Татарский переводчик Узбекские песни

Песня «Hər Günah İz Buraxır»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Müalicə dispanseri dəniz kənarında yerləşir
Körpə qışqırıqları, gülüşləri dalğalarla birləşir
Dünən buraxılan səhvlər
Bu gün şiddətli fəsadlar
İncə səsli fəryadlar
Amma ən dəhşətlisi ünsiyyətsiz məhkum körpə gözləri
O günəş görmək istəyir
Həyat ona qaranlıq kölgə göstərir
Ruhu təmiz, vücudu natəmiz, həkimlər aciz, qəzəblənir dəniz
Niyə o günahsız gözlər çarəsiz
Niyə nizamsız ləkə, iz buraxıb dumanlı xatirə
Cəmi iki yaşı var, amma hər an dayanar zaman, saat
Onun üçün həyat anasının buraxdığı səhvdə bitdi
Əllər zərif, nəfəs xəfif, bədən zəif tərəfdə itdi
Getdi ruhu cənnət axtarışında tapacaq əgər varsa
Ölüm durarsa, onun zəif ürəyi bir daha vurarsa
Deməli insaf var, mərhəmət yerin tutar
Heyf qəddar olan rəftar nədənsə ürək unudar
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Qayıdaq üç il əvvələ üniversitet həyatı tələbələr
Hər şey gözəl, sevinc dolu uğurlar, qələbələr
Zirvəyə mərtəbələr, amma bir qızın arzuları boş
Qulağa xoş gəlməyən duyğuları boş, qorxuları boş
Sözüm məğzi onun əxlaqsız həyat tərzi vulqar
Hər gün bar, disko, klublar, geceler bulvar
Hətta narkotik, LSD, sex, iyrənc öpüşlər
Onun üçün yad olub sevgi, pak hislər gənc görüşlər
Sərxoş gülüşlər hər gecə yataqlarda ehtiras
Özünə xas olan obrazda olmazdı həyata xilas
çox, az düz 3 il hər şey oldu toz
İmmun çatışmamazlığı, spid, həkimin qoyduğu diaqnoz
Həyat necə boz 9 aydan sonra daha da bozdu
Doğulacaq körpəsi pozulmuş həyatı bir anda pozdu
Dünən buraxılan səhvlər bu gün ağır nəticə
Körpə doğuldu, ona qayğı əvəzinə işgəncə
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır

Другие песни исполнителя:

  • Tozlanmış gitara, bir qutu maxorka, skripka, pionina Qarışır xatirələr, rəsmlər, fornarina Barışır bəxtsiz ömrü ilə İzolda Bu son qəmgin not, ritm, qəmli saksofon Nostalji günlərimdə don epizod kimi Bacarırsansa yandır nifrətimi yandır od kimi Mən yandırdım, sındırdım səndən qalanları Sevdiyin yalanları, unutdum olanları Səslər məni melodiyalar, uzanmış çox qısa yolla Sən akvarellərin yaratdığı cazibədar İzabella Zərif okapella, amma daxilən iblissən Məni həyatından tulla, çünki daxilən iblissən Həyatıma iz sən buraxdın, mən axtardım, darıxdım Yıxılmış ümidlərimi qurdum, yenidən yıxdım Çıxdım vəziyyətdən, amma halım özümdə deyil Həyatım zibil, sevdiyim xəyalım özümdə deyil Bu sənin rekviemin, fərqi yox, ya da mənim Qazandığım tək sənsizlik bu dünyada mənim Kürəyimə vurduğun xain zərbələr Ürəyimə qurduğun mərtəbələr yıxıldı Yox oldu
  • Baharın təravətini gətirən rüzgarın sərinliyi Amma o hələ uzaqlarda, hələ qışın gərginliyi Sevginin dərinliyi paranoia, düşünür qoca Onun sevgisi satdığı güllər kimi vəfasız, adi, olduqca mənasız Solduqca ömrü azalan güllər qalır dünyasız Lakin qoca nikbin və budur 8 mart İncə yaranmışların həyatına 1 damla sevinc gətirən vaxt Bugün çox gül tapır əksini və utanır səbəbsiz Saatlar əqrəbsiz, qələmlər aciz qalır, mürəkkəbsiz Dağıdır fikirləri, ətrafı bürüyən ətirləri Şəhərin küləkləri aparır uzaqlara pak sevgini, yaşadır nağıllarda Danışır uşaqlara, yaşadır arzularda və şirin yuxularda Görüşənədək, əlvida Və sevgililəri sevindirən satdığı çiçəklər Bir döyünən ürəklər üçün yaranan təbii istəklər Sevinir qoca, ani olaraq Qarşısında dayanan cavan oğlanın sevincinə şərik olmaq üçün Gözlərdə təbəssüm yaradaraq, gülüş oyadaraq Oğlana təqdim etdiyi güllərdə tamam başqa bir maraq Tamam başqa bir müəmma, başqa bir təbiət, aləm, yer, göy Başqa bir səma Rüzgarın təravəti gətirir uzaqdan baharı xatırladan ətirləri Lakin yağış isladır insanları günah kimi gizlədən çətirləri Məktublarda sətirləri dəfələrlə oxuyan bu cavan oğlan görüşə tələsir Unudub varlığını, xəstəliyinin ağırlığını Düşünür: Axı, bu gün o görüşə gələsi Onu dünyalar qədər sevirəm, gözləməsin Bir saniyə belə qalmasın tənha Onun göz yaşlarında bataram günaha O körpə kimi pak, kövrək, saf Oğlanın özü təyin etdiyi görüş yeri Bozarmış ətraf, yazılmış lirik epiqraf və növbəti paraqraf Yolun astanasında dayanan qız olanlardan xəbərsizdi Onun gözləri adi, nə sevinc, nə kədərsizdi "Sevgim qədərsizdi" - fikirləşib oğlan yaxınlaşır Həyəcandan əsir əlləri, içində ürək alışır Onun qeyri-adi davranışı, əlində bir dəstə gül Qızın marağına səbəb olur, bu ruhi xəstə Gülləri uzadır əllər, amma qız tanımır oğlanı Getdikcə sərtləşir, dəyişir, birdən ani olaraq, qəbul etmir hədiyyəni Çıxıb getmək istəyir Oğlan yalvaran gözlərində sanki şeytan bəsləyir Boş sözlər, qan dolmuş gözlər, baxışlar narazı Gülləri yerə atan əllər indi boğur qızı Öldürdü, yenə sevgilisinə oxşatdığı insan Yenə 8 mart və yenə növbəti qurban Qəzetlərdəki elan, hamıda qorxu hisləri Bu 13-cü qətl, bəlkə də lənət izləyir Oğlan axtarırdı, sonunda, hər şey ortada Həyatını qumara qoymuş insan kimi uduzub kartda Və 8 martda yenə 13 il əvvələ qayıtdı Biraz ağladı, xatirələrini göz yaşlarına tanıtdı O qız mənim illər öncə itirdiyim sevgilim deyildi Bu yenə o deyildi - oğlan öz özünə deyindi Barmağını kəsib qanla divara yazdığı 2 rəqəm 8 və 13, sanki lənət, cəhənnəm
  • Atasan bu dənizə özünü, o qədər boğulasanki Səhər tezdən gecəyə qədər hər kəs unutsun səni Ancaq yuxularda gələsən görüşlərə Yada ki, içdiyin zəhrimarlar qurutsun səni Atasan bu dənizə özünü (O qədər boğulasanki) Fəryadın, qovuşsun haraylara Son dəfə həsrətlə baxasan qağayılara Atasan bu dənizə özünü, çırpılasan qayalara Yazdığım bütün şeirləri də yırtıb aparasan Bu yarımadanın bağrından natamam qalan Bütün sevgiləri də dartıb aparasan! Atasan bu dənizə özünü, heçkəslə barışmadan Güvəndiyin dağların qarı dumana qarışmadan Varlı-kasıb yarışmadan çıxartmadan təmizə düzünü Siqareti yarım çəkib, atasan bu dənizə özünü Mavilərdən iyrənib, dostuna çevriləsən mavi ləpələrin Görəsənki, mavi dalğalar necə səpələnir Təpələrin külə döndüyü yerlərdən uzaq qaçasan Hündür bir yerdən uçasan yuxarı, sonra aşağı Pıçıldayasan bu cümləni Sən varsan varam Sən yoxsan yoxam! -Necə də gülməli Atasan bu dənizə özünü, qürura toxunmadan Onsuzda yox olmusan, daha da yox olmadan Dostlarla da artıq getməyəsən çiyin-çiyinə Bir də, həmin saçların ətrini dəyişəsən dəniz iyinə Dərin nəfəs alıb, hər kəsdən qisas alıb ölümlə həyat kimi Onunla mən: Məkkə və Mədinə, Dəclə və Fərat kimi Onsuzda əbədiyyət heç vaxt sevməmişdi Əbədiləri! (Heç vaxt) Bizimsə dualarımız açıq havalardan Titrədirdi müqəddəs sayılan məbədləri Atasan bu dənizə özünü, heç kəs oyanmadan Sübh namazından öncə, azan dayanmadan Yağış yağmadan, ya da yağış əvəzinə, daş yağmadan Qurunun oduna yaş yanmadan Yalanlarla baş aldadan Cəmiyyətdən uzaqlaşıb atasan bu dənizə özünü Sevgilər də saxlayasan salam-sağollarda Əlvidalara çatmamış saxlayasan yarı yollarda Mən isə darıxdım, səslədim səni Yemək sırasını səbrsiz gözləyən Kimsəsiz uşaq kimi səbrsiz gözlədim səni (Atasan bu dənizə özünü)
  • Mən meloman Ölüm havalar altında fərqli dünyam Bağışla atam, anam, məni dəyişdirdi zaman Mən meloman Mən meloman Ölüm havalar altında fərqli dünyam Bağışla atam, anam, məni dəyişdirdi zaman Mən meloman Boş flakonları yığırdı sandığa Necə sevdiyi əşyaları insan yığar, bax belə Essensiyadan hazırlanmış preparatlar Səhifələri itmiş "Decameron" Xatirələr və həmin pavilyon Və həmin "Amur və Psixeya" Bu sanki serial və yenə həmin seriya Bax belə Ölümü arzulayan insanlar az olmur "Mən melomanam" deyəndə razı olmurdu Bilirsən, musiqi hər şey, həm də heç nədir Səndə əsəb problemi, məndə içkidir Məndə də belə idi ilk addımları Söyürdüm düyünlərə üfürən qadınları Mən də insanam axı, sevirdim ürəkdən İndi isə həyatım yalnız tünd şərab Məhəbbət məktublarını yazan mürəkkəb Quruyub, rəngi illərlə bozarıb Ver o futlyarın üstünü toz alıb Onsuz qladioluslarda əzab Söndürdüm melodiyaları, söndürdüm (Söndürdüm, söndürdüm, söndürdüm, söndürdüm) Tək yaradan götürər məni aradan Mən qalaram Mən qalaram insanlar adlanan sıradan Mən meloman Tək yaradan götürər məni aradan Mən qalaram Mən qalaram insanlar adlanan sıradan Mən meloman Bax belə Mən meloman Bax belə
  • Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Əvvəl İçərişəhər bizim idi ser, indi sizin Yəni şəhər bizimdi, amma içərisi ingilisin İndi Qəddafiyə çökdü, əvvəl Səddamın İraqına Qorxuram sonra girər bizim maşının da bakına 70 il çaşdıq qaldıq, bizə niyə kommunist deyirlər Əvvəl müsəlman idik, indi terrorist deyirlər Özümüzü öyürük, deyəndə risovka bəyənirik biz Əvvəl namaz qılırdıq, indi maska geyinirik biz Əvvəl inanmadıqlarımıza indi inandırırlar Əvvəl Quran oxuyurdular, indi yandırırlar Əvvəl sələm götürürdük, indi kredit götürürük Özü də bankdan faizlə çeşid-çeşid götürürük Əvvəl bazarlıq eləyirdik, indi shopping eləyirik Əvvəl idman, indi çox vaxt doping eləyirik Əvvəl adətlər var idi, indi toylar efirdə Yatar, durar, içər, vurar hətta soyunar efirdə Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Əvvəl Cavid Məlikməmməd, Coni oxuyurdu Piter Pen İndi Aşot Məlikməmməd, Cavid oxuyur Piter Pen Sarı gəlini apardılar, biz blondinka axtarırıq Ayka, Nurka, Narka, Simka, Cinkə axtarırıq Əvvəlki adımız bəs idi, indi lazımdı CV Əvvəl "Спокойной ночи малыши", indi REN TV Əvvəl kinoteatrda "anşlaq" gələndə təzə kino İndi kinoteatr, çayxana, hər gün çay, domino Əvvəl düz danışmalıydın, düz yaşamalısan İndi düz yaşamaq üçün yalan danışmalısan Özü də gəldi-gəlmədi, yalan adətən danışırıq İnsanın gözünün içinə baxıb bədahətən danışırıq Bu gün varsan, sabah yox, qərb bu fikrə yaxındır Əvvəl Ben Laden lazım idi, indi qələmi sındı Yaşadığımız kainat eyni zamanda qazamatdır Ben Laden də anlamadı bu sadəcə həyatdır Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən