Татарский переводчик Узбекские песни

Песня «İstərsənmi!?»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Yadına düşəcəm
Bir gün yenə
Olacam göz yaşın,
Ya da bir gülüş
Çiyninə toxunum,
Səni səsləyim
İstərsənmi?!
İstərsənmi?!
Çiyninə toxunum,
Səni səsləyim
İstərsənmi?!
İstərsənmi?!

İstərsənmi?! Özümü aldadım
Sənsizliyimə hər gecə sən qatım
Ölüm kimi gəl ömrümə ey qadın

İstərsənmi?! Özümü aldadım
Sənsizliyimə hər gecə sən qatım
Ölüm kimi gəl ömrümə ey qadın
İstərsənmi?!

Yolumu azmadan
Mən çatım sənə
Andını pozmadan
And ver sən mənə
Dediyin yalana
Qəlbdən güvənim
İstərsənmi?!
İstərsənmi?!
Dediyin yalana
Qəlbdən güvənim
İstərsənmi?!
İstərsənmi?!

İstərsənmi?! Özümü aldadım
Sənsizliyimə hər gecə sən qatım
Ölüm kimi gəl ömrümə ey qadın
İstərsənmi?!

Другие песни исполнителя:

  • Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Onun otağı bəzədilib antik əşyalarla Bu əşyaları dəyişməzdi o dünyalarla Divarda patent əsərlər hər dövürə dair Da Vinçi, Mikelangelo, Pikasso və sair Poetik şair kitabları düzülüb rəflərə Necə ki, notlar səliqəylə düzülüb dəftərə Bu ponarama, onun kiçik qalereyası Burda səslənirdi pianoçunun hər ideyası Otaqdakı pianinosu nostalji xatirə Sanki səsləyir onu, yenə də şah əsər yarat Həyatı aristokrat, özü pozitiv personaj Me-motiv... otaqdakı peysaj Pianinonun üstünə lampa, tavanda plafon abajur Primula, balaca fon, köhnə qramafon Qırağa düzülmüş ballar, stend tablolar Rəsimlər... memoriallar Beethoven, Lis, чaékoâcêèé, Mozart, Bizet Jan Etyen Liotar'ın "Şokolad paylayan qız"ı Bu patent rəsmlər, Ron meliment anlar Onun ömrünə rəng qatan, orden və medallar Melodramik həyatı prestiji, prespektivi Maestronun musiqi haqqında intuitivi Məhşur pianoçunun əlindən neçə not süzülüb Minlərlə əsər əlində can verib, ölüb Sevimli pioninosu, klassik üslubda mebel Stolun üstündə karandaş, vərəqlər, portfel Çoxdan soyumuş qəlyan və bir qutu siqar Və həyatını əks etdirən maraqlı memuar Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Onun otağında sanki görünür mimikası Sanki hələ də eşidilir klassik lirikası Həyatından epizodlar memuarında İfalar və notlar repertuarında Maestronun çəkdiyi həyat mənzərəsi Göz qırpımı kimi örtülən həyat pəncərəsi Musiqi təntənəsi, psixo notlar yayılır Harmoniyanın ahəngindən bəşəriyyət ayılır Qəlbləri fəth edən jest və musiqi Pianinoya olan sonsuz dərəcə sevgi Tamamlayıcı smoking, aristokrat baxışlar Hər ifanın sonunda zalı titrədən alqışlar Tokkata "K Elize", 24-cü kapriz Hər bir dinləyici ürəyində, dərin hiss Və pianoçu ölməz sənətiylə yaşayır Hər bir not bu ağırlığı daşıyır Yox cinmi, ruhu do, re, mi, fa, sol, lya-da O sevirdi, amma yox olub "İzolda" Bütün həyatı sanki dövr eləyir otaqda "Tristan İzolda", son sözü yataqda Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardı Amma ona qalan bir otaq, bir də memuardi Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardı Amma ona qalan bir otaq, bir də memuardi
  • Bu qədər dözmüsən daha dözmə Nə sənə gələ bilirəm nə də ki özümə Sanki şeytanam halımıza gülürəm Mən yuxularda tez-tez ölürəm Neçə tanışı elə bildim qardaşdı Neçə xanımın hesabını verib sağollaşdım Neçə qəlbi yaralayıb deşmişəm Mən yoxluqlara öyrəşmişəm Ama sən olsaydın Yəqin qalmazdım mən outside Hədəfləri lazımdı zamanında vurasan Qəlbidə gərək vaxtında qırasan Gecədəndə yazaram, yazaram səhərdəndə Gözlərindən küsərəm gedərəm şəhərdəndə Gəl otur qəhərlənmə yenə sərxoşam Ama sən zəhərlənmə Bir gün ele bu ipdən boğazım asılar Ölsəm qurdlar gələr yasıma Aləmə it, mənə çaqqal gəlib hürər Anlamır mən bügün Araz, sabah dəli Kürəm Hər sətrim qadağan taboodu Bizi məhv edən sevgi və cadudu Və budu, yoxdu artıq hündürə qaldırın Karabinin tabutunu Ma ma ma mafck həyatdı bu Ömrün təzəsini ver, boyatdı bu Bu qədər yükün altına girməzdim Əgər yatacaqdısa hər oyatdığım Bro Hərşeyi at deyirlər Mənə Okaberdən çox ustad deyirlər Qanqa xatirələri bu sadəcə həyatdı Gözlərini yum, sakitcə yat deyirlər
  • Aradan illər keçir, amma sən pillə keç Təmiz ol qaralanma (Qaralanma) Nə də yaralanma (Yaralanma) Hər sətrim qadağandır Hər sətrim "qanqa" və "qara mamba" Üz döndərib yaradan da (Üz döndərib yaradan da) Ən acı günlərimin müsafiriydin Məndən biri idin Qara mərmərlərə yazdım adını Qara dəftərlərə də (Qara dəftərlərə də) Ölü yox, diri idin Təki sən gəl deyə mən hər gün təngənəfəs Mənim ürəyim son zəngində Yenə o şəhər boz rəngində Əbədi adımı poz qəlbindən Hamıda ürək varsa məndə qəfəs Yenə o dəniz sahillərindən Bu qədər yorğun illərimdən Məndə ömür qalmadı, səndə həvəs Aradan illər keçir Amma sən pillə keç təmiz ol qaralanma (Qaralanma) Nə də yaralanma (Yaralanma) Qara qəlblər içində qəlbim ən qara, (ən qara) Qapqara qaralanda Şeyriyyatla bol qeyd xarabamda! İnsanlar məni dəli, qəddar etdi Ya da həyat belə rəftar etdi (rəftar etdi) Səhvlər etdim (səhvlər etdim) Səni bu qədər dəyişkən qızıl Gümüş, bər-bəzəklər, paltar etdi Səhvlər etdin (Səhvlər etdin) Boyadım qara rənglərə boz şəhəri (Boz şəhəri) Hər tərəfi (Hər tərəfi) Hər səhəri (Hər səhəri) Dayanaq intiharın bir addımında (Bir addımında) Güllə vurum beynimə (Beynimə) Sən zəhər iç (Acı olsa da birtəhər iç) Aradan illər keçir, amma sən pillə keç təmiz ol Qaralanma (Qaralanma) Nə də yaralanma Hər sətrim qadağandır Hər sətrim "qanqa" və "qara mamba" Üz döndərib yaradan da (Üz döndərib yaradan da) Ən acı günlərimin müsafiriydin (Gəl yenə qonaq) Mənnən biri idin (Yox səndən soraq) Qara mərmərlərə yazdım adını Qara dəftərlərə də (Qara dəftərlərə də) Ölü yox diri idin Təki sən gəl deyə mən hər gün təngənəfəs Aradan illər keçir Hər adam dinləmir heç son mahnıları, ağrıları Aradan illər keçir Hər adam dinləmir heç son mahnıları, qorxuları
  • Günahkar gözlərin var, səsin gəlir çox həzin Bu melodiyalarda zərif düşüncə gəzir, məni işgəncə əzir Ümidlər sona çatmaqdan, arzular gözləməkdən Məncə, bezir Nə sənin kaprizin, nə intihar cəhdlərin Heç nə qalmadı, yenə mənim indi var səhvlərim Zaman pozar vədləri, qalar məzar yerləri Yazar bəndləri Yenə qəlbim səni soruşar yağışa Xəstə ruhum danışa-danışa səni soruşar Bir az gülər, ağlayar, yenə barışar Ürəyim yanar, alışar Günahkar gözlərin var, bu məndəki paranoya Mənə lazım deyildi şan-şöhrət, eyforiya Həzin "Ave Maria" Mən dəlixana divarlarından bağırardım Səni çağırardım, sən isə ağlayardın bərkdən Lap ürəkdən gələn sözlər kimi Qəlbimdə yaşatdı, əlimdən qopardı səni Ən bədbəxt günlər tapardı səni, atardı səni Gözlərin sən yalan danışanda satardı səni Günahkar gözlərin var, məni yaşadan gözlərin Mənim kobudluğum və sənin yaşaran gözlərin Yadımda yenə soyuq noyabr, yağışlar Bağışla, əzizim, nifrətimə görə bağışla Bizi ayırır sətirlər, qatarlar ayırır Dəli olmuş şairlərin dövrü bitmiş sayılır Axtarma, bizə rekviyem həsr olundu Onun yazdığı dramalarda bizdən bəhs olundu Sevgi məhz onundur, onun adı ayrılıq Biz isə hər zaman xatirələrə qayıdırıq Və hər şərait yaradırıq ki, sadəcə unudaq Və sonunda Unuduruq... (Unuduruq...)