Татарский переводчик Узбекские песни

Песня «Yalquzaq»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Bu əsərlərə dramatikliyi bəxş edən cəsədlər
Verilən boş vədlər deyil yazdığım əsərlər
Cənazələr cismində kəsdiyim misralar mənim kultum
Son akkordları vurdum
İnsanla tamam, ayrı, fərqli, başqa varlığımız
Ölümdən sonra dəyərli olmaq oxşarlığımız
Xəstə jestlərim baş qəhrəmanıdır pyeslərin
Başlıqsız sətirlərim başlığıdır manifestlərin
Dostlar ən yaxşı günlərimdə hamısı yanımda
Ən pis günlərimdə yoxdur yarısı yanımda
Həyat bir dəfə verilmişdi, ölüm bir dəfə
Addımlayırdıq mən, bir də ölüm, ölüm, bir də mən
İnsanlar anlamadı ki, ulduzlar onlara məxsus deyil
Ruh azaddır gəlib-gedər, ömürlük məhbus deyil
Şairlər məni seçdi, sətirlər məni sevir
Mən sevirəm musiqini, çünki o, möcüzəni sevir
Arxamda əcəl, önümdə məzar
Mən qaçıram günahlardan uzaq
Toxunma mənə, məni rahat burax
Mən tənhalığı sevən yalquzaq
Arxamda əcəl, önümdə məzar
Mən qaçıram günahlardan uzaq
Toxunma mənə, məni rahat burax
Mən tənhalığı sevən yalquzaq
O öyrətdi mənə, həyatın müxtəlif qolları var
Qumar oynamaq istəyirsən? Qanuni yolları var
Varlı var, milyonları bir oyunda karta gedir
Fərqi yox, onsuz onun xoruzu da yumurta verir
O, elə körpə göstərdi mənə ki, hamı ondan iyrənir
Ana qucağında indidən dilənmək öyrənir
Var elə-belə deşilənlər, var damarı deşilənlər
Var bahalı fahişələr, var divara işəyənlər
Gənclik indi söz atıb tanış olmaqla yarışır
Yaş 30, hələ də "Bluetooth"la qız tutmağa çalışır
O göstərdi mənə, həyat yalan, nifrət doludur
Hamı susub şəhər, kənd, oba, el səs eləmir axı
Neftin bir barreli yenə filan qiymət oldu
9 milyona bir barrel bəs eləmir axı
O, məni fərqli yaratdı, boz ayda qurd dedi
"Beyinləri manqurt" dedi, "olanları yırt" dedi
Arxamda əcəl, önümdə məzar
Mən qaçıram günahlardan uzaq
Toxunma mənə, məni rahat burax
Mən tənhalığı sevən yalquzaq
Arxamda əcəl, önümdə məzar
Mən qaçıram günahlardan uzaq
Toxunma mənə, məni rahat burax
Mən tənhalığı sevən yalquzaq
Arxamda əcəl, önümdə məzar
Mən qaçıram günahlardan uzaq
Toxunma mənə, məni rahat burax
Mən tənhalığı sevən yalquzaq
Arxamda əcəl, önümdə məzar
Mən qaçıram günahlardan uzaq
Toxunma mənə, məni rahat burax
Mən tənhalığı sevən yalquzaq

Другие песни исполнителя:

  • Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim Sən ki, gənc qalmışdın yaddaşımda 17 yaşında Mən qocalırdım, sən isə cavan idin xəyalımda Uzun telli, ağ bədənli, incə belli Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim Sən ki, gənc qalmışdın yaddaşımda 17 yaşında Mən qocalırdım, sən isə cavan idin xəyalımda Uzun telli, ağ bədənli, incə belli Soyuyub sən demə əllərin Sən demə qocalıbmışsan sən də Şəhvətə gətirmir daha gözlərin Qocalmısan, gözəlim Soyuyub sən demə əllərin Sən demə qocalıbmışsan sən də Şəhvətə gətirmir daha gözlərin Qocalmısan, gözəlim, qocalmısan Yaralardan axan qanını saxlamır məhrəba Çox zəhərlidir nə süd, nə kəhrəba Boz səhrada şeytanı yəhərləmək İnsanı zəhərləmək kimi idi sənsizlik Tozlu akvarel, quaş, Rembrandt Bir növ xrizantem, rododendron Xatirələrə qərənfillər əkərdin Hündürlükdən qorxmasaydın, çox çəkərdin Mənə deməmişdin, amma yaz bunu Sən əvvəllər "yaz yağmuru" Ölməyə tələsirdin, amma yubandın Sular bulandığı gün ürək də bulandı Sən axı bütün arzuları devirdin Sən axı tək yatmağı sevirdin Heç kəsə demirdin dərin dərdlərini Gizlətdin yatağı cırmaqlayan əllərini Qırmızı dodaq, qırmızı filtr, tüstülər Bədən soyuqdan dona bilərmiş istidə Tənhalıq, depressiya, vahimə, soyuq tər Xatirələr, köhnə məktublar, bəd xəbər Alkoqol, narkotik, lirika, preparatlar Radioda "Vals Boston", qarışıq həyatlar Qarışıq saçlar, geyim, qarışıq işlərin Və pritona ayaq basan növbəti müştərin Süni gülüşlərin, qısa öpüşlərin Sənə pul qazandıran saatla görüşlərin Hər gün görürəm səni nə qədər alçalmısan Qırışıb əllərin, sən demə, qocalmısan! (Mən dəhşətə gəlmişəm) Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim Sən ki, gənc qalmışdın yaddaşımda 17 yaşında Mən qocalırdım, sən isə cavan idin xəyalımda Uzun telli, ağ bədənli, incə belli Soyuyub sən demə əllərin Sən demə qocalıbmışsan sən də Şəhvətə gətirmir daha gözlərin Qocalmısan, gözəlim Soyuyub sən demə əllərin Sən demə qocalıbmışsan sən də Şəhvətə gətirmir daha gözlərin Qocalmısan, gözəlim Soyuyub sən demə əllərin Sən demə qocalıbmışsan sən də Şəhvətə gətirmir daha gözlərin Qocalmısan, gözəlim Qocalmısan, gözəlim
  • Mən insanları tanıyıram qəribə tərzlərindən Görünüşlərindən Tanıyıram sağlam olanlarından Xəstə və ölmüşlərindən Mən insanları tanıyıram yalanlarından Yaxud düzlərindən Yaşıl, qara, qonur, ala, göy, mavi gözlərindən Mən insanları tanıyıram müqavilələrdən Müharibələrdən Müdafiələrdən, mühakimələrdən Mühafizələrdən, mübarizələrdən Mən insanları tanıyıram Uzun əlin əl atmaq vərdişi olsun gərək Bilirsən, kişinin düşməni də Elə özü kimi kişi olsun gərək! Mən insanları tanıyıram Bilinmir dünyanın sonudur, ya əvvəlidir Çörək və qırıntı qara bazar Qidamız "Mendeleyev" cədvəlidir Mən insanları tanıyıram Haqsız olurlar hərdən, tanıyıram Ölən əsgərlərdən, yanan binalardan Partlayan mədənlərdən Mən insanları tanıyıram Çoxları kimi qazanmır Okaber TAOW TAOW MGT, Legion13 sektor11, WolvesBaku Mən insanları tanıyıram Sevgi nədir, özün təxmin et hərdən Ayırır dəli kimi sevən Zaurları xəyanətkar Təhminələrdən Mən insanları tanıyıram Çəkilib yollarımıza qan çəpəri 13-cü imam deyiləm, lakin səsimi eşidən arxamca gəlir Mən insanları tanıyıram Çoxunuz yaşamadan həyatdan vaxt alırsınız Soyuq mərmərli parklarda isti münasibətlər axtarırsınız Mən insanları tanıyıram Görmüşəm hər bir tipin içini, çölünü Mən görmüşəm xarabadan qeydləri Qan çanağındakı qan gölünü Mən insanları tanıyıram "Düşmənin başını bir dəfəlik əz!" demişik! Biz demişik! "Bir kərə yüksələn bayraq bir daha enməz!" demişik! Mən insanları tanıyıram Bu ölkənin ən kəsici ülgücüyəm Sənə nə var faşistəm, millətçi, bozqurd Turançı ya da ülkücüyəm!? Mən insanları tanıyıram Cismini öldürmüşəm, bu dəfə ruhun gəlsin! Bütün qitələri batırmağa gəlmişəm Çünki məndədir Nuhun gəmisi! Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim
  • Sən mələyə bənzəyən ən gözəl personaj Payızda peyzaj, qara sadə paltar, sadə makiyaj Yanaqlarında yaş, yazardım kaş həsrətini Sənə hər sətrim xəzinədir Tanrı tək rəssamdır ki, mənim həyatımı sənə bənzədir Necə unudum sənə hisslərim bəlkə məchul Amma məcbur ruhum 13, qəlbim uçqun Uçurum Qeys'in alyer-egosu Məcnun Qar kimi yağ, indi isə qafiyələrimə düş bir-bir Sən sətirlərində təsvir olundun Müşfiqin Rəssam, sevgilimin rəsmini gəl çək Sevgilim gözəldir, sən də gözəl çək (gözəl çək) Nazına çatanda fırçadan əl çək Qoy onun nazını mən özüm çəkim Mən özüm çəkim, mən özüm yazım bu yazını Yay qış payızını yazını Dəli Kürünə qovuşan Arazın avaznı Səninlədir ömrümün mənalı günləri Sənə dərərəm ən gözəl gülləri Şuşadan da Xarıbülbülləri dərərəm, dərərəm Tanrı tək rəssamdır ki, mənim həyatımı sənə bənzədib Ruhum 13, qar kimi yağ Qoy onun nazını mən özüm çəkim
  • Sən olsaydın Nə bu yazılar olardı Nə qəmli süjetlərlə bol səhnələr Nə payızlar olardı Nə məni darıxdıran boş məhlələr Nə qızlar olardı Həyatımda səndən başqa Sən olsaydın Sevdiyim azadlıq Nə dəmir barmaqlıq Qollarımda qandal Yalvarırdım, sən qal Getmə, indi günah Açılmazdı sabah Həyatımda səndən başqa Sən olsaydın Hətta ölüm xoş gələrdi mənə Görüş yeri boş qalardı Yenə hədəfi unutsaydım Unudardım varlığımı Təki səni unutsaydım Heç bir kəsi unutmazdım Həyatımda səndən başqa Sən bir xəyal kimi gözümdən itdin Mənsə xəyalınla xəyala daldım Sən bir insan kimi gəldin və getdin Mənsə dünya kimi yerimdə qaldım Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını Eyni lənəti hər gecə pıçıldayaraq əzbər Sən həyatımda təksən, duyğulartək məxmər Sarışın, əsmər, ünvanlar dolu dəftər Həyata vurulan cəftə, buraxılan səhvlər məni uçurdan həblər "Бархат" oyundur həyat Bir gün şah, bir gün mat 4 sutka koma, süni nəfəs, aparat Təyinatım psixopat, mənə müxtəlif preparat Sonra sən gəldin, sonra sən getdin Heç kəsi sevə bilmədim, hamını özümə düşmən etdim Yazardıq melodramalar, yanımda qalsaydın Yazardıq melodramalar, sən olsaydın Sən olsaydın Nə bu yazılar olardı Nə də ki hər gecə gördüyüm ulduzlar olardı Nə kabuslar olardı Həyatım olardı bumbuz Olmazdı kabus həyatımda səndən başqa Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını Həyatım, o günlərə yenə qayıtdım Səni tapa bilmədim, amma Ürəyimdən silmədim Heç bir zaman adını
  • Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Onun otağı bəzədilib antik əşyalarla Bu əşyaları dəyişməzdi o dünyalarla Divarda patent əsərlər hər dövürə dair Da Vinçi, Mikelangelo, Pikasso və sair Poetik şair kitabları düzülüb rəflərə Necə ki, notlar səliqəylə düzülüb dəftərə Bu ponarama, onun kiçik qalereyası Burda səslənirdi pianoçunun hər ideyası Otaqdakı pianinosu nostalji xatirə Sanki səsləyir onu, yenə də şah əsər yarat Həyatı aristokrat, özü pozitiv personaj Me-motiv... otaqdakı peysaj Pianinonun üstünə lampa, tavanda plafon abajur Primula, balaca fon, köhnə qramafon Qırağa düzülmüş ballar, stend tablolar Rəsimlər... memoriallar Beethoven, Lis, чaékoâcêèé, Mozart, Bizet Jan Etyen Liotar'ın "Şokolad paylayan qız"ı Bu patent rəsmlər, Ron meliment anlar Onun ömrünə rəng qatan, orden və medallar Melodramik həyatı prestiji, prespektivi Maestronun musiqi haqqında intuitivi Məhşur pianoçunun əlindən neçə not süzülüb Minlərlə əsər əlində can verib, ölüb Sevimli pioninosu, klassik üslubda mebel Stolun üstündə karandaş, vərəqlər, portfel Çoxdan soyumuş qəlyan və bir qutu siqar Və həyatını əks etdirən maraqlı memuar Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Onun otağında sanki görünür mimikası Sanki hələ də eşidilir klassik lirikası Həyatından epizodlar memuarında İfalar və notlar repertuarında Maestronun çəkdiyi həyat mənzərəsi Göz qırpımı kimi örtülən həyat pəncərəsi Musiqi təntənəsi, psixo notlar yayılır Harmoniyanın ahəngindən bəşəriyyət ayılır Qəlbləri fəth edən jest və musiqi Pianinoya olan sonsuz dərəcə sevgi Tamamlayıcı smoking, aristokrat baxışlar Hər ifanın sonunda zalı titrədən alqışlar Tokkata "K Elize", 24-cü kapriz Hər bir dinləyici ürəyində, dərin hiss Və pianoçu ölməz sənətiylə yaşayır Hər bir not bu ağırlığı daşıyır Yox cinmi, ruhu do, re, mi, fa, sol, lya-da O sevirdi, amma yox olub "İzolda" Bütün həyatı sanki dövr eləyir otaqda "Tristan İzolda", son sözü yataqda Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardı Amma ona qalan bir otaq, bir də memuardi Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardı Amma ona qalan bir otaq, bir də memuardi