlərin bərəldi, qorx Yalan satıblar sənə, Əzrailin əlində kərənti yox Və mənə kafir deyən övliyalar şərab içib öləndə güldüm Dünyaya müqəddəs gələn də öldü, gəlməyən də öldü Məzar da zövqə görə olur, dostum, özün seç, bax Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) Bu sadəcə həyatdır, bu həyatın həyatları var Məsih, Nazaretli, Yehovanın övladları var Dəvələrin qanadları, binaların bərbadları var Pulları, maşınları, fahişə arvadları var Fiquru insanlardan ibarət olan şahmatları var "Kim daha çox qan içə bilər?" deyə zarafatları var Vətən sataraq yüksələn biznesmen adları var Erməni kirvələrinin soyqırım fəryadları var Mavi ekranlarda yetimlərə imdadları var İnsanı kütləşdirə biləcək qədər savadları var Zəhərin dadları var müxtəlif, özün iç, bax Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) Keçmişdə düşən ulduzlarla insanların öldüyünə inanırdım Evtanaziya əsrlərlə davam edirdi və canlanırdı İlk dəfə bir ruhani danışanda anladım, batildir Kürəyimdən güllə dəyəndə bildim, dostum qatildir Mən də peşmanam indi, hətta qalmadı xatirələr Bütlərin arasında sındı necə mansarda pəncərələr Biz fironları mumiyaladıq və modern günümüzə gətirdik Və hələ də fironlar var, Tanrımızı itirdik Hər ürəkdə bir Allah varsa, hər canda bir ürək Dilənçilərdən dərs alaq, bir miqdar azadlıq dilənək O tanınmır nə görünüşdən, nə də ki holoqramlardan O görünməz efirlərdə və çıxmaz şou-proqramlardan Bu yolda mən varam və yanımda bir neçə dəli şair Yolumuzdan döndərmir qara qeyb və tağı yalan şayiə Qeyrətsiz keçmişi qeyrətli gələcək almır heç vaxt Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) Salam, qonaq gəlmisən? Ölməyə hər cür şərait var Keç, bax (keç, bax, keç, bax, keç, bax) (Keç, bax, keç, bax, keç, bax)